Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
111 
Adolf. Bəli! 
Qız. Yox! (Utancaqlıqla, sakit). Niyə mən sizi sevməliyəm? Axı siz də evlisiniz.  
Adolf. BoĢanaram! 
Qız. Mən heç vaxt razı olmaram. Mən sizin uĢaqların üzünə necə baxaram? 
(Sükut çökür və bu sükut vaxtı onlar yerlərindən tərpənmirlər. Sakit, rahat səslə davam 
edir) Bəzilərinə xoĢbəxtlik sinidə hazır verilir, yatağa gətirilən səhər yeməyi kimi. Mən 
isə özüm çalıĢmalı, dəridən-qabıqdan çıxıb həyatımı qurmalıyam, baĢqalarına mane 
olmadan. 
Adolf. (Qəfil qucaqlayır) Jozyan, əzizim! Sevgilim mənim! Məhəbbətim! 
Qız. (Ona sarmaĢır). Ah, necə yaxĢıdır, sonrası pis olsa da yaxĢıdır. 
Adolf. (Onu qısa, sürətli öpüĢlərə qərq edir) Qoy olsun! Səni yeyəcəm! Sonra nə olur-
olsun! Hesabını sonra çəkərik. (Guya kimlərəsə qıĢqırır) Bizə mane olmayın, tək buraxın 
bizi! Hesabı sonra gətirərsiniz! (Qızı harasa çəkmək istəyir). 
Qız. (Ġnildəyir) YaĢıl divana yox! Onun yaĢıl divanına yox! 
Adolf. Gedək sizə! 
Qız. Bizə olmaz, ev sahibəsi evdədir. 
Adolf. (QıĢqırır) Otelə də olmaz! Gərək hər Ģey necə lazımdır elə olsun! Sən mənim 
sevgilimsən, niĢanlımsan. Onun sənə əl vurduğunu heç ağlıma belə gətirmək istəmirəm! 
Mən ev tutacam. 
Qız. (SakitləĢir və qollarını sarmaĢıq kimi onun boynuna dolayır) Mən səni orda həmiĢə 
gözləyəcəm, heç vaxt Ģikayətlənməyəcəm. Mənim sahibim evə gələndə qapı həmiĢə açıq 
olacaq üzünə. Mən dinmədən ona kofe hazırlayacam, qabağında oturub ona qulluq 
edəcəm. Mən ona çiçəklərdən çələng hörəcəm. 
Adolf. (BaĢını itirib) Mən Taitidə ev tutaram! 
Qız. Saçlarımı açıb tökəcəm sənin üçün. Mən soyuq rəsmiyyət maskasını çıxaracam, pis 
tikilmiĢ paltarlarımı soyunub atacam. Çılpaq vəziyətdə mən çox gözələm, hələ heç kəsə 
əl verməmiĢəm. Sevməyi mənə sən özün öyrədəcəksən... 
Adolf. (Ġstəkdən nərildəyir). Mən qüdrətliyəm! Mən həddindən artıq güclüyəm! Nəyə 
toxunsam qırıb tökürəm! Mən daha heç kəsdən qorxmuram! Mən daha tək deyiləm! Ah, 
yaĢamaq necə Ģirindir! Gərək mən bunu əvvəldən biləydim! 
BaĢında silindr, əynində frak, əlində gümüĢ dəstəkli çəlik, ağzında siqar zəhmli Fessar-
Lebonz daxil olur. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
112 
Fessar-Lebonz. Lütfən söyləyin, mösyö Adolf , siz iĢdən kənar vaxtda burda neynirsiniz? 
(Qız diksinib qıĢqırır və Adolfun qucağından çıxır. KiĢilərin baxıĢları toqquĢur). 
Adolf. Burdan keçirdim, cənab Fessar-Lebonz... gördüm iĢıq yanır... 
Fessar-Lebonz. (Ġstehza ilə). Belə deyin. Doğrudan keçirdiniz? Gecə köynəyində, gecə 
yarısı, Messin prospektində? BaĢınızı qaldırıb iĢığı gördünüz və düĢündünüz ki, biabırçı 
halda tərtib etdiyiniz axırıncı raportdakı səhvləri düzəltmək lazımdır, eləmi? (Qəfil 
bağırır). Mən sizi qovuram, mösyö, rədd olun burdan! Mən sizi iĢdən çıxardıram, mən 
sizi sındırıram, əzirəm, cəhənnəmə vasil edirəm! Bu dəqiqədən siz artıq SBĠUFC-də 
iĢləmirsiniz! 
Adolf. (Birdən yazıqlaĢır). Cənab Fessar-Lebonz, mənim iki uĢağım var. Mən həmiĢə 
nümunəvi iĢçi olmuĢam. Mən it kimi iĢləyirəm. 
Fessar-Lebonz. Onda... onda uzan qabağımda, Ģöngü it kimi! 
Adolf. Siz nə demək istəyirsiniz? ġöngümək nədir? 
Fessar-Lebonz. (Gözlərini qıyıb pis gülümsəyir). ġöngümək elə Ģöngüməkdir. Diz çök 
qabağımda! 
Adolf. (Diksinir.) Sizin qabağınızda? 
Fessar-Lebonz. Yox, mamzelin qabağında diz çökün, öz hərəkətinizlə onu təhqir 
etdiyinizə görə üzr istəyin. Özü də bəlağətli sözlərlə üzr istəyin ki, o sizi göstərdiyiniz 
ədəbsizliyə, kobudluğa görə əfv etsin. 
Adolf. (Bir qədər tərəddüdlə) YaxĢı, mən diz çökərəm. (Qızın qarĢısında diz çökür.) Mən 
sizi sevirəm, Jozyan. O kobud və avamdır. Bəli, mən sizi sevirəm və siz bu saat
ləngimədən mənimlə getməlisiniz. Biz hər ikimiz baĢqa yerdə iĢ taparıq. 
Qız ildırım vurmuĢ kimi dayanıb. 
Fessar-Lebonz. (Ġstehza ilə gülümsəyir.) Ah! Ah! Ah! Soxulcanın qiyamı! Siz elə 
bilirsiniz qiyamət günü yetiĢib? Sosialist! Mamzel de Viltanez, bloknotu götürün. Mən 
diqtə edirəm. 
Adolf. Yox! 
Fessar-Lebonz. Yox nədi? Kimdi buranın böyüyü? 
Adolf. Xeyr, o bloknotu götürməyəcək! O daha sizin katibəniz deyil!  
Fessar-Lebonz. Düzünü de, dostum, sizin neçə yaĢınız var? 
Adolf. (Hələ də diz üstədir) Otuz yeddi, iyirmi üç iyunda. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
113 
Fessar-Lebonz. (Bir növ əylənir.) Ġyirmi üç iyunda otuz yeddi yaĢ! Həyatdan baĢ 
çıxarmaq vaxtınız çoxdan yetiĢib... elə qadınlardan da! Sizin iki uĢağınız var, deməli, o 
qədər də bakir deyilsiniz. Diqqətinizə çatdırım ki, bloknotunu çıxarıb titrəyə-titrəyə bizə 
baxan qız mənim məĢuqəmdir. Dəqiq desək, bu vəzifəni iĢdə yerinə yetirir. Çünki 
mənim, təbiidir ki, baĢqa məĢuqələrim də var, parlaq qadınlar, müzik-holdan artistkalar, 
kübar xanımlar... Əlbəttə, mən yaraĢıqlı deyiləm, amma pul hər Ģeyə qadirdir. Ora-bura əl 
atmağa ehtiyac yox, elə bu kabinetdəcə, makinada yazılan iki məktub arasında hər Ģeyə 
hazır olan itaətkar füsünkar kölgə, bu kabinetin gözəl predmetlərindən biri... 
Adolf. (Dizləri üstə yeriyərək ona yaxınlaĢır və məğrur səslə) Siz iyrəncsiniz! O sizə 
nifrət edir! 
Fessar-Lebonz. Buna mənim heç Ģübhəm yoxdur. Amma o, iĢ yerini itirməkdən qorxur. 
Odur ki, kiçik bir imtiyazın əvəzinə mən ondan ürəyim istəyən hər Ģeyi ala bilirəm. Ġstər 
masa arxasında məktub diqtə edərkən, istər burda ayaq üstə... yox əgər baĢqa cür istəsəm, 
onda elə bu yaĢıl üzlü divanda... (Sakitcə Jozyana tərəf çönür) Mademuazel de Viltanez, 
diqqətlə qulaq asın mənə. Bloknota ehtiyac yoxdur. Mən hətta bu axmağın iĢdən 
çıxarılması haqqında məktubu da diqtə etməyəcəm. Sadəcə, əmr edirəm, sizi 
qucaqlamağa cəsarət etdiyi üçün ona bir Ģillə vurun, sonra da divanda uzanın. 
(Gülümsəyərək Adolf tərəfə çönür). Pul hər Ģeyə qadirdir, əziz dost, indi görəcəksən. 
Həyəcanlı gözləmələr. Qız Fessar-Lebonzun ağır baxıĢları altında bloknotu harasa qoyub 
lunatik kimi hələ də diz üstə qalmıĢ Adolfa tərəf irəliləyir. Adolf nigaran baxıĢlarla qızın 
nə edəcəyini gözləyir. Qız kiçik bir tərəddüddən sonra əyilib Adolfun dodaqlarından 
öpür. 
Fessar-Lebonz. (Dik atılır və bağırır) Necə?! (ÖpüĢənlər qıĢqırana fikir vermədən 
seviĢməkdə davam edirlər. Fessar-Lebonz qıĢqırır). Qurtarın! Mən əmr edirəm, qurtarın! 
(Rəngi qaçmıĢ halda fısıldayır). Deməli, pul hər Ģeyi bacarmır? Ġctimai asayiĢ 
təhlükədədir! ĠĢdən qovulmuĢ iĢçi mənim kabinetimə soxulmuĢdur, özü də gecəyarısı! 
ġərqdə buna Ģəbxun deyərlər. Deməli, mənim özünü müdafiə hüququm var. Sən bunumu 
istəyirdin, axmaq! (Paltosunun cibindən nikelə tutulmuĢ tapançasını çıxardıb Adolfa tərəf 
atəĢ açır, amma hədəfə dəyə bilmir). 
Adolf muĢketyor kimi cəld hərəkətlə çəliyindən xəncəri sıyırıb Fessar-Lebonzun qarnına 
soxur. Fessar-Lebonz yıxılır. 
Adolf. (Soyuqqanlı). O hər Ģeyi nəzərə alıb, bir Ģeydən baĢqa - mənim trostum həm də iti 
xəncərimin qınıdır. Mənim də özünü müdafiə hüququm var! Gedək, mənim məhəbbətim, 
mən sizi aparıram. (Qızı özünə tərəf çəkir). 
Onlar hər ikisi xalça üzərinə sərələnmiĢ Fessar-Lebonza baxırlar. 
Qız. O pis adam deyildi, amma yarımçıqlıq kompleksi vardı. (QıĢqırır). O tərpənir! 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə