Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
136 
BĠRĠNCĠ. Səndə belə olub? 
ĠKĠNCĠ. Yox, ancaq bilirəm ki, adətən belə olur. 
BĠRĠNCĠ. Hardan bilirsən? Yoxsa səni qabaqlar belə tutublar? 
ĠKĠNCĠ. Yox, ancaq mənə baĢqaları danıĢıblar necə olur. Bir-iki Ģapalaq iliĢdirirlər, bəlkə 
bir neçə yumruq da qoyurlar, buraxırlar. Onlar səni burda uzun müddət saxlaya bilməz. 
Həm də yerləri azdır, hamısı dolub. 
BĠRĠNCĠ. Məni heç vaxt heç kim döyməyib. Hətta atam da heç vaxt mənə əl 
qaldırmayıb. 
ĠKĠNCĠ. SakitləĢ. Burda vacibdir ki, səni döyəndə onları qıcıqlandırmayasan. Əzilib-
büzülməyəsən. Ən baĢlıcası – baĢını qaldırmayasan. Elə ki səni döyməyə baĢladılar, 
baĢını aĢağı sal, torpağa bax... 
BĠRĠNCĠ. Yox... mən heç vaxt belə bacarmaram... 
ĠKĠNCĠ. Bacararsan, bacarmaq lazımdır, əks halda burdan ömürlük Ģikəst kimi çıxarsan. 
Bir az kəlləni iĢlətsən görərsən ki, bizə iĢgəncə verməyə motivləri yoxdur, gətiriblər 
yüngülvari dərs versinlər. 
BĠRĠNCĠ. Qulaq as, sənin bu mülahizələrin mənim xoĢuma gəlmir. 
ĠKĠNCĠ. YaxĢı olardı sən də mənim kimi fikirləĢəsən. Bir də səni döyəndə sözlərinə fikir 
ver. Əgər sual versələr nəzakətlə cavablandır: “hə, yox, hə, yox”... baxır nə soruĢurlar... 
ġərhsiz. BaĢa düĢdün? Dəli kimi anqırma və Ģərh eləmə. 
BĠRĠNCĠ. Hə, mən yüz faiz dəli kimi qıĢqıracağam. 
ĠKĠNCĠ. Qətiyyən bağırma, bu onları çox acıqlandırır. Azacıq, astadan qıĢqır, onlar 
bundan ləzzət alır, ancaq ağ eləmə. Nəbadə onlar sənin müqavimət göstərdiyini 
fikirləĢsinlər... Zərbələrdən ağrıdığını göstər, ancaq ölçü-biçi ilə. Əsas məsələ ölçü-
biçidir. 
BĠRĠNCĠ. KaĢ onlar birinci səndən baĢlayardılar. 
ĠKĠNCĠ. Bilmək olmaz kimdən baĢlayacaqlar. Ancaq əgər məndən baĢlasalar sənə də 
yaxĢı olar, məni əziĢdirib yorularlar, sən də asanlıqla canını qurtararsan. 
BĠRĠNCĠ. Düzünü desəm, mən istəyirəm onlar bizi döyməyə tez baĢlasınlar, biz də 
burdan canımızı tezz qurtaraq. 
ĠKĠNCĠ. Yox, əĢĢi, bunu xəyal da eləmə... Bizi dərhal döyməyəcəklər, öncə prosesi 
süründürəcəklər, axı onlar gözəl bilirlər ki, bizi nə gözlədiyini biz bilirik və indi mandraj 
içindəyik... onlar bizi burdan döyməyə səhər saat dörddə çıxarda bilərlər, ya da hətta 
sabah nahar vaxtı... Baxır onların kefinə. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
137 
BĠRĠNCĠ. Qulaq as, səndən bir Ģey xahiĢ eləmək istəyirəm... 
ĠKĠNCĠ. Nə haqda? 
BĠRĠNCĠ. Məni vur! 
ĠKĠNCĠ. Nə?! 
BĠRĠNCĠ. Ġstəyirəm sən məni vurasan. Özümü hazırlamaq... mən anlamaq istəyirəm buna 
dözə biləcəyəmmi. 
ĠKĠNCĠ. Gicləmə. 
BĠRĠNCĠ. Yox, mən doğrudan... Vur... elə bil sən... elə bil sən onların yerindəsən... 
ĠKĠNCĠ. Sənin baĢın xarab olub? 
BĠRĠNCĠ. Yox, sadəcə istəyirəm sən məni vurasan... Gəl yaxĢılıq elə, vur, yoxsa 
boğuluram... Vur, yalvarıram, yoxsa indi qusacağam. 
ĠKĠNCĠ. YaxĢı, hardan vurmağımı istəyirsən? 
BĠRĠNCĠ. Bilmirəm... hardan istəyirsən, ancaq tez elə... vur, mən hazır olmaq istəyirəm... 
ancaq bərk vur. Dərhal, var gücünlə iliĢdir. 
ĠKĠNCĠ. YaxĢi, gözlərini yum. 
BĠRĠNCĠ. Yox, yox, elə bu cür vur... Hara istəyirsən, baĢla! 
ĠKĠNCĠ. BaĢından, yoxsa qarnından? 
BĠRĠNCĠ. Hardan istəyirsən, ancaq yazığın gəlməsin. 
ĠKĠNCĠ. Lənət Ģeytana, asan deyilmiĢ. 
BĠRĠNCĠ. Vur, bu, sənin mənə ən böyük xeyirxahlığın olar... 
 
       Güclü zərbə. 
 
ĠKĠNCĠ. BağıĢla... Hə, necədir? 
BĠRĠNCĠ (qan tüpürərək). Əladır... 
ĠKĠNCĠ. Ağrıyırsan? 
BĠRĠNCĠ. Hə... 
ĠKĠNCĠ. Mən istəmirdim... vallah, mən indiyə qədər heç kimi döyməmiĢəm. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
138 
BĠRĠNCĠ. Döyməmisən, ancaq bacarırsan. 
ĠKĠNCĠ. Mən də qorxuram, söhbət bundadır... 
BĠRĠNCĠ. Normaldir... bütün hallarda sənə minnətdaram... indi gəl bir dəfə də... 
ĠKĠNCĠ. Yox, olmaz. Ġndi sənin vurmaq növbəndir. 
 
Bir-birlərini vururlar və getdikcə daha çox hirslənirlər. 
 
SON 
 
Müəllif haqda: 
Matey ViĢnek (1956) – Rumın dramaturqu, Ģair və nasiridir. 1987-ci ildə Fransadan 
siyasi sığınacaq alıb. Fransız və rumın dillərində yazır. Bir çox mükafatların, o cümlədən 
Avinyon teatr festivalı prizinin (1996, 2008) laureatıdır.  
Rus dilindən çevirəni: Zamin H. 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
139 
Moris Meterlink 
 
Müqəddəs Antoninin möcüzəsi 
 
Tərcümə edən: Etimad Başkeçid 
  
İkipərdəli satirik rəvayət 
  
İştirakçılar: 
 
Müqəddəs Antoni 
Qustav 
Axill 
Abbat 
Doktor 
Ġosif 
Pristav 
Ġki polis nəfəri 
Qortenziya 
Virginiya 
QardaĢ və bacı uĢaqları, dayılar, əmioğlular, dayıqızılar və baĢqaları. 
  
 
 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə