Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
144 
  
Müq. Antoni. Əlbəttə. 
  
Virginiya. Belə olmaz. 
  
Müq. Antoni. Məgər sizin baĢqa pullarınız yoxdur? Qənaət edib pul toplamamısınız? 
  
Virginiya. Bir quruĢum da yoxdur. Bacım xəstədir. Qazandığımın hamısını ona sərf 
edirəm. 
  
Müq. Antoni. Əgər siz üç min frankınızı itirməkdən qorxursunuzsa… 
  
Virginiya. Üç min üç yüz frankı. 
  
Müq. Antoni. Əgər bu pulları itirməkdən qorxursunuzsa, onda onu diriltmərəm. 
  
Virginiya. Elə etmək olmazmı ki, o dirilsin, ancaq pullar məndə qalsın? 
  
Müq. Antoni. Olmaz. Ġkisindən birini seçin. Mən sizin dualarınızı eĢidib yer üzünə 
enmiĢəm. Xətriniz istəyəni seçin. 
  
Virginiya. (Azacıq fikirləĢdikdən sonra). Qoy elə olsun, onu dirildin. 
(Müqəddəsin baĢı üzərində yenə halə görünür). 
Bu nədir belə? 
  
Müq. Antoni. Siz mənə böyük sevinc bəxĢ etdiniz. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
145 
Virginiya. Ona görə də baĢınızın üstündə bu Ģey yandı, sizin fənəriniz? 
  
Müq. Antoni. Hə, öz-özünə. 
  
Virginiya. Pərdələrə çox da yaxın durmayın. Yandırıb-eləyərsiniz. 
  
Müq. Antoni. Qorxmayın. Bu səmavi oddur. Məni mərhumun yanına aparın. 
Virginiya. Dedim axı, gözləyin. Ağalara Mane ola bilmərəm. Onlar hələ stol 
arxasındadırlar. 
  
Müq. Antoni. Kimlər? 
  
Virginiya. Aman Tanrım! Bütün ailə. Ġki bacıoğlu – Qustavla Axill, öz arvad-uĢaqlarıyla 
birgə, Georq, Alberik, Alfons, Dezire, dayılar, əmiqızılar, dayıqızılar, keĢiĢ, həkim, daha 
kimlər!.. Dostları, qohumları… Onu heç vaxt görməyiblər, amma indi tökülüĢüb gəliblər. 
Hamısı varlıdır. 
  
Müq. Antoni. Hə! 
  
Virginiya. Siz küçəni gördünüzmü? 
  
Müq. Antoni. Hansı küçəni? 
  
Virginiya. Aman Allah! Bizim küçəni! Evimizin olduğu küçəni.  
  
Müq. Antoni. Gördüm. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
146 
Virginiya. Gözəl küçədir! Sol tərəfdəki evlərin hamısı bizim xanımındır. Birinci evdən 
baĢqa, o kiçik, çörəkçinin yaĢadığı evi deyirəm. Sağ tərəfdək evlər isə Qustav ağaya 
məxsusdur. Ġyirmi iki dənədir. Gör, nə qədər pulu var! 
  
Müq. Antoni. Doğrudan ha. 
  
Virginiya. (Haləyə iĢarəylə) Bir baxın, bu Ģey, sizin fənəriniz sönüb ki! 
  
Müq. Antoni. (Əlini haləyə sarı uzadır). Hə, deyəsən sönüb. 
  
Virginiya. Deməli, o çox yanmır. 
  
Müq. Antoni. O baxır mənim beynimdəki fikirlərə. 
  
Virginiya. Onların nəyi yoxdur! MeĢələri, fermaları, evləri… Hələ Qustav ağanın 
kraxmal fabriki də var. «Qustavın kraxmalı» - eĢitmiĢ olarsınız. Hə, adlı-sanlı adamlardır, 
zəngindilər. Dörd rantye. Özləri üçün yaĢayırlar, əllərini ağdan-qaraya vurmurlar. Gözəl 
həyatdır. Fermerlər arasında nə qədər dostları, tanıĢları var. Hamısı dəfn mərasiminə 
gəlib. Çoxları uzaqdan gəliblər. Onlardan biri dəfnə çatmaq üçün iki gecə yol gəlməli 
olub. Onu sizə göstərərəm. QəĢəng saqqallı kiĢidir. Ġndi hamısı səhər yeməyi yeyir. Hələ 
stol arxasındadırlar. Onları narahat etmək olmaz. Xeyli yemək hazırlanıb. Ġyirmi dörd 
nəfərlik. Bu yeməkləri öz gözlərimlə gördüm. Stola əvvəlcə istridyə verəcəklər, sonra iki 
cür Ģorba, üç cür qəlyanaltı, Ģirə gəzdirilmiĢ omar, Hubert sousunda alabalıq, - bu, 
bilirsinizmi nədir? 
  
Müq. Antoni. Yox, bilmirəm. 
  
Virginiya. Mən də bilmirəm. Nəsə dadlı Ģey olmalıdır, bizlik deyil. Matəmə görə Ģampan 
Ģərabı verilməyəcək. Əvəzində baĢqa Ģərablar var. Hamısını içib qurtarmasalar, sizə bir 
stəkan gətirərəm. Özünüz qiymət verərsiniz. Burda dayanın, gedim görüm neyləyirlər. 
(Ayaqlarının ucuna qalxır, pərdəni aralayır və ĢüĢə qapıya tərəf boylanır.) Deyəsən 
alabalığa giriĢiblər, ġubert sousundakı alabalığa. Ġosif ananas götürür. Bu hələ iki saat 
çəkər. ƏyləĢin. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
147 
(Müq. Antoni dəri üzlüklü skamyaya oturmaq istəyir) 
Yox, bircə buraya oturmayın, skamyanın üzlüyünü kirlədə bilərsiniz. Bax burda, bu kətilə 
əyləĢin, mənsə hələlik döĢəməni yuyub qurtarım. 
(Müq. Antoni taxta kətilə oturur.) 
  
Virginiya (Su dolu vedrəni götürür). Ey, ey! Ayağınızı qaldırın – tökürəm! Eh, Mane 
olursunuz mənə! Hələ buranı yumamıĢam. Bax, orda oturun, bir qıraqda. Kətili götürün, 
divarın yanına qoyun. 
(Müq. Antoni küncdə oturur). 
Bax belə, belədə sizi islatmaram. Aclığınız yoxdur? 
  
Müq. Antoni. Yox, təĢəkkür edirəm. Mən tələsirəm. Ağalarınıza deyin ki, mən burdayam. 
  
Virginiya.  Tələsirsiniz? Nədir, iĢiniz çoxdur? 
  
Müq. Antoni.  Hə, hələ bir neçə möcüzə də göstərməliyəm. 
  
Virginiya. Stol arxasındaykən onları narahat etmək olmaz. Kofelərini içib qurtarana kimi 
gözləməli olacaqsınız. Qustav ağa hirsli adamdır. Heç bilmirəm sizi necə qəbul eləyəcək. 
Onun dilənçilərdən zəhləsi gedir. Siz isə varlı adama oxĢamırsınız. 
  
Müq. Antoni.  Müqəddəslər varlı olmurlar. 
  
Virginiya. Amma onlara az sədəqə vermirlər. 
  
Müq. Antoni.  Verməyinə verirlər, ancaq göyə heç nə gəlib çatmır. 
  
Virginiya.  Ola bilməz! Yəni keĢiĢlər hamısını özlərinə götürürlər? Mən bu barədə 
eĢitmiĢdim, amma inanmağım gəlmirdi. Su da qurtardı. Deyin… 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə