Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
140 
Əhvalat hazırkı dövrdə, kiçik əyalət şəhərciyində baş verir. 
 
Birinci pərdə 
  
Kiçik əyalət şəhərciyindəki qədimi, geniş evin dəhlizi. Giriş qapısı sol tərəfdədir. Arxa 
planda bir neçə pillə və otaqlara aparan böyük şüşə qapı görünür. Sağ tərəfdə də qapı 
var. Divar uzunu dəri üzlüklü skamyalar, taburetlər qoyulub. Asılqandan şlyapalar və üst 
paltarları asılıb. Pərdə açılarkən, yalın ayağına kobud taxta başmaqlar geymiş
vedrələrlə, əski parçalarıyla, süpürgə və şotkalarla əhatə olunmuş yaşlı xadimə Virginiya 
ətəyini qatlayaraq döşəməni yuyur. O, ara-sıra dayanır, ucadan burnunu çəkir və göy 
önlüyünün qırağıyla gözünün yaşını silir. Zəng səsi gəlir. Virginiya qapını açır. 
Kandarda arıq, ucaboy, ayaqyalın, başıaçıq, saçları pıtlaşıq, saqqallı bir qoca görünür; 
əynində çirkli, pis tikilmiş, sürtülmüş və bəzi yerləri cırılmış keşiş donu var. 
  
Virginiya (qapını aralayır). Bu kimdir belə? Ġyirmi beĢinci dəfədir ki, zəng vurur. Yenə 
dilənçi! Sizə nə lazımdır? 
  
Müqəddəs Antoni. Ġçəri buraxarsınızmı? 
  
Virginiya. Olmaz. Üst-baĢınızdan çirk yağır. Yerinizdə qalın. Nə istəyirsiniz? 
  
Müqəddəs Antoni. Ġçəri girmək istəyirdim. 
  
Virginiya. Nə üçün? 
  
Müqəddəs Antoni. Sizin xanımınız Qortenziyanı diriltmək istəyirəm. 
  
Virginiya.  Xanım Qortenziyanı diriltmək? Bu nə deməkdir? Siz kimsiniz? 
  
Müq. Antoni. Mən  Müqəddəs Antoniyəm. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
141 
  
Virginiya. Paduanlı Antoni? 
  
Müq. Antoni. Hə.(baĢının ətrafında halə yaranır). 
  
Virginiya. Ah, Müqəddəs Məryəm! Özüdür ki var! (qapını taybatay açır, diz çökür və 
süpürgəyə dayanaraq pıçıltıyla dua oxuyur. Sonra müqəddəsin donunun ətəyini öpür və 
mexaniki tərzdə bunu bir neçə dəfə təkrarlayır.) Müqəddəs Antoni, bizimçün Allaha dua 
elə! Bizimçün Allaha dua elə, müqəddəs Antoni! 
  
Müq. Antoni. Ġmkan verin içəri keçim, arxamca qapını örtün. 
  
Virginiya (ayağa qalxır; hirsli). Budur əski, ayağınızı silin. 
  
(Müq. Antoni istər-istəməz onun əmrini yerinə yetirir). 
  
Bir az da, yaxĢı-yaxĢı silin. 
  
 Müq.Antoni (sağ tərəfdəki qapını göstərir). Xanım orada uzanıb. 
  
Virginiya (təəccüb dolu sevinclə). Doğrudan ha! Hardan bildiniz? Möcüzəyə bir bax! O, 
böyük otaqda uzanıb. Yazıq xanım! Onun yetmiĢ yeddi yaĢı vardı. Bu hələ qocalıq yaĢı 
deyil, elə deyilmi? Mömin adam idi, sizə deyim ki, xeyli xeyir iĢlər görmüĢdü. Özü də 
çox əziyyətlər çəkmiĢdi. Varı-halı baĢından aĢırdı! Deirlər, iki milyon pulu qalıb. Ġki 
milyon – böyük məbləğdir, deyilmi? 
  
Müq. Antoni. Hə. 
  
Virginiya.  Onun iki varisi qalıb: bacısı oğulları Qustav və Axill öz uĢaqlarıyla. Bu ev 
Qustava qaldı. BaĢqalarını da unutmayıb; kilsəyə, abbata, ponomara, kilsə qulluqçusuna, 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
142 
kasıblara, vikariyə, on dörd yezuitə və müddətindən asılı olaraq evində xidmət etmiĢ hər 
kəsə pul-para verdi. Hamıdan çox mənə çatdı. Mən otuz üç ildir ki, onun xidmətindəyəm, 
ona görə də üç min üç yüz frank aldım. Xeyli puldur, elədir? 
  
Müq. Antoni. Elədir. 
  
Virginiya. Mənə heç bir borcu qalmadı. Aylıq maaĢımı vaxtı-vaxtında verirdi. Qoy onun 
arxasınca nə danıĢırlar-danıĢsınlar, adam öləndə bəzi cənablar elə belə də eləyirlər. 
Müqəddəs qadın idi. Bu gün dəfn eləyəcəklər. Hamı gül dəstələri göndərib. Bir baxın, öz 
gözlərinizlə görün! Adamın gözü sevinir. Çarpayının, stolun, stulların üstündə, royalın 
üstündə – Hər yerdə gül-çiçək dəstələri qoyulub. Hamısı da ağ güllərdir. Bu özü də xırda 
məsələ deyil. Cənablar gül dəstələrini qoymağa yer tapa bilmirlər. 
  
Qapının zəngi vurulur. 
(Qapını açır və əlində iki əklil qayıdır.) Budur, iki əklil yenə. (Onları gözdən keçirərək
əlində sambayır.) Necə də gözəldir! Alın, bir az əlinizdə saxlayın. DöĢəməni yuyub-
qurtarıb gəlirəm. 
  
(Virginiya əklilləri müq. Antoniyə verir, o hazırlıqla hər əlinə bir əklil alır.) 
Bu gün dəfn edəcəklər. Hər Ģeyi yerbəyer eləmək lazımdır. Mənim isə iĢim baĢımdan 
aĢır… 
  
Müq.Antoni. Məni mərhumun yanına aparın. 
  
Virginiya. Mərhumun yanına? Elə indi? 
  
Müq. Antoni. Hə. 
  
Virginiya. Yox, belə olmaz. Gözləmək lazımdır. Onlar hələ stol arxasındadırlar. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
143 
Müq. Antoni. Tanrı məni tələsdirir. Vaxtdır. 
  
Virginiya. Siz neyləmək istəyirsiniz ki? 
  
Müq. Antoni. Dedim axı, onu diriltmək istəyirəm. 
  
Virginiya. Diriltmək istəyirsiniz? Doğrudan? Siz onu diriltmək istəyirsiniz? 
  
Müq. Antoni. Hə. 
  
Virginiya. Axı o üç gündür ki, ölüb. 
  
Müq. Antoni. Elə ona görə də onu diriltmək istəyirəm. 
  
Virginiya. Deməli, o yenə də əvvəlki kimi yaĢayacaq? 
  
Müq. Antoni. Hə. 
  
Virginiya. Axı onda heç kəs miras almayacaq. 
  
Müq. Antoni. ġübhəsiz. 
  
Virginiya. Bəs Qustav ağa bu iĢə nə deyəcək? 
  
Müq. Antoni. Bilmirəm. 
  
Virginiya. Bəs mənim üç min üç yüz frankım? O onları geri alacaq? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə