Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
148 
  
Müq. Antoni.  Nə lazımdır? 
  
Virginiya.  Sizin yanınızda, sağ tərəfdə mis kran var, görürsünüzmü? 
  
Müq. Antoni.  Hə. 
  
Virginiya. O, su kranıdır. Bu isə boĢ vedrədir. Onu suyla doldura bilərsinizmi? 
  
Müq. Antoni.  Əlbəttə. 
  
Virginiya.  Təkcanıma iĢlərin öhdəsindən gələ bilmirəm. Yardım eləyən də yoxdur. Hamı 
baĢını itirib. Bir adam ölən kimi aləm bir-birinə dəyir. Özünüz yaxĢı bilirsiniz. 
XoĢbəxtlikdən belə Ģeylər hər gün olmur. Allah sizi belə müsibətlərdən qorusun. 
Qonaqların yanında hər Ģey par-par parıldamasa ağa hirslənib özündən çıxır. Onu razı 
salmaq asan məsələ deyil. Hələ mis qabları da yuyub təmizləməliyəm. Ġndi kranı sağa 
çevirin. Bax belə. Vedrəni mənə verin. Ayaqlarınız üĢümür? Paltonuzu bir az yuxarı 
qaldırın, yoxsa isladarsınız. Əklilləri isə kətilin üstünə qoyun. Bax belə, əla. 
(Müq. Antoni su dolu vedrəni ona verir). 
TəĢəkkür edirəm. Əsl kavalersiniz. Yenə bir vedrə su verərsinizmi… 
(Səslər, kənara itələnən stulların taqqıltısı eĢidilir). 
EĢidirsinizmi? Bu nədir belə? Gedim baxım. (ġüĢə qapıya yaxınlaĢır) Bir baxın, ağa 
yerindən dik atıldı! Ona nolub? Bəlkə sözləri çəp gəlib? Yox, o biriləri yeyirlər. Ġosif 
abbatın stəkanına çaxır tökür. Ağbalığı yeyib qurtarıblar. Deyəsən ağa buraya gəlir. Sizin 
haqqınızda ona deyərəm… 
  
Müq. Antoni.  Hə, hə, xahiĢ edirəm, bir az tələsin! 
  
Virginiya.  Vedrəni yerə qoyun. Daha mənə lazım deyil. Süpürgəni götürün. Elə yox! 
ƏĢĢi, oturun görək. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
149 
(Müq. Antoni itaətlə üstündə əklillər olan kətilə oturmaq istəyir) 
Ey, ey, neyləyirsiniz? Axı əklillərin üstünə oturdunuz. 
  
Müq. Antoni.  BağıĢlayın, mən pis görürəm. 
  
Virginiya.  Ah, siz necə də yöndəmsiz hərəkətlər eləyirsiniz! Bir bu əklillərə baxın, gör 
nə gündədirlər! Qustav ağa onları görüb nə deyəcək? ġükür Allaha, siz onları yalnız bir 
azca əzmisiniz. YavaĢ-yavaĢ dirçəlirlər. Onları dizinizin üstünə qoyun, sakit oturun. 
Yerinizdən tərpənməyin, yoxsa yenə aləmsi qatıb-qarıĢdırarsınız. (Onun qabağında diz 
çökür) Sizdən bir xahiĢ etmək istəyirdim… 
  
Müq. Antoni. XahiĢinizi deyin, çəkinməyin. 
  
Virginiya.  Nə qədər ki, burada baĢqaları yoxdur, mənə xeyir-dua verin. Ağalar gəlib 
məni bayıra çıxaracaqlar və mən sizi bir daha görməyəcəyəm. Mənə öz xeyir-duanızı 
verin! Artıq qoca arvadam – gərəyim olar. 
( Müq. Antoni qalxıb ona xeyir-dua verir. BaĢının ətrafındakı halə yenidən parıldamağa 
baĢlayır). 
Müq. Antoni.  Sənə xeyir-dua verirəm, mənim qızım, çünki sən xeyirxahsan, ruhən 
sadəsən, qəlbən də sadə adamsan, ehkamlara riayət eləyirsən, özünün mürəkkəb olmayan 
vəzifəni vicdanla yerinə yetirirsən. Allah amanında, mənim balam, get, mənim burda 
olduüğumu ağalarına çatdır. 
(Virginiya gedir. Müq. Antoni yenidən kətilə oturur.  Az sonra ĢüĢə qapı açılır. Qustavla 
Virginiya içəri girirlər.) 
  
Qustav (Ciddi və hirsli görkəmdə). Nə olub? Sizə nə lazımdır? Siz kimsiniz? 
  
Müq. Antoni. (Təvazölə ayağa qalxır). Mən müqəddəs Antoniyəm… 
  
Qustav.  Siz dəli olmusunuz! 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
150 
Müq. Antoni.  …Paduanlı. 
  
Qustav. Nədir, mənimlə zarafat eləmək fikrinə düĢmüsünüz? Mənim zarafatlıq halım 
yoxdur. Bir az Ģərab içdik, vəssalam. Bura nəyə gəlmisiniz? Sizə nə lazımdır? 
  
Müq. Antoni.  Mən sizin ölmüĢ xalanızı diriltmək istəyirəm. 
  
Qustav.  Nə? Xalamı diriltməkmi? (Virginiyaya) O, lül-qəmbərdir. Onu niyə içəri 
buraxmısan? (Müq. Antoniyə.) Qulaq asın, dostum, özünüzü axmaq yerinə qoymayın, 
bizim o halımız deyil. Bu gün meyiti evdən çıxarmalıyıq. Sabah gələrsiniz. Hələlik sizə 
on su verirəm. 
(Müq. Antoni yumĢaq, amma qətiyyətli müqavimət göstərir). Mə nonu bu gün 
diriltməliyəm. 
  
Qustav.  YaxĢı. Əla. Meyit götürüldükdən sonra. Razısınız? Qapı ordadır. 
  
Müq. Antoni.  Mən yalnız onu diriltdikdən sonra gedəcəyəm. 
  
Qustav. (Hirslənir). Yox, siz əndazəni keçirsiniz! Siz dözülməz olursunuz! Qonaqlar 
məni gözləyirlər, baĢa düĢürsünüz? (GiriĢ qapısını açmaq istçyir)  MarĢ! Odur qapı. Əlli 
olun! 
  
Müq. Antoni. Onu diriltməmiĢ burdan gedən deyiləm. 
  
Qustav.  Eləmi? Baxarıq! (ġüĢə qapını aralayır) Ġosif! 
  
Ġosif (Pilləkanda görünür; əlində buğlanan yemək qabı var). Nə buyurursunuz? 
  
Qustav (Yeməyə nəzər salır) Bu nədir? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
151 
  
Ġosif.  Qarabağır ətidir. 
  
Qustav.  YaxĢı. Yeməyi Virginiyaya ver, özün isə bu avaranı çölə çıxar. Bir az tez ol! 
  
Ġosif. (Qabı Virginiyaya verir). BaĢ üstə. (Müqəddəsin üstünə yeriyir). Ġtil burdan, qoca! 
Tərpən görüm. Ġçib sərxoĢ olmağa nə var, gərək evin yolunu da tapa biləsən. Rədd ol, 
deyirəm sənə! Tələs! Nə qədər ki, sağ-salamatsan, çıx get, yoxsa xurd-xəĢil olarsan. 
Yumruğumu görürsən? Sən hələ burdasan? YaxĢı, qoca kaftar! Virginiya, qapını aç! 
  
Qustav.  Dayan, mən açaram. ( Bayıra aparan qapını açır). 
  
Ġosif.  Bax belə. Bəsdir. Əmin olun ki, o buradan karetada getməyəcək. (Qollarını 
çirmələyib, ovcunu tüpürcəkləyir). Ġndi görəcəksiniz. (Ġosif müq. Antoninin çiyinlərindən 
yapıĢaraq, onu itələyib bayıra çıxarmaq istəyir. Müq. Antoni yerə mıxlanıbmıĢ kimi 
tərpənmir. Ġosif təəccüblə) Bu nədir belə? 
  
Qustav.  Hə, noldu? 
  
Ġosif.  BaĢ aça bilmirəm. Elə bil yerində bitib. Tərpətmək mümkün deyil. 
  
Qustav.  Mən sənə kömək edərəm. 
(Qustavla Ġosif birlikdə Müq. Antoninin çölə çıxarmaq istəyirlər, ancaq o, yerindən 
tərpənmir.) 
(Astadan)  Qulaq as, ehtiyatlı ol! Təhlükəli iĢə oxĢayır. O pəhləvandır. Onu yaxĢılıqla 
çıxarmaq lazımdır. Dostum, özünüz baĢa düĢün, belə bir gündə… Bu gün biz mənim 
xalamı dəfn edirik, hörmətli-izzətli bir qadını… 
  
Müq. Antoni.  Mən onu diriltmək üçün gəlmiĢəm. 
  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə