Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
160 
  
Pərdə düĢür.       
                
  
İkinci əhvalat. 
  
Böyük otaq. Arxa planda geniĢ çarpayıda, bər-bəzəkli talvarın altında mərhum 
Qortenziyanın cəsədi uzadılıb. Ġki yanan Ģam, ĢümĢad budaqları və s. Sol tərəfdə qapı 
var. Sağda bağa açılan ĢüĢə qapı. Birinci əhvalatın bütün iĢtirakçıları sol qapıdan içəri 
girirlər, onların ardınca müqəddəs Antoni gəlir. 
  
Qustav (Ona çarpayını göstərir). Bizim əziz mərhu burada yatır. Gördüyünüz kimi o 
doğrudan da ölüb. Hə, razı qaldınızmı? Ġndi isə bizi rahat buraxın. Onsuz da sizin 
vizitiniz çox uzandı. Bu cənabı bağın içiylə ötürün getsin. 
  
Müq. Antoni.  Ġcazə verin. (Otağın ortasına gəlib, üzünü mərhuma tutur. Ucadan, sakit 
səslə.) Qalx! 
  
Qustav.  Yox, bu lap ağ oldu! Biz icazə verə bilmərik ki, bu naməlum adam qəlbimizdəki 
ən dəruni hissləri təhqir eləsin. Sizdən sonuncu dəfə xahiĢ edirəm… 
  
Müq. Antoni.  Bəsdir, sakit olun. (Çarpayıya yaxınlaĢır; daha hökmlü səslə) Qalx! 
  
Qustav. (Səbri tükənir). Yetər! Özünüzə yazığınız gəlsin! XahiĢ edirəm! Bax, qapı 
ordadır. 
  
Müq. Antoni.  Dayanın. Ölüm öz iĢini görüb. (Daha da güclü və hökmlü səslə). Həyata 
dön və qalx! 
(Hamının təəccübünə rəğmən ölü zəif hərəkətlər eləməyə baĢlayır, göz qapaqları aralanır, 
xaç Ģəklində çarpazlaĢdırılmıĢ qollarını yana açır, qalxıb yerinin içində oturur, ləçəyini 
qaydaya salır və fərəhsiz, narazı baxıĢlarla otağa göz gəzdirir). Sonra heç nə olmayıbmıĢ 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
161 
kimi dırnağıyla gecə köynəyinin üzərindəki stearini təmizləyir. Ağır sükut çökür. Birdən 
Virginiya səssiz-səmirsiz dayanmıĢ dəstədən ayrılaraq çarpayının yanına qaçır və dirilmiĢ 
qadını qucaqlayır.) 
  
Virginiya.  Xanım! Dirildi!...Baxın, stearini təmizləyir!...Gözlüyünü axtarır…Budur, 
burdadır, budur!.. Müqəddəs 
  
Antoni! Müqəddəs Antoni! Möcüzə!.. Möcüzə!.. Diz çökün!.. Diz çökün!..  
  
Qustav.  Bəsdir! 
  
Axill.  ġübhə yoxdur, o dirilib. 
  
Qonaq.  Ġstənilən halda bu mümkün deyil. O ona neylədi? 
  
Qustav.  Buna əhəmiyyət vermək lazım deyil. Bir dəqiqə sonra o yenidən tir-tap 
uzanacaq. 
  
Axill.  Əmin olun ki, yox. Fikir verin, görün o bizə necə baxır. 
  
Qustav.  Yenə də inanmıram. Biz hansı dünyada yaĢayırıq. Məgər artıq təbiət qanunları 
iĢləmir? Nə deyirsiniz, doktor? 
  
Həkim.  Nə deyim?.. (Qətiyyətsiz) Nə deyim?... Mən nə deməliyəm ki? Bu mənim iĢim 
deyil… Mənim sahəm deyil. Bu ağlasığmazdır, eyni zamanda çox sadə məsələdir. Əgər o 
diridirsə, deməli ölməyibmiĢ. Burada təəccüb qalmalı bir iĢ yoxdur, möcüzə-filan barədə 
də hay-küy salmaq lazım deyil. 
  
Qustav.  Axı özünüz dediniz ki… 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
162 
Həkim.  «Dediniz», «dediniz»… Nəzərinizə çatdırım ki, mən heç nəyi qəti olaraq 
təsdiqləməmiĢəm, heç ölüm faktını da qeydə almamıĢam. Hətta məndə bəzi Ģübhələr də 
yaranmıĢdı, ancaq sizdə yalançı ümidlər yaratmamaq üçün bu Ģübhələri sizinlə 
bölüĢmədim… Bir də ki, bütün bunlar heç nəyi sübuta yetirmir və məncə onun çox 
yaĢayacağına ümid eləməyə dəyməz… 
  
Axill.  Amma axı kim bu həqiqəti dana bilər… 
  
Virginiya.  Hə, hə, artıq buna inanmamaq mümkün deyil. Burada heç bir Ģübhə ola 
bilməz. Deyirdim axı, o müqəddəsdir, böyük müqəddəsdir. Görün, o necə canlıdır. Təzə-
tərdir, qızılgül kimi. 
  
Qustav (Çarpayıya yaxınlaĢıb diriləni öpür). Xala, əziz xala, bu sənsənmi? 
  
Axill (O da çarpayıya yaxınlaĢır). Məni necə, tanıdınmı, xalacan? Mən – Axilləm, sənin 
bacıoğlun Axill. 
  
Qoca arvad. Bəs məni, xalacan? Mən sənin qardaĢın qızı Leontinayam. 
  
Gənc qız. Bəs məni, xalacan? Mən sənin balaca Valentinananam, sən bütün gümüĢlərini 
mənə bağıĢlamısan. 
  
Qustav.  Bir baxın, gülümsünür. 
  
Axill.  Yox, elə bil nədənsə narazıdır. 
  
Qustav.  Hamımızı tanıyıb. 
  
Axill. (Xalanın ağzını açıb nəsə demək istədiyini görərək). Sakit!.. O danıĢmaq istəyir. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
163 
Virginiya.  Ġlahi!.. O, Tanrını görüb… O bizə cənnət zövqü-səfası barədə danıĢacaq… 
Diz çökün!.. Diz çökün!.. 
  
Axill.  Qulaq asın, qulaq asın! 
  
Qortenziya (Hirsli-hirsli və ikrahla Muq. Antoniyə baxır; acıqlı, kəskin səslə). Bu nə 
tipdir belə? Bu dilənçini mənim otağıma kim buraxıb? Gör xalçaları nə günə qoyub… 
Ġtil, rədd ol! Virginiya, sənə nə deyilmiĢdi? Dilənçiləri… 
  
Müq. Antoni. (Əlini amiranə bir tərzdə irəli uzadır).  Sus! 
(Qortenziyanın sözü ağzında qalır və heç bir söz söyləməyə iqtidarı olmur, beləcə 
ağzıaçıq oturur). 
Qustav (Müq. Antoniyə).  Onun günahından keçin! O sizə nə qədər borclu olduğunu 
bilmir. Biz isə bilirik! Burada əlavə sözə ehtiyac yoxdur. Sizin elədiyinizi hər kəs eləyə 
bilməz. Bəlkə də bu təsadüfdür aə ya buna bənzər bir Ģey… Bilmirəm, bilmirəm… Hər 
halda, sizin əlinizi sıxa bildiyimə görə xoĢbəxtəm və bundan qürur duyuram… 
  
Müq. Antoni.  Mən getməliyəm. ĠĢim-gücüm var. 
  
Qustav.  Yox, yox, lənət Ģeytana! Belə olmaz. Sizi boĢ əllə yola sala bilmərik. Bilmirəm 
xalam sizə nə verəcək, - bu onun iĢidir, ancaq mən xalam oğluyla danıĢıb, hətta bu sırf 
təsadüf və ya hər hansı baĢqa bir Ģey olmuĢ olsa belə, çək-çevirə salmadan sizə 
istədiyiniz Ģeyi verərik. Düzdürmü, Axill? 
  
Axill.  Əlbəttə. Siz məyus olmazsınız, əksinə… 
  
Qustav.  Biz elə də zəngin adamlar deyilik, uĢaqlarımız var, mirasla bağlı ümidlərimiz 
puç oldu, ancaq xidmətinizə görə sizin borcunuzdan çıxmalıyıq – ailə Ģərəfi bunu diqtə 
edir. Qoy sonra deməsinlər ki, naməlum, yad adam – fərqi yoxdur, varlı və ya kasıb – 
bunlara kömək elədi və əvəzində heç nə vermədilər. Təbii, bu bizim imkanlarımız 
daxilində olmalıdır, imkanlarımız isə, dediyim kimi, məhduddur. Ancaq imkan daxilində 
siz razı salınacaqsınız. O.., bilirəm, elə Ģeylər var ki, onların əvəzini ödəmək mümkün 
deyil! Bu barədə danıĢmaq artıqdır… Bilirəm, bilirəm, sözümü kəsməyin… Amma hər 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə