Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
168 
Qustav. Ölülər dünyasının? Bu nə deməkdir? Siz bizi nə hesab edirsiniz? Yox, lənət 
Ģeytana, bu lap ağ oldu. O danıĢırdı – hamımız bunu eĢitdik, biz Ģahidik. Siz onun səsini 
aldınız, mən sizin nə niyyət güddüyünüzü anlamağa baĢlayıram. Dərhal onun səsini 
qaytarın, yoxsa… 
  
Axill. Əgər onu bu vəziyyətdə saxlayacaqdınızsa, həyata qaytarmağın nə mənası vardı? 
  
Qustav. Əgər siz onu sizin israrlı və mənasız müdaxilənizdən əvvəl olduğu kimi qaytara 
bilməyəcəkdinizsə, daha niyə dirildirdiniz? 
  
Axill. Bu, alçaqlıqdır. 
  
Qustav. Bu bizim etibarımızdan sui-istifadə etməkdir. 
  
Axill. Bəli, bəli. Etibarımızdan sui-istifadə etməkdir. Bu adamda hiddət doğurur! 
  
Qustav. Belə çıxır ki, siz bizi Ģantaj edirsiniz? 
  
Axill. Axmaq tapmısınız? 
  
Qustav. Sizi bura kim çağırıb? Nə qədər ağır olsa da,deməliyəm ki, onu ölü görmək bu 
vəziyyətdə görməkdən yaxĢıdır. Kim sizə icazə verib ki, guya möcüzə yaratmaq üçün 
dinc adamların evinə soxulub, onlara dəod-bəla gətirəsiniz? Biz bunu belə qomayacağıq. 
Həkim. YaxĢı, sakit olun! ġübhəsiz, bu adam yaxĢı hərəkət etməyib, onun ağlı çatmır 
(Müqəddəsə yaxınlaĢır.) Dostum, gözlərinizi göstərin görüm. Elədir ki var, belə də 
bilirdim. Siz ölünü diriltdiyinə görə ona təntənəli surətdə razılıq edərkən, mən müdaxilə 
etmək istəmədim. Əslində bu mənim iĢim deyil, ancaq mən iĢin nə yerdə olduğunu 
əvvəlcədən bilirdim, indi isə özünüz də görürsünüz ki, mən haqlıymıĢam: xanım 
ölməyibmiĢ. Burada qeyri-adi və sirli heç nə yoxdur. Sadəcə olaraq bu adam qeyri-adi 
enerjiyə malikdir və ondan sui-istifadə edir. Görünür hansısa niyyəti var. Ġstənilən halda 
bu yolverilməzdir. O, sadəcə olaraq, vaxtında gəlib-çıxdı, əgər o gəlməsəydi, yəqin ki, 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
169 
bizim hər birimiz belə bir «möcüzə» yarada bilərdik. Mən «möcüzə» deyirəm, çünki hər 
halda burada möcüzəvi element yox deyil. 
  
Qustav. Ġndi biz neyləyək? 
  
Həkim. Madam ki o, cəmiyyət üçün təhlükəlidir, onu təcrid etmək, gözdən uzaqlaĢdırmaq 
lazımdır. 
  
Qustav. Düz deyirsiniz! Ümumiyyətlə, bu məsələni qurtarmaq lazımdır, boğaza yığıldıq 
artıq! Ġosif! 
  
Ġosif. Buyurun. 
  
Qustav. Qaç polis Ģöbəsindən iki polis çağır. Qoy özlərlə qandal da götürsünlər. Söhbət, 
gördüyümüz kimi, cəmiyyət üçün təhlükəli, hər cürə pislik etməyə qadir olan subyektdən 
gedir. 
  
Ġosif. Gedirəm ağa (qaçaraq gedir). 
  
Müq. Antoni. Ġcazə verin, mən gedim. 
  
Qustav. Özünü axmaq yerinə qoymayın, qoca. Bir az səbr edin, buradan gedəcəksiniz. 
Sizi gözəl, nəcib adamlar müĢayət edəcək. Bir az gözləyin. 
  
Axill. Hə, dostum, orada darıxmayacaqsınız. Öz fokuslarınızı və istedadınızı sizin üçün 
daha xoĢ və daha uyğun yerdə – polis Ģöbəsində nümayiĢ etdirmək imkanınız olacaq. Siz 
tütünlə təmizlənmə haqqında eĢitmisiniz? 
  
Müq. Antoni. Tənbəki ilə? TəĢəkkür edirəm, mən tütün çəkmirəm. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
170 
Axill. Orda sizi öyrədərlər. Sizə bir məsləhətim də var. Fəxri qarovul sizi aparmağa 
gələndə, onlarla Misir fironları haqqında danıĢın. Onlar belə Ģeylərlə çox maraqlanırlar, 
siz onaları məmnun edəcəksiniz. Hə, budur onlar. 
  
                                      Ġosif, serjant və polis nəfəri gəlirlər. 
  
Serjant (Müq. Antonini göstərir). Bunu həbs etmək lazımdır? 
  
Qustav. Onu, onu. 
  
Serjant (əlini Müq. Antoninin çiyninə qoyur). Pasportunuzu verin! 
  
Müq. Antoni. Pasport nədir? 
  
Serjant. Paportun yoxdur? Elə də bilirdim. Adınız, vəzifəniz! 
  
Müq. Antoni. Müqəddəs Antoni. 
  
Serjant. Necə yəni «müqəddəs»? Mənə it ayaması söyləməyin. Soyadınız nədir? 
  
Müq. Antoni. Mənim soyadım yoxdur. 
  
Serjant. Heç nəyi gizlətməyin. Xalatı hardan oğürlamısınız? 
  
Müq. Antoni. Mən heç nə oğurlamamıĢam. Bu özümünküdür. 
  
Serjant. Belə çıxır ki, mən yalan danıĢıram? Elədir? Çəkinməyin, təkrar edin. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
171 
  
Müq. Antoni. Bilmirəm… məncə… Deyəsən, siz səhv edirsiniz. 
  
Serjant. Sizin dikbaĢlığınızı yadda saxlayarıq. Haralısınız? 
  
Müq. Antoni. Paduyalı. 
  
Serjant. Paduya? Bu haradır? Hansı departamentdə yerləĢir? 
  
Qustav. Bu, italiyadadır. 
  
Serjant. Bilirəm, istəyirəm ki, onun özü desin. Deməli, siz italyansınız? Aha… elə də 
bilirdim. Buraya haradan gəlmisiniz? 
  
Müq. Antoni. Cənnətdən. 
  
Serjant. Hansı cənnətdən? Bu nə cəfəng söhbətdir? Daimi yaĢayıĢ yeriniz haradır? 
  
Müq. Antoni. Mömin insanların ruhunun getdiyi yer. 
  
Serjant. Belə, belə, aydındır. Hiylə iĢlədirsən. Məni axmaq yerinə qoyursan. Əvvəlcə 
dikbaĢlıq edirsən, sonra da hiylə iĢlədirsən. Aydın məsələdir. Gəlin, söhbəti uzatmayaq. 
Hə, bu neyləyib? Nəsə oğurlayıb? 
  
Qustav. Onun nəsə oğurlayıb-oğurlamadığı barədə heç nə deyə bilmərəm. Bunu 
yoxlamağa vaxtım olmayıb, mən isə əsassız ittihamların düĢməniyəm. Ədalət hər Ģeydən 
üstündür. Ancaq onun gördüyü iĢ oğurluqdan da betərdir. 
  
Serjant. Elə də bilirdim. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə