Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
164 
halda nəsə vermək lazımdır… Bir məbləğ deyin… Sizcə biz sizə nə qədər borcluyuq? 
Yəqin bizdən qızıl küməsi istəməzsiniz… Onsuz da yoxumuzdur… Ancaq istənilən 
ağlabatan tələbiniz yerinə yetiriləcək. 
  
Axill. Kuzenim haqlıdır. Hələ ki, sövdələĢməmiĢik, buraya imza atmağınızı təklif edirəm. 
Bu, boynunuza heç bir məsuliyyət qoymur, amma sizin ən vacib ehtiyaclarınızın təmin 
olunmasına imkan yaradır. 
  
Müq. Antoni. Mən artıq getməliyəm. ĠĢlərim var. 
  
Qustav. «ĠĢlər», «iĢlər»… Sizin nə iĢiniz ola bilər axı?! Yox, belə olmaz… Bu ədəbsizlik 
kimi çıxır! Ġnsanlar bizim əziz ölümüzü həyata qaytardığınızı və buradan əliboĢ 
getdiyinizi bilsələr, bizə nə deyərlər? Əgər pul istəmirsinizsə – mən sizin vasvasılığınızı 
baĢa düĢürəm və qiymətləndirirəm – onda, bəlkə, bizim xətrimizə nəsə bir hədiyyə 
götürəsiniz?.. Elə bir Ģey deyil, narahat olmayın!..  Bu, portsiqar, qalstuk sancağı və ya 
penkadan düzəldilmiĢ tənbəki çubuğu da ola bilər… Biz onun üstündə oyma yazıyla sizin 
adınızı, adresinizi, doğum gününüzü də qeyd edərdik… 
  
Müq. Antoni. TəĢəkkür edirəm… Ancaq götürə bilmərəm… 
  
Qustav. Qəti imtina edirsiniz? 
  
Müq. Antoni. Qəti. 
  
Axill (portsiqarını çıxarır). Heç olmasa, lütfkarlıq göstərin – gəlin, bir siqar çəkək! Ümid 
edirəm ki, bundan imtina etməzsiniz… 
  
Müq. Antoni. TəĢəkkür edirəm. Mən çəkmirəm. 
  
Qustav. ĠĢə düĢdük də!.. Bir sözlə, sizə nə lazımdır? Sizin hər hansı bir arzu-istəyiniz 
varmı? Utanıb-çəkinmədən deyin… Siz bizə səadət bəxĢ etdiniz, burada hamı sizin 
qulluğunuzda durmağa hazırdır… Hamı sizin qulluğunuzdadır… BaĢqa nə deyə 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
165 
bilərəm?.. Amma ağlabatan bir Ģey olsun… Ancaq elə-belə çıxıb getmək – bizi təhqir 
etmək demək olardı. 
  
Axill. Dayan! Ağlıma bir fikir gəldi, özü də, deyəsən, pis fikir deyil… madam ki, o heç 
nə götürmək istəmir, - mən də sənin kimi bu tədbirliliyi baĢa düĢür və təqdir edirəm, 
çünki həyatı bazar qiymətləri ilə dəyərləndirmək olmaz, - beləliklə, bu təmənnasızlıq onu 
bizim səviyyəmizə qaldırır; elə isə, niyə də onu Ģərəfləndirməyək və onu onun ucbatından 
yarımçıq qalmıĢ səhər yeməyinə dəvət etməyək?.. Bu təkliflə hamı razıdır? 
  
                                      Razılıq sədaları eşidilir. 
  
Qustav. Hə, yaxĢısı budur. Beləcə, hər Ģeyi yoluna qoyarıq. Əla fikirləĢmisən. (Müq. 
Antoniyə) Narazılığınız yoxdur ki? Biz sıxlaĢıb, sizə yer eləyərik. EĢidirsiniz? Fəxri yer! 
Əlbəttə, təəssüf ki, qarabağır artıq soyuyub, amma acsınızsa, elə belə də yeyərsiniz. 
Gedək, gedək! Əlavə söz-söhbətə ehtiyac yoxdur! Gördüyünüz kimi biz səmimi və 
qürurlu adamlarıq. 
  
Müq. Antoni. Yox, məni məzur tutun… BağıĢlayın… Çox təəssüf edirəm, amma 
mümkün deyil… Məni gözləyirlər. 
  
Qustav. Siz bizimlə səhər yeməyi də yeməyəcəksiniz? Sizi kim gözləyir axı? 
  
Müq. Antoni. Bir mərhum da var… 
  
Qustav. Mərhum! Daha bir mərhum! Sizin mərhum qaçmır. DüĢünürəm ki, bizimlə daha 
maraqlı vaxt keçirəcəksiniz. Hər halda ölüləri bizdən üstün tutmursunuz… 
  
Axill. Dayanın, iĢin məğzini anladım. Bəlkə, siz mətbəxdə yemək istəyirsiniz? Ora daha 
rahatdır, elə deyilmi? 
  
Qustav. Kofeni də bizimlə içər. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
166 
  
Axill. Ha-ha!.. Ġmtina etmir… Belə ona daha xoĢdur… BaĢa düĢürəm… Virginiya, sən 
artıq xanıma lazım deyilsən. Bu cənabı öz Ģahlığına apar və ona əməllicə qonaqlıq ver. 
Qoy bütün yeməklərdən dadsın… Ha-ha! Əminəm ki, Virginiya ilə birgə 
darıxmayacaqsınız. (Müqəddəsə yaxınlaĢaraq, himayətkarcasına onun qarnını əlləĢdirir.) 
Hə, düz baĢa düĢmüĢəm, qoca pozgun? Qoca kələkbaz, ha-ha, qoca cüvəllağı, ay səni!.. 
  
Virginiya (həyəcanla). Ağa… 
  
Qustav. Nə olub? 
  
Virginiya. Səbəbini bilmirəm, amma xanım daha danıĢa bilmir… 
  
Qustav. Necə yəni danıĢa bilmir?.. 
  
Virginiya. Özünüz baxın, ağa. O, ağzını açır, dodaqlarını tərpədir, əllərini yellədir, amma 
səs çıxara bilmir. 
  
Qustav. Xalacan, sənə nə oldu? Nəsə demək istəyirsən? 
  
                            Qortenziya baĢını tərpədir. 
  
Amma deyə bilmirsən, eləmi? Cəhd elə, səy göstər! Sən yorulmusan. Bir azdan keçib 
gedər. 
  
                            Qortenziya əl hərəkətlərilə danıĢa bilmədiyinə iĢarə edir.  
  
Nə olu sənə? Nəsə istəyirsən? (Müq. Antoniyə.). bun ə deməkdir? 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
167 
Müq. Antoni. O daha danıĢa bilməyəcək. 
  
Qustav. DanıĢa bilməyəcək? Axı o bayaq danıĢırdı. Özünüz eĢitdiniz. Hətta sizi söydü də. 
  
Müq. Antoni. Bu mənim xətam idi. Artıq onun dili həmiĢəlik tutuldu. 
  
Qustav. Siz onun nitqini qaytara bilməzsiniz? 
  
Müq. Antoni. Yox. 
  
Qustav. Bəs onun səsi nə vaxt qayıdacaq? 
  
Müq. Antoni. Heç vaxt. 
  
Qustav. Necə yəni? O ömrü boyu lal qalacaq? 
  
Müq. Antoni. Hə. 
  
Qustav. Niyə axı? 
  
Müq. Antoni. O bəzi sirlərdən agah olub, onları heç kəsə deyə bilməməsi üçün. 
  
Qustav. Sirlər? Hansı sirlər? 
  
Müq. Antoni. Ölülər dünyasının sirləri. 
  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə