Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
199 
Ani:     Mister Solto, mərc gəlirəm ki, özünüzə yaxĢı bir arvad tapa bilərdiniz. 
Solto:     Ġstəsəydim, əlbəttə, asanlıqla tapardım. Ancaq mən – yalquzağam. Villi kimi. 
Volter:     Siz hələ də utillə  məĢğulsunuz, mister Solto? 
Solto:     Sakit. Bax, vergi müfəttiĢini də  bu maraqlandırdı. Ona deyirəm, bu iĢi çoxdan 
tərgitmiĢəm. O isə deyir: bu vergi bəyənnamələrini  doldurun. Onları  hər ay sizə 
göndəririk. Deyirəm, mənim  gəlirim- filan yoxdur. Nəyimə gərəkdi onlar ! O isə deyir, 
siz  bu məhəllədə vergi bəyənnamələrini doldurmayan yeganə adamsınız. Siz, - deyir – 
qazamata düĢmək istəyirsiniz? Qazamata, - deyirəm. Siz bu sözləri mənim kimi  namuslu 
bir adama deyirsiniz? Məni – qoca təqaüdçünü qazamatla hədələyirsiniz? Sizin üçün don 
Bredmanı ifĢa edən kim oldu? Biabırçılıqdır-deyirəm. Bütün Avropa üçün böyük 
biabırçılıqdır. Deyir, canım, burda çətin bir Ģey yoxdur! Deyirəm cavan oğlan, 
isəyirsinizsə kağızları doldurum,  gərək əvəzində pul  ödəyəsiniz. Yoxsa onları özünüz  
doldurun, məndən əl çəkin.  Üç yüz əlli funt! Ay aldız ha! 
Ani:     Nə deyirsiniz deyin, mister Solto,  amma  sizə mütləq yaxĢı bir qadın lazımdır. 
Bax, o, sizin vergi bəyannamələrinizi doldurardı. 
Solto:     Mən də elə  bundan qorxuram. 
Milli:         Bir ekler də yeyin, mister Solto. 
Ani:         Onun iĢtahı da hələ yaxĢıdır. 
Solto:     ĠĢtahımı xüsusi olaraq bu gün üçün itiləmiĢəm. 
Volter:     Burda axırıncı dəfə nə vaxt olmusunuz, mister Solto? 
Milli:         Səni apardıqları gün. 
Solto:     Yadımdadı, hələ nərgiz gülləri də gətirmiĢdim. 
Ani:     Doqquz ay  keçib, amma hər Ģeyi xatırlayır. YaddaĢa bax! 
Solto:     Yeri gəlmiĢkən, onlar necədi? 
Ani:         Kimlər? 
Solto:     Nərgizlər. 
Ani:          Çoxdan solub gediblər. 
Solto:     Nə? (Ağzı dolu deyir) 
Volter:     Deməli, bizim kirayəniĢindən hələ xəbəriniz yoxdur? 
Solto:     KirayəniĢin? Nə kirayəniĢin? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
200 
Volter:     Hə.Ġndi onların kirayəniĢinləri də var. 
Milli:         Məktəb müəlliməsi. 
Solto:     Məktəb müəlliməsi? Bəs, harda yatır? Divanda? 
Volter:     Ona mənim otağımı  veriblər. 
Milli:         Ani, kömək elə süfrəni yığıĢdıraq. 
Solto:     O vaxt Avstriyada məni yoldan çıxaran qadın da ərini evdən qovub, otağını 
mənə vermiĢdi. Xeyli keçəndən sonra onunla rastlaĢdım. Hayd-parkda nitq söyləyirdi. 
Ġnsafən, pis natiq deyilmiĢ. 
Milli:     (Stoldan qab-qacağı yığıĢdırır) Villiyə bir az borc verə bilərsiniz? 
Solto:     Mən. Niyə də yox. 
Milli:      Siz onun dadına yetiĢmiĢ olardınız. 
Solto:     YaxĢı olar ki, o, KeçmiĢ Məhkumlara  Yardım Cəmiyyətinə müraciət etsin. 
Orda ona kömək edərlər. Axı, sən iki dəfə həbsdə olmusan, Villi. Münasib göstəricilərin 
var.  
Volter:     Bir-iki yüzlük borc vermək sizə çətin olmaz ki, mister Solto?  
Solto:     Bir-iki yüzlük bura, üç yüz əlli ora. Məni bankir hesab edirsininz, nədi! 
Milli:     Pulları özünüzlə o dünyaya apara bilməzsiniz, mister Solto. 
Volter:     O, qəbiristanlığın ən varlı sakini olmaq fikrindədir. 
Ani:     O  dünyada pul sizə o qədər də  lazım olmayacaq, mister Solto. 
Solto:     Kim o tərəfə gedir? Siz nə danıĢırsınız? 
Milli:         Gedək, Anabel. 
Ani:         Hələ peçenye də var, mister Solto. 
Solto:     Bilirsiniz nə var, Ani.  Özünüz yeyin. 
Milli:         Anabel! 
    (Ani və Milli qabları götürüb mətbəxə gedirlər). 
Solto:     Ġnan mənə, Villi, sənə kömək etmək istərdim. Ancaq indi vəziyyətim yaxĢı 
deyil. Son vaxtlar heç bəxtim gətirmir. Bu günlərdə at yarıĢlarında da uduzmuĢam. 
Pulumu «Dördüncü»yə oynadım, o isə, təsəvvür elə, axırıncı maneədən keçə bilmədi. Elə 
bil  qəflətən radikuliti tutdu. Ġki gün boğazımdan çörək də keçmədi. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
201 
Volter:     Mənə sizin köməyiniz lazımdı. Mən yeni həyata baĢlamaq istəyirəm. 
Solto:     Nə oldu belə, birdən-birə? Yorulmusan, nədi? 
Volter:     Yox. Tez-tez iliĢirəm. Belə çox davam edə bilməz. 
Solto:     Hələ də əmanət kitabçaları ilə məĢğulsan? 
Volter:     Hə. 
Solto:     Sənə demiĢəm axı. Bu, axmaq iĢdir. Saxta sənədlər düzəltmək üçün xüsusi 
istedad lazımdır. Bu iĢə ürəyini qoymalısan, baĢa düĢürsən? 
Volter:     Mənimsə əlimdən gəlmir. 
Solto:     Aydın məsələdir.   Hətta mən belə bu iĢi səndən yaxĢı bacararam. Amma fikir 
vermisənsə,  heç vaxt sənəd  saxtalaĢdırmaqla məĢğul olmamıĢam. 
Volter:     Ġstedadım yoxdur. 
Solto:     Fırıldaqçı öz peĢəsini sevməlidir. Sənsə  iĢinə laqeyd yanaĢırsan. Sənin 
bədbəxtliyin də bundadır, Villi. 
Volter:      Mənə bir-iki yüz funt borc versəydiniz,  namuslu həyata baĢlayardım. 
Solto:      Nə danıĢırsan, Villi? Mən, axı, qoca təqaüdçüyəm. 
Volter:     Heç olmasa, otağımı qaytara bilsəydim! Hər Ģeyi yaxĢıca götür-qoy edib yeni 
həyata baĢlayardım. 
Solto:     Qulaq as, axı nə məsələdi? Hansı  məktəb müəlliməsi? Bir izah elə görüm. 
Volter:     Ġstəyirsiniz sizə bir Ģey göstərim? 
Solto:     Hə. 
Volter:     (laqeydcəsinə) Məndə bir fotoĢəkil var. 
Solto:     (ġəklə baxır) Bu kimdir? 
Volter:     Bu qızı axtarıram. 
Solto:     O kimdir? 
Volter:     Mən də elə bunu bilmək istəyirəm. 
Solto:     Qulaq as, biz  sənin peĢəndən, otağından, məktəb müəlliməsindən danıĢırıq. Bu 
qızın mətləbə nə dəxli var? 
Volter:     Bura hansısa klubdur, elə deyil? 
Solto:     Əlbəttə. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə