Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   58   59   60   61   62   63   64   65   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
209 
Salli:         Hər cür əyləncədən uzağam. 
Volter:     Deməli,  mən sizi mütləq əylənməyə aparmalıyam. Sizə bir-iki yer göstərərəm. 
Salli:         Oy, yox,  mənlik deyil. 
Volter:     Bəs siz nə xoĢlayırsınız? (Pauza) 
Salli:         Burda uzanmağı… təkcə… 
Volter:     Mənim çarpayımda. 
Salli:         Hə. 
Volter:     Bəs, siz burda nə edirsiniz? 
Salli:         DüĢünürəm. 
Volter:     Təsadüfən dünən gecə, məni xatırlamadınız ki? 
Salli:         Sizi? 
Volter:      Otağı bölüĢdürmək barədə  təklifinizi götür-qoy edəcəyəm. (Pauza) Mərc 
gəlirəm ki, indicə mənim haqqımda düĢündünüz. (Pauza) 
Salli:         Nəyə görə? 
Volter:     Mən isə sizi düĢünürəm. (Pauza) Özüm də baĢa düĢmürəm ki, bu otaqdan ötrü 
niyə belə  hay-küy salmıĢdım. Otaqdır da, elə bir gözəlliyi də yoxdu.  Ġçində yaĢayan siz 
olmasaydınız, otaq haqqında danıĢmağa belə dəyməzdi. (Pauza) Niyə də burda 
qalmayasınız? Öz aramızdır, mən evli deyiləm. Elə-belə dedim. Mənim heç kimim 
yoxdur. Düzü… düzü, hələ də özümə yaxĢı bir həyat yoldaĢı axtarıram. 
Salli:      Deyəsən, mən burdan köçməli olacağam. 
Volter:     Hara gedəcəksiniz? (Pauza) 
Salli:        Bir yer taparam. 
Volter:     Bəlkə sahilə? Mən də sizinlə gedərdim. Birlikdə balıq tutardıq… Körpüdən. 
Hə, getmək olar. Ancaq burda da qalmaq olar. Bax, elə burdaca – bu yerdə. 
Salli:         Doğrudan? 
Volter:     Oturun. 
Salli:         Nə? 
Volter:     Oturun. (Pauza) Ayağınızı ayağınızın üstünə aĢırın. 
Salli:         M-m-m-m? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
210 
Volter:     Hə, qoyun ayağınızı ayağınızın üstünə. (Pauza) Ġndi götürün (Pauza). Bir də 
ayağınızı ayağınızın üstünə qoyun. (Pauza) Ġndi isə götürün. (Səssizlik) 
             (Gecə klubu. Boğuq musiqi səsi.) 
Tali:     Bilirsən,  nə var: bu … bir dəqiqə gözlə,  təxminən on il əvvəl.  Mən axırıncı dəfə 
Riçmondda olanda. 
Solto:     Hə, Donki Klubda. 
Tali:     Hə, hə Donkidə. Əlbəttə, orada. Mən ordan üç il əvvəl çıxmıĢam. 
Solto:     Bəs neçə müddətdir buradasan? Axı, üç ildən çoxdur ki, buralara ayaq 
basmıram. 
Tali:     Belə çıxır ki,  yollarımız ayrılıb. Mən üç il əvvəl bura qayıtmıĢam. Düz üç il 
əvvəl. (Ofisiantı çağırır)  Çarli! (Çırtıq çalır) 
Solto:     Etiraf edim ki,  sən gələnə qədər bura bərbad  bir   yer idi. 
Ofisiant:     (Stola yaxınlaĢır). Təzələyim, mister Tali? 
Tali:     Hə. Özü də necə bərbad? Elə buna görə də məni bura dəvət etdilər: dəyərli bir iĢ 
görmək istədilər. XahiĢ etdilər ki, burda səliqə-səhman yaradım. Bilmək istəyirsən nədən 
baĢladım? Üç il əvvəl ilk iĢim  bu oldu ki, 10-15 əclafı burdan qovdum.  
Solto:         Bəs, əvəz çıxmaq istəmədilər? 
Tali:     Onlar mənim heç yanımdan da ötə bilməzlər.   Yadımdadır, Blakxitdə nə oyun 
çıxartdım? 
Solto:     Hə, lap çoxdan. 
Tali:     Çoxdan dedin qoydun. Müharibə hələ baĢlamamıĢdı. Yadındadı, Blakxitdə 
neylədin? 
Solto:     Blakxit. Hə,  Blakxiti yadımıza salsaq,  söhbət uzanacaq. 
Tali:     Sağ ol, Çarli. Sənin sağlığına. (Pauza) Gördüyün kimi  bura artıq  bərbad 
vəziyyətdə deyil. Əvvəla,  orkestrimiz var. Hə, ola bilər, orkestr bir az böyük səslənir: 
piano və kontrabas – amma musiqiçilərimiz əladır. Sonra müĢtərilərimiz. Çox dəyərli 
müĢtərilərimiz var. Çoxlu musiqiçilər gəlir… e…e… elə musiqiçilərin özləri də yaxĢı  
müĢtərilərdir. Bir də ki, iĢ adamları, əlbəttə. Yüksək təbəqənin nümayəndələri. Elə bu 
yaxınlarda  bir-ikisi ilə söhbət eləmiĢəm. Hempton – Koptdan gəlirlər… daha haralardan 
gəlmirlər…  Tvikenhemdən, Datçetdən. Belə.  
Solto:     Hətta Datçetdən də? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
211 
Tali:     Əlbəttə. Onlara nə var ki.  Otururlar maĢına… Uzun yoldur məgər? Axı, burda 
yaxĢı istirahət edirlər. Bilirsən də, bizə gecə saat ikiyə qədər iĢləməyə icazə verirlər. Bir 
də ki, quĢcuğazlarımızın üçü daim burda  olur. Bəs, sən nə əcəb buralara gəlmisən? 
Solto:     Belə də, əslində elə bir səbəb yoxdur, Siril. Dediyin kimi, bir quĢcığazı 
axtarıram. 
Tali:         Bizim tərəfdəki quĢcığuzlardan? 
Solto:     Sözü göydə alırsan, dostum. HəmiĢəki kimi. 
Fali:     Deməli,  nailiyyətlərimiz qulağına çatıb. Arxayın ol. Burda  bizim elə gözəl 
bulkalarımız var ki! Əla növ! Çoxu məktəbi qurtaran kimi bura qaçır. 
       (Oradaca. Qadınlar üçün soyunma otağı). 
Barbara:     Bəs o, nə dedi? 
Salli:     Bir bazar günü yanıma gəl, - deyir. Əsl ailəvi yemək təĢkil edək. Arvadımla tanıĢ 
olarsan. Təsəvvür edirsən? Hə, - deyirəm, - mütləq. Bəs sən ona nə deyəcəksən. 
Deyəcəksən ki, bacınam? Narahat olma, - cavab verir, - o, müasir fikirli qadındır. O hətta 
sevinəcək. Səni gördüyünə çox Ģad olacaq. 
Mevis:     Mən belə sözləri çox eĢitmiĢəm. 
Salli:     Elə mən də ona belə dedim. Dedim ki, belə sözləri çox eĢitmiĢəm. Ġndisə, itil 
burdan, bildin?  Nə qədər ki,  polis çağırmamıĢ, dur, itil. 
Barbara:     Hansı: O burnu uzun olan? 
Salli:         Aha. 
Müdir:     (qapıdan boylanır) Tərpənin, qızlar. BaĢlayırıq. 
Barbara:     Nə cürətlə bura baxırsınız? Axı, burda təkcə qadınlardı. 
Müdir:     YaxĢı, sakit ol. Tərpənin. Konkilərinizi geyinin. (Salliyə müraciətlə) Siril səni 
soruĢurdu. Dedi ki, onun stoluna yaxınlaĢasan. Özü də tez.  
Salli:         Bir gün buna bir qapaz iliĢdirəcəyəm.   
Barbara:     Hə, bəs sonra?  
Salli:     Sonra da deyir ki, gəl, çay kənarına gedək. Səni yastıdibli qayıqda gəzdirərəm.  
Mevis:     Nədə?  
Barbara:     Yastıdibli qayıqda.  
Mevis:     O nə qayıqdır elə? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə