Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
215 
Salli:         Bəs Ģəkli hardan götürmüsən? 
Solto:     Bunu demək istəməzdim. Bilirsən, əvvəl səni bir dostumun xahiĢi ilə axtarmağa 
baĢladım.  
Salli:         Hansı  dostunun?  
Solto:     Narahat olma, səni  harda tapdığımı ona demərəm.  Ġcazə vermərəm ki, onun 
kimisi sənin kimi gözəl bir qıza sahib olsun.  
Salli:         Onun adı nədir? 
Solto:     Adı – Villi. Villi Strit. Tez-tez qazamata düĢür. Saxta sənədlər, xüsusilə də 
əmanət kitabçaları üstündə. Adi kələkbaz. Onu tanıyırsan? 
Salli:         Yox.  
Solto:     Gülməlidir. Bilmirəm, o, nə… yaxĢı. Unut getsin. Amma ona haqq qazandırmaq 
olar. ġəkli mənə göstərməsəydi,  indi mən harda olardım hə? Bəs sən? Sən harda olardın? 
Salli:         Doğrudan da. Mən indi harda olardım?     
       (Ani və Millinin evi. Qonaq otağı. Qapının zəngi çalınır. Volter ikinci mərtəbəyə 
aparan qapıdan çıxır, qonaq otağından keçir. Zala açılan qapının arxasında gizlənir). 
Solto:     (Səhnə arxasından) Salam, Villi. Bir dəqiqəliyə gəlmiĢəm. Taksi məni gözləyir. 
  
                  (Qonaq otağı) 
Volter:     Hə, iĢlər necədir? Qızı tapdınız? 
Solto:     Hansı qızı? 
Volter:     Qızı də. Yadınızdadır, sizə Ģəklini göstərmiĢdim? Unutmusunuz? 
Solto:     Həə. O qız!   O tapmağa çalıĢdığım qızı deyirsən? 
Volter:     Hə onu. Qıza görə gəlmisiniz? 
Solto:     Düzdür, Villi.  Ona görə gəlmiĢəm.  
Volter:     Elə belə də bilirdim.  
Solto:     Düz tapmısan.  
Volter:     Bəs, o hardadır? 
Solto:     Səninlə elə bu barədə danıĢmaq istəyirəm. Mən onu tapa bilmədim.  
Volter:     Tapa bilmədininz?  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
216 
Solto:     Sanki göyə çəkilib. Gəldim, bunu sənə deyim.   
Volter:     Sanki göyə çəkilib? 
Solto:     Hə.  
Volter:     Mənsə düĢünürdüm ki, siz onu  tapmısınız. 
Solto:     Heç izi-tozu da yoxdur. Hamıdan soruĢdum. Madriqaldan, Pedrodan. Gördüm 
deyən olmadı. Dayan, amma, deyəsən, Pedro dedi ki, onu nə vaxtsa Madriddə «ġən 
evlər»də görüb. O, bir vaxtlar Madriddə olub. Xəbərin yoxdu? 
Volter:     Hardan xəbərim olsun? Mən onu tanımıram.  
Solto:     Elə bilirdim, onunla tanıĢsan. 
Volter:     Heç klubu da tapa bilmədiniz? 
Solto:     Hansı klubu: 
Volter:     ġəkildəkini. 
Solto:     Yox, tapa bilmədim. Əvəzində fotoqrafı tapdım, yanına getdim.    
Volter:     Nə dedi? 
Solto:     Evdə yox idi. Kanadaya gedib. Konfransa. 
Volter:     Hansı konfransa?  
Solto:     DiĢ həkimlərinin konfransına. DiĢ həkimi olmaq fikrinə düĢüb. 
Volter:     Bəs fotoqraflıqdan niyə imtina edib? 
Solto:     Daha Ģəkil çəkməkdən xoĢu gəlmir. Belə hadisələr tez-tez olur. Mənə bir fincan 
kofe süzüb, bütün həyatını danıĢdı.  
Volter:     Kim? 
Solto:     QardaĢı. Qabar cərrahı. Təsəvvür edirsən, oğlan elə böyük cəncələ düĢüb ki,  
içkiyə qurĢanıb. Özünü idarə edə bilmir.   
Volter:     Bura baxın, Mister Solto, yerinizdə olsam, daha özümü yormazdım. 
Solto:     Fikrimi bilmək istəsən, məncə, o Ģəkil saxtadır. Həqiqətdə nə belə bir klub, nə 
də belə bir qız var. 
Volter:     Mən də belə düĢünürəm. (Pauza) 
Solto:     Doğrudan? 
Volter:     Eynilə bu cür düĢünürəm. (Pauza) 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
217 
Solto:     Nə bilmək olar, bəlkə də haqlısan.  
Volter:      ġəkil də.. əlbəttə ki, saxtadır. Siz onu heç vaxt tapa bilməzsiniz. 
Solto:     Necə yəni  saxta? Elə bilirdim, onunla tanıĢsan.  
Volter:     Mən belə söz deməmiĢəm.  
Solto:     Bəs mən nə deyirəm? Axtarmalı bir adam yoxdur. Sən onu görməmisən, mən 
görməmiĢəm. Onda bəs biz kimi axtarırıq? 
Volter:     Əslində heç belə bir adam yoxdur. (Pauza) 
Solto:     Hər halda! Axı bu Ģəkildir. Orda real adamlar əks olunub. 
Volter:     Mən onların heç birini tanımıram. (Pauza) 
Solto:     Məsləhətimə qulaq as, Villi. Bu Ģəkli yadından çıxart. Unut getsin.  
Volter:     Mən də sizə bunu məsləhət görürəm, mister Solto. 
          (Qapı açılır. Pilləkəndə ayaq səsləri) 
Solto:     Bu kimdi? 
Volter:     Məktəb müəlliməsi. 
Solto:     Bax, sənə onun kimisi lazımdır. Ali təhsillidir. Düzdür, evə tez qayıtsa yaxĢı 
olardı. Hardan gəlir? AxĢam məktəbindən? 
(Volter ikinci mərtəbəyə açılan qapıdan içəri keçir. Pilləkənlə qalxır. Sallinin qapısını 
döyür) 
Volter:     Otaqdasınız? (Qapını özünə tərəf çəkir). Ordasınız? Sizinlə danıĢmaq 
istəyirəm. Bir dəqiqəliyə qapını açın. Ġcazə verin içəri keçim. XahiĢ edirəm. Sizə nə olub? 
Lənət Ģeytana! Qapını açın. Sizinlə danıĢmalıyam.  
             (Sükut). 
                 (Qonaq otağı. Ani və Milli içəri keçirlər) 
Ani:         Çıxıb gedib. 
Milli:         Necə yəni gedib? 
Ani:         Bu da məktub. 
Milli:         Hara gedib? 
Ani:         Məktub yazıb. 
Milli:         Oxu. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə