Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
226 
Birinci anadangəlmə kor:   O ancaq qadınlarla danıĢır!... Bəs biz?... Gec-tez Ģikayət 
eləmək lazım gələcək.   
 
Ən qoca kor:                         Kimə Ģikayət eləyəcəksən?  
 
Birinci anadangəlmə kor:   Hələ ki bilmirəm. Baxarıq... Axı o hara gedib?... Mən bu 
sualla qadınlara müraciət edirəm. 
 
Ən qoca kor qadın:              Deyəsən, yeriməkdən yorulub, bir dəqiqəlik yanımızda 
oturdu. Artıq bir neçə gündü ki, özünü yaxĢı hiss eləmir. Həkimin ölümündən sonra hər 
Ģeydən qorxmağa baĢlayıb. Hamıdan qaçır. Demək olar, həmiĢə susur. Bilmirəm, ona nə 
olub. Bu gün mütləq sığınacaqdan çıxmaq istəyirdi. Deyirdi ki, qıĢ girməmiĢdən əvvəl 
sonuncu dəfə gün iĢığında adaya baxmaq istəyir. Deyəsən, qıĢ uzun və sərt keçəcək, artıq 
Ģimaldan sahilə  buz parçaları yaxınaĢır. O çox narahat idi, deyirdi ki,çay elə bil güclü 
yağıĢların  təsirindən daĢıb, bütün bəndləri yuyub aparıb. Bir də deyirdi ki, dəniz onu 
qorxudur, nə isə  yaman təlatümlüdür, sahildəki qayalar alçalıb. O özü baxmaq istəyirdi, 
bizə isə heç nə   danıĢmırdı...  Ġndi yəqin dəli üçün çörək və su tapmağa gedib. Dedi ki 
uzağa gedir... Gözləyək.     
 
Cavan kor qadın:                  GetməmiĢdən əvvəl bir xeyli əllərimi tutdu. Elə bil əlləri 
qorxudan titrəyirdi. Sonra  məni öpdü...  
 
Birinci anadangəlmə kor:   Oho! 
 
Cavan kor qadın:                  Nə baĢ verdiyini soruĢdumsa da, heç nə demədi. Dedi ki, 
görünür, qocaların səltənəti süquta uğrayır...  
 
Birinci anadangəlmə kor:   O nə deməkdi?  
 
Cavan kor qadın:                  BaĢa düĢmədim. Dedi ki, böyük mayaka tərəf gedir.  
 
Birinci anadangəlmə kor:   Məgər burda mayak var?  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
227 
 
Cavan kor qadın:                  Hə, adanın Ģimal tərəfində. Məncə, uzaqda deyil. Deyirdi ki, 
mayakın iĢığı burdan, budaqların arasından görünür. Axır ki, bu gün xüsusilə kədərli idi. 
Məncə, son günlər tez-tez ağlayırdı da. Səbəbini bilməsəm də, özümdən asılı olmadan, 
mən də ağlayırdım. Getdiyini də eĢitmədim. Daha ondan heç nə soruĢmadım. Hiss elədim 
ki, kədərli təbəssümlə gülümsəyir. Hiss elədim ki, gözlərini yumub və danıĢmağa çətinlik 
çəkir...          
 
Birinci anadangəlmə kor:   Bizə isə heç nə deməyib!  
 
Cavan kor qadın:                  O danıĢanda, siz qulaq asmırsınız!  
 
Ən qoca kor qadın:              O danıĢanda siz pıçıldaĢırsınız!  
 
Ġkinci anadangəlmə kor:     Gedəndə bizə ancaq bunu dedi: “Gecəniz xeyrə qalsın!”   
 
Üçüncü anadangəlmə kor:             Olsun ki, gecə düĢüb.   
 
Birinci anadangəlmə kor:   Gedəndə  bir neçə dəfə təkrar elədi: “Gecəniz xeyrə qalsın!” – 
elə bil yuxuya gedirdi. Hiss elədim ki, mənə baxa- baxa təkrar elədi: “Gecəniz xeyrə 
qalsın! Gecəniz xeyrə qalsın!..” DanıĢan adam gözlərini bir nöqtəyə zilləyəndə səsi 
dəyiĢir.  
 
BeĢinci kor:                           Gözü görməyənlərə rəhminiz gəlsin!  
 
Birinci anadangəlmə kor:   Bu mənasız sözləri kim dedi?  
 
Ġkinci anadangəlmə kor:     Deyəsən, kardı.  
 
Birinci anadangəlmə kor:   Sus!.. Miskin yalvarıĢların vaxtı deyil.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
228 
 
Üçüncü anadangəlmə kor:             Çörək və su tapmaq üçün o hara gedə bilər?  
 
Ən qoca kor qadın:              Dənizə tərəf gedib.  
 
Üçüncü anadangəlmə kor:            O yaĢda adamlar dənizə getmir!  
 
Ġkinci anadangəlmə kor:     Məgər dəniz yaxınlıqdadı?  
 
Ən qoca kor qadın:              Bir dəqiqə susun. Ġndicə səsini eĢidəcəksiniz.  
 
  
Yaxınlıqdakı sahildən, qayalara çırpılan dalğaların sakit uğultusu eĢidilir. 
 
  
Ġkinci andangəlmə kor:       Mən ancaq dua edən qadınların səsini eĢidirəm.  
 
Ən qoca kor qadın:              Diqqətlə qulaq asın, onların pıçıltılarının arasından dənizin 
səsini eĢidəcəksiniz.  
 
Ġkinci anadangəlmə kor:     Hə, eĢidirəm, yaxınlıqda nə isə uğuldayır.    
 
Ən qoca kor qadın:              Elə bil bayaqdan yatırmıĢ, indi oyanıb.  
 
Birinci anadangəlmə kor:   Əbəs yerə bizi bura gətirdi. Bu səs heç xoĢuma gəlmir.  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
229 
Ən qoca kor qadın:              Bilirsiniz ki, ada o qədər də böyük deyil: əlillər evindən azca 
uzaqlaĢan kimi dənizin uğultusu eĢidilir.   
 
Ġkinci anadangəlmə kor:     Bu səsi heç vaxt eĢitməmiĢdim.  
 
Üçüncü anadangəlmə kor:            Mənə elə gəlir ki, bu gün dəniz lap yaxındadı. 
Dalğaların səsini yaxından eĢitməkdən xoĢum gəlmir.    
 
Ġkinci anadangəlmə kor:     Mənim də. Biz gəzintiyə çıxmağı xahiĢ  eləməmiĢdik.   
 
Üçüncü anadangəlmə kor:            Burda heç vaxt olmamıĢıq. Əbəs yerə bizi bu qədər 
uzağa gətirib.   
 
Ən qoca kor qadın:              Səhər elə yaxĢı idi! Ġstəyirdi ki, bütün qıĢı yataqxanada 
keçirməzdən əvvəl, günəĢin son Ģüalarından həzz alaq.  
 
Birinci anadangəlmə kor:   Mən yataqxanadan çıxmamağa üstünlük verirəm!  
 
Ən qoca kor qadın:              Bir də o istəyirdi ki, biz, yaĢadığımız adanı tanıyaq. O hələ 
adanı tam gəzməyib. Burda heç kimin dırmanmadığı dağlar, insanların könülsüz endiyi 
vadilər, heç kimin daxil olmadığı mağaralar var. Bir də dedi ki, günəĢi daim 
yataqxananın damının altında gözləmək olmaz. O bizi dənizin sahilinə gətirmək istəyirdi. 
Əvvəl ora özü tək getdi.    
 
Ən qoca kor qadın:              O düz deyir: necə yaĢayacağımız haqqında düĢünməliyik.  
 
Birinci anadangəlmə kor:   Yataqxananın divarları ardında maraqlı heç nə yoxdu.  
 
Ġkinci anadangəlmə kor:     Gün iĢığında oturmuĢuq?  
 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə