Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
230 
Altıncı kor:                             Məncə, yox. Deyəsən, artıq gecədi.  
 
Ġkinci anadangəlmə kor:     Saat neçədi?  
 
Bütün korlar:                                     Bilmirəm... Bunu heç kim bilmir.   
 
Ġkinci anadangəlmə kor:     Hava hələ iĢıqlıdı? (Altıncı kora) Hardasan?.. Sən bir az 
görürsən, de, de!  
 
Altıncı kor:                             Məncə, tamam qaranlıqdı. Gün çıxanda, gözümə mavi bir 
xətt görünür. Həmin xətti axırıncı dəfə çoxdan görmüĢəm. Amma indi heç nə seçə 
bilmirəm.  
 
Birinci anadangəlmə kor:   Mən acanda, bilirəm ki, artıq gecdi. Ġndi də acam.    
 
Üçüncü anadangəlmə kor:            Yuxarı bax! Bəlkə nəsə gördün?!..  
 
  
Yerə baxmağa davam edən üç anadangəlmə kordan baĢqa, hamı baĢını qaldırır. 
 
  
Altıncı kor:                             Bilmirəm. BaĢımızın üstündəki səmadımı?!..  
 
Birinci anadangəlmə kor:   Elə bil səslər  mağaranın içindən gəlir.  
 
Ən qoca kor qadın:              Məncə səslər ona görə belə eĢidilir ki, indi axĢamdı.  
 
Cavan kor qadın:                  Mənə elə gəlir, ayın iĢığını ovuclarımda hiss eləyirəm.  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
231 
 
Ən qoca kor qadın:              Olsun ki, ulduzlar çıxıb. Ulduzları hiss eləyirəm.  
 
Cavan kor qadın:                  Mən də.  
 
Birinci anadangəlmə kor:   Mən heç bir səs eĢitmirəm.  
 
Ġkinci anadangəlmə kor:     Mən yalnız öz nəfəsimizin səsini eĢidirəm.  
 
Ən qoca kor:                                     Deyəsən, qadınlar haqlıdılar.  
 
Birinci anadangəlmə kor:   Mən heç vaxt ulduzları hiss eləməmiĢəm.  
 
Qalan anadangəlmə korlar: Biz də.  
 
  
Bir dəstə gecəquĢu qəfildən ağacların budaqlarına qonur. 
 
  
Ġkinci anadangəlmə kor:     Qulaq asın! Qulaq asın!... BaĢımızın üstündəki bu  nədir?  
EĢidirsiz?  
 
Ən qoca kor:                                     Yerlə göyün arasından  nə isə sürətlə ötüb keçdi.  
 
Altıncı kor:                             BaĢımızın üstündə nə isə tərpənir, bizimsə əlimiz çatmır.   
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
232 
Birinci anadangəlmə kor:   BaĢa düĢmürəm. Bu nə səsdi. Yataqxanaya qayıtmaq 
istəyirəm.   
 
Ġkinci anadangəlmə kor:     Harda olduğumuzu baĢa düĢməliyik!  
 
Altıncı kor:                             Mən qalxmağa çalıĢdım, amma böyrümdə çaqqal gavalısı 
var, əlimi uzatmağa qorxuram.   
 
Üçüncü anadangəlmə kor:            Biz harda olduğumuzu bilməliyik!  
 
Ən qoca kor:                                     Biz bunu bilə  bilmərik!  
 
Altıncı kor:                            Olsun ki, evdən uzaqdayıq. Bütün səslər mənim üçün 
anlaĢılmazlaĢdı.  
 
Üçüncü anadangəlmə kor:            Çoxdannan solmuĢ yarpaqların iyini duyuram!    
 
Altıncı kor:               Bu adanı əvvəllər görmüĢdüz? Harda olduğumuzu deyə bilərsiz?  
 
Ən qoca kor:                                     Bura gələndə hamımız kor idik.  
 
Birinci anadangəlmə kor:   Heç vaxt görməmiĢik.   
 
Ġkinci anadangəlmə kor:     Əbəs yerə narahat oluruq! O indilərdə gələcək. Bir az da 
gözləyək. Ancaq daha onunla heç yana getməyək.  
 
Ən qoca kor:                                     Tək gəzə bilmirik axı?!..  
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
233 
Birinci anadangəlmə kor:   Evdən çıxmamağımız məsləhətdi. Mən, ümumiyyətlə, evdə 
qalmağa üstünlük verirəm.  
 
Ġkinci anadangəlmə kor:     Biz gəzintiyə çıxmaq istəmirdik. Bunu ondan xahiĢ eləyən 
olmamıĢdı.  
 
Ən qoca kor qadın:              Bu gün adada bayramdı. Biz həmiĢə bayram olanda gəzintiyə 
çıxırıq.  
 
Üçüncü anadangəlmə kor:            O, çiynimə toxunub: “Oyan, oyan! Getmək vaxtıdı! 
Gün-Günortadı!” deyəndə mən hələ yatırdım. Məgər gün çıxmıĢdı? Mən hiss eləmədim. 
Axı mən günəĢi heç vaxt görməmiĢəm.  
 
Ən qoca kor:                         Mən günəĢi lap cavan olanda görmüĢəm.  
 
Ən qoca kor qadın:              Mən də lap çoxdan, uĢaq olanda görmüĢəm, amma demək 
olar, yadımda deyil.  
 
Üçüncü anadangəlmə kor:            Axı niyə o bizi günəĢə çıxardır? Hansımız günəĢi 
görürük ki? Mən heç vaxt bilə bilmirəm, gündüz vaxtı gəzirəm, ya gecə yarısı?  
 
Altıncı kor:        Mən günorta gəzməyə üstünlük verirəm. Onda gözümə nə isə parlaq bir 
Ģey görünür və gözlərim açılmaq istəyir.  
 
Üçüncü anadangəlmə kor: Amma mənim daha yemək otağında, sobanın yanında 
oturmaqdan xoĢum gəlmir. Bu gün soba elə qaynar idi ki?!..   
 
Ġkinci anadangəlmə kor:     O bizimlə həyətdə də gəzə bilərdi. Orda divarların əhatəsində 
təhlükəsizlikdə olursan. Çölə çıxmaq mümkün deyil, qorxmalı bir Ģey yoxdu. Qapı 
bağlıdı...  Mən onu həmiĢə qıfıllayırdım... Niyə sol dirsəyimə toxundun?      
 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə