Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
218 
Ani:     (oxuyur) Əziz ev sahiblərim. Təəssüf ki, gözlənilməz səbəblərə görə evi tərk 
etməli oldum. Nə vaxt qayıdacağımı bilmirəm. Ona görə qərara aldım ki,    əĢyalarımın 
hamısını aparım. Sizi oyatmağa qıymadım. Sağ olun. GörüĢənədək. Villiyə hər Ģeyi özüm 
izah edərəm.  
(Ani Villinin yatdığı divana yaxınlaĢır.Milli pilləkənə açılan qapıya tərəf gedir.) 
Ani:         Oyan, Villi. (Pauza) O gedib. 
Volter:     Kim? 
Ani:         Məktub da yazıb. Bax.  
                                (Volter məktubu oxuyur) 
Volter:     Hə… neynək… görünür getməli olub. 
                                 (Pauza) 
Ani:         Sən onunla dalaĢmısan, Villi?  
Volter:     Yox. 
Ani:     Dünən axĢam məktəbindən qayıdanda onu görmədin?  
Volter:     Yox. 
Milli:         (Gəlir) Budur. Bu Ģəkli onun otağından tapdım.  
Ani:     Bir bax, necə də sevimlidir! Əlində voleybol topu var. 
Milli:         Məktəbli qızların əhatəsində.  
Ani:     Heç bilmirdim, o, idman dərsi keçir. Bu barədə bizə heç nə deməyib.  
              (Pauza) 
Milli:         Görünür, o, həmiĢəlik gedib. 
Volter:     Hə, oxĢayır. 
 
Son 
  
 
 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
219 
Moris METERLİNK 
 
KORLAR 
 
Tərcümə edəni: Ülkər Nəsibbəyli 
 
 
İştirak edirlər: 
 
     KeĢiĢ. 
 
     Birinci anadangəlmə kor 
 
     Ġkinci   anadangəlmə kor 
 
     Üçüncü anadangəlmə kor 
 
     Ən qoca kor. 
 
     BeĢinci kor.             
 
     Altıncı kor. 
 
     Dua eləyən üç kor qarı       


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
220 
 
     Cavan kor qadın. 
 
     Ən qoca kor qadın. 
 
     Ağlını itirmiĢ kor qadın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
221 
  
Uca, ulduzlu göyün altında, olduqca qədim vəhĢi Ģimal meĢəsi.  
 
Enli, qara plaşa bürünmüş qoca keşiş, gecənin zülmətinin qaranlığında səhnənin 
ortasında oturub. Başını hündür, oyuqlu palıd ağacına söykəmiş qoca, ölü kimi 
hərəkətsizdir. Bənizi qorxulu dərəcədə solğun, göyərmiş dodaqları yarımaralıdır, qalın, 
çal saçlarının düz və seyrək telləri üzünə düşüb, nuru sönmüş lal gözləri daha əbədiliyin 
gözlə görünən tərəfinə baxmır. Sanki bitib- tükənməz məşəqqət və göz yaşları qocanın 
gözlərini qanla doldurub. Ağır səssizliyin hökm sürdüyü bu qaranlıq meşədə, qocanın 
simasından daha işıqlı və daha hərəkətsiz heç nə yoxdur. O, sümüyü çıxmış, arıq əllərini 
dizlərinin üstünə qoyub. 
 
Sağ tərəfdə, daşların, kötüklərin və quru otların üstündə altı kor qoca oturub. Sol tərəfdə, 
üzləri qocalara tərəf oturmuş qadınları kişilərdən, çılpaq kökləri görünən ağac və qaya 
parçaları ayırır. Qadınlardan üçü dayanmadan, boğuq səslə dua oxuyub ağı deyir. 
Dördüncü qadın, hədsiz qocadır. Oturuşu yüngül əqli pozğunluqdan xəbər verən beşinci 
qadının dizlərinin üstündə saxladığı uşaq yuxuya gedib. Altıncı  qadın, son dərəcə 
cavandı. Qocalar kimi, qadınların da əynində tünd rəngli, enli, bir-birlərinə oxşar 
paltarlar var. Demək olar, bütün korlar dirsəklərini dizlərinə söykəyib, üzlərini ovucları 
ilə örtüb nə isə gözləyirlər. Görünür, onlar lazımsız hərəkətləri çoxdan yadırğayıblar və 
daha adada eşidilən anlaşılmaz, qorxulu səslərə fikir vermir, başlarını səs gələn tərəfə 
çevirmirlər. Hündür qəbiristanlıq ağacları – qaraçöhrə, salxım söyüd və sərv ağacı öz 
etibarlı kölgələrini onların üzərinə salıblar. Gecənin qaranlığında, keşişdən bir qədər 
kənarda açmış nərgiz gülləri nəzərə çarpır. Sıx yarpaqların arasından sivrilib zülməti bir 
anlıq da olsa, yarmağa çalışan ay işığına baxmayaraq, səhnə son dərəcə qaranlıqdı.    
              
 
Birinci anadangəlmə kor:   Hələ qayıtmayıb? 
 
Ġkinci anadangəlmə kor:     Məni oyatdın! 
 
Birinci anadangəlmə kor:   Mən də yatırdım. 
 
Üçüncü anadangəlmə kor:             Mən də. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə