Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
206 
Salli:         Yox. 
Volter:     Məhz elə bu silahlı basqına görə. Axı, mən soyğunçuyam. Heç mənim 
kimilərinə rast gəlmisiniz? 
Salli:         Deyəsən, yox. 
Volter:     Əslində, pis həyat deyil. Çoxlu boĢ vaxt və əgər belə demək mümkünsə,  
ödəniĢli məzuniyyət. Yox, düz sözümdür. Bundan da pis məĢğuliyyətlər var. Məndən 
qorxmursunuz ki? 
Salli:         Qətiyyən. Məncə, siz çox füsunkar soyğunçusunuz. 
Volter:     Bax , bunu düz deyirsiniz. Buna görə də dustaqxanada  hamıyla yola gedirdim. 
Məndə anadangəlmə məlahət var. Bilirsiniz, mən orda  nə ilə məĢğul idim? Təsəvvür edə 
bilməzsiniz. Həbsxananın kitabxanasına  rəhbərlik edirdim. Həbsxana tarixinin ən yaxĢı 
kitabxanaçısı idim. Azadlığa çıxdığım gün həbsxananın rəisi Ģəxsən məni yola salmağa 
gəlmiĢdi. Düz darvazayacan ötürdü. Dedi ki, mən əl atandan kitabxana tanınmaz 
dərəcədə dəyiĢib. 
Salli:         Gözəl tərifdir! 
Volter:     (Süzür) Bir də  dedi ki,  soyğunçuluqdan əl çəksəm,  Britaniya muzeyində iĢə 
düzəlmək üçün  mənə tövsiyə  məktubu verə bilər. Nadir əlyazmalar Ģöbəsində. Yəni öz 
fikrini bildirərdi, baĢa düĢürsünüz? 
Salli:         Nə olar, məncə, çox münasib  bir iĢdir.  
Volter:      Sağlığınıza!  Deyirsiniz münasibdi hə? Hə, əlbəttə, maraqlıdır. Bilirsiniz, axı, 
mən nadir əlyazmalarla iĢləmiĢəm. Bir vaxtlar  onları axtarıb tapan bir oğlan tanıyırdım. 
Salli:         Nə axtarıb tapırdı? 
Volter:     Nadir əlyazmaları. Qəbirlərdən. Mən də ona kömək edirdim. Hərdən yaxĢı 
gəlir gətirirdi. Asan iĢ deyil. Əlyazmaları birbaĢa ölülərdən qoparmalı olurduq. Böyük bir 
maqqaĢ götürürsən, çanaq sümüklərini aralayıb əlyazmanı götürürsən. Meyitdə əl izi 
qoymaq olmaz, baĢa düĢürsünüz?  Belə bir kilsə  qətnaməsi var. Bilirsiniz, həyatımın ən 
böyük sarsıntısını nə vaxt keçirmiĢəm? Üstümə skelet aĢanda. Az qala qulağımı 
diĢləyəcəkdi. Çox qəribə hisslər keçirirdim. Mənə elə gəlirdi ki,  mən özüm də skeletəm, 
o isə, gecə məni öpməyə gələn, itkin düĢmüĢ əmimdir. Siz heç qəbrə girmisiniz? Tövsiyə 
edərdim. Ciddi deyirəm. Həyəcan keçirmək istəyirsinizsə. 
Salli:         Onsuz da hamımız  bir gün qəbrə girəcəyik.  
Volter:     Bilmirəm, bilmirəm. Birdən dənizdə boğulsanız necə? Məgər ola bilməz?  
(Ani və Millinin otağı. Ani barmaqlarının ucunda otağa daxil olur, qapını örtür, çarpayıya 
uzanır) 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
207 
Milli:          Hə,Nə oldu? 
Ani:           Söhbət edirlər. 
Milli:         Nədən? 
Ani:          Məndən soruĢma. 
Milli:         Get, yaxĢı-yaxĢı qulaq as. 
Ani:         Niyə özün getmirsən? 
Milli:         Mən yerimə girmiĢəm. 
Ani:         Mən də. 
Milli:         Axı, mən səndən qabaq uzanmıĢam. 
(Ani deyinə-deyinə ayağa qalxır, qapıya yaxınlaĢır, açır və çıxır) 
Volter:     ġimaldansınız? 
Salli:         Əla! Mənsə düĢünürdüm ki… 
Volter:     Ləhcələri  asanlıqla ayırd edirəm. 
Salli:     Mənə isə elə gəlirdi ki, ləhcədən canımı qurtarmıĢam. 
Volter:     Gözlərinizdə də nə isə  var… bunu yalnız lankaĢırli qızların gözlərində görmək 
olar. 
Salli:         Doğrudan? Onların gözlərində nə var ki? 
Volter:     (YaxınlaĢır) Məncə,  mənim yanımda nədənsə sıxılırsınız. Nədən? 
Salli:         Heç də yox. 
Volter:     Bəs, nə olub? Elə bil, nədənsə çəkinirsiniz? 
Salli:         Əksinə. 
Volter:     Bir az ürəkli olun. Dünən daha yaxĢı görünürdünüz. 
Salli:     Mənə isə elə gəlir ki, dünən siz baĢqa cür idiniz. Bu gün  isə özünüzə oxĢamırsız. 
Volter:     Məndən qorxmaq lazım deyil. Soyğunçu olsam da, məni intelligent quldur 
hesab edirlər. 
Salli:          Qorxmuram. (Pauza) 
Volter:     Xalalarımın çox xoĢuna gəlirsiniz. Mənə elə gəlir ki, onlar hətta bizi 
evləndirmək fikrinə düĢüblər. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
208 
Salli:             Nəə?.. 
Volter:     Elədir ki, var. Məncə, onlar mənə münasib arvad tapdıqları üçün sevinirlər. 
Salli:             Maraqlıdır. 
Volter:      Sizi elə buna görə bura gətiriblər. Ancaq onlar bir Ģeyi unudurlar. 
Salli:             Nəyi?  
Volter:         Mən üç dəfə evli olmuĢam.  
Salli:             Bu gün qəribə ovqatdasınız. 
Volter:     Gözlərinizin ucbatından. Mənə elə baxırsınız ki… 
Salli:             Elə sizin də gözəl baxıĢlarınız var. 
Volter:     Əsl Ģimallılara xas gözləriniz var.  Alovlu baxıĢlarınız var.  
Salli:             Çox sağ olun. 
Volter:         (Süzür) ġüĢənin axırına çıxaq? Ġrəli. 
Salli:             Gözlərimizin sağlığına. 
Volter:     Mən də düĢünürdüm ki, siz həqiqətən, içən deyilsiniiz. Amma, siz möhkəm 
içirsiniz. Yəqin məktəbdə  məĢq edirsiniz. Tənəffüslərdə. Voleyboldan əvvəl. Bəlkə də 
axĢam məktəbində, hə? Mərc gələrəm ki, orda vaxtınız pis keçmir. DanıĢın də, orda nə ilə 
məĢğul olursuz? 
(Ani və Millinin otağı. Ani qayıdır. Əsnəyə- əsnəyə yerinə girir). 
Ani:         Hələ də danıĢırlar. 
Milli:         (Yuxulu-yuxulu) Nə barədə? 
Ani:         Ayırd edə bilmirəm. 
Milli:         Gərək mən gedəydim. Sən əməlli-baĢlı karsan. 
(Hər ikisi çaprayıda çevrilib yerlərini rahatlamağa çalıĢırlar. Taxtalar cırıldayır). 
Ani:     Bu bulka yenə də mənim mədəmi qıcqırdır. (sakitcə) Gecən xeyrə qalsın. 
         (Milli cavab vermir: xorultusu eĢidilir) 
           (Sallinin otağı) 
Salli:     Bilirsiniz, axı, mən tək yaĢayıram. Demək olar, heç kimlə ünsiyyət qurmuram. 
Volter:     Məndən baĢqa. Mənimlə ünsiyyət qurursunuz.  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə