Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
191 
Milli:         O isə, yaxĢı pul verir. Həftədə 35 funt yarım. 
Ani:         Pulumuzu vaxtında ödəyir. 
Milli:     Hələ görsən, otağı necə təmizləyir! Bütün günü toz alır. 
Ani:         Mənə də evi təmizləməyə kömək edir. 
Milli:         ġənbə və bazar günləri. 
Ani:         Hələ vanna otağını demirəm. Adamın xoĢu gəlir.  
Milli:         Hələ görsən, sənin otağını necə bəzəyib. 
Ani:         Hə.  Otağın yaman dəyiĢib. 
Milli:      Ġndi elə gözəldir ki! 
Ani:     Hətta seçdiyi  lampa da nəsə qeyri-adidi, düz demirəm Milli? 
Milli:         Hə. Bütün günü kitab oxuyur. 
Ani:         Həftədə üç dəfə axĢam məktəbinə gedir. 
Milli:         Cavanca  qızdı. 
Ani:         Özü  də çox təmizkardı. 
Milli:         Sakit… 
Ani:         Ciddi qızdı. (Pauza) 
Volter:     Adı nədi? 
Ani:         Salli. 
Volter:     Salli… bəs sonra? 
Milli:         Salli Gips. 
Volter:      Çoxdan burdadır? 
Milli:         O burda… o nə vaxt gəlib? 
Ani:         Düz… 
Milli:         Düz dörd ay əvvəl. 
Volter:     Nə ilə məĢğuldur? Çörək pulunu necə qazanır? 
Milli:      Məktəbdə dərs deyir. 
Volter:     Belə de. Məktəb müəlliməsi. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
192 
Milli:         Elədir. 
Volter:     Müəllimə! Mənim otağımda? (Pauza) 
Ani:         O, sənin xoĢuna gələcək, Villi, görərsən. 
Volter:     Mənim otağımda yatır. Günümə bax! 
Milli:     Divanın nəyi xoĢuna gəlmir?  Bu otaqda divanda yata bilərsən. 
Volter:     O isə, mənim çarpayımda yatır. 
Ani:         O, hələ gözəl bir örtük də alıb. 
Volter:     Örtük? Elə mən də  indi gedib ondan da gözəlini alaram. Örtüyün mətləbə nə 
dəxli var? 
Milli:         Xalanın üstünə qıĢqırma, Villi. Onsuz da o eĢitmir. 
Volter:     Ġnana bilmirəm! Qazamatdan evə qayıdıram… Doqquz ay həbsdən sonra! 
Ani:         Pula ehtiyacımız var idi. 
Volter:     Qoyub getdiklərim sizə bəs eləmədi? 
Milli:         Qətiyyən! 
Volter:     Daha bu mənim günahım deyil, əlimdən gələni eləmiĢəm. 
Milli:         Axırı nə oldu? 
Volter:     Məni nədə günahlandırırsan? 
Ani:         Xalan sənə tənə eləmir, Villi. 
Milli:     YaĢa, imkan ver baĢqaları da yaĢasın. Mənim Ģüarım budur. 
Ani:         Mənim də. 
Milli:         HəmiĢə belə olub. Kimdən istəyirsən soruĢ. 
Volter:     ĠĢ bunda deyil. Bura mənim evimdir, baĢa düĢürsən? Uzun illər bu otaqda 
yaĢamıĢam. 
Ani:         Hərdən yaĢamısan, hərdən  yox. 
Volter:     Ġndi də sən istəyirsən ki, mən divanda yatım! Onda Qreysi xala güclə yatırdı. 
Elə ona görə də köçüb Amerikaya getdi. 
Milli:     BeĢ il Als dayı ilə  divanda yatıb. Öz aramızdır, bir dəfə də dilindən Ģikayət 
eĢitmədik. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
193 
Volter:     Sən də söz danıĢdın! Als dayı ilə. Yeri gəlmiĢkən, bu Salli yatan çarpayı… 
Ani:         Hə, nə olub ki? 
Volter:     Heç nə. Sadəcə, o mənimdir. Mən  onu öz pulumla almıĢam. 
Ani:         Düz deyir, Milli. 
Milli:     Doğrudan? Mənə isə elə gəlir ki, onu özüm almıĢam.    
Ani:         Doğrudur. YaxĢı yadımdadı. 
Volter:     Sən gedib onu seçmisən. Bəs pulunu kim verib. 
Ani:          Düz deyir, Milli. Çarpayının  pulunu o  ödəyib. 
Volter:     Bəs mənim zəhrimara qalmıĢ əĢyalarım hardadı? Çamadanım hardadı? 
Ani:     O icazə  verdi ki, sənin əĢyaların Ģkafda qalsın. Düzdür, Milli? 
Volter:     Məsələ, təkcə əĢyalarda deyil. (Pauza) Görün nə deyirəm: gərək o, burdan rədd 
olub getsin. 
Milli:         O, heç yana getməyəcək. 
Volter:     Belə niyə? 
Ani:         Getmək  istəməyəcək. 
Milli:         Məncə, istəməyəcək. (Pauza) 
Volter:     (yorğun) Niyə divanda  o yatmır? 
Ani:         Belə gözəl qız divanda yatsın?! Qonaq otağında?! 
Volter:     Belə məlum olur ki, o hələ gözəldi də? 
Milli:     Sən bir görsəydin onun güzgüsünün qabağına nə qədər krem düzülüb. 
Volter:     (qaĢqabaqlı) Mənim güzgümün.  
Milli:         XoĢum gəlir özünə fikir verən qızlardan. 
Ani:         Hər axĢam bəzənir. 
Milli:     Səhər-axĢam vannadan çıxmır.  Məktəbə getdiyi günlər evdən çıxmazdan əvvəl, 
baĢqa vaxt isə yatmazdan qabaq vanna qəbul edir. 
Volter:     Daha yatağa girəndən sonra yuyunmayacaq ki! Kimdi bu qız? 
Milli:         Xarici dilləri öyrədir. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
194 
Ani:         Qoxusu isə bütün evə yayılır. 
Volter:     Qoxuyur? 
Ani:         Əla ətirləri var. 
Milli:         Elə gözəl, incə ətri var ki. 
Volter:     Bir sözlə, yaxĢı iydir. 
Ani:         Evdən gözəl ətir gəlməyin nəyi pisdi?  
Milli:         Biz ətirin əleyhinə deyilik. 
Ani:         Özü də yaman modabazdır. 
Milli:      Son dəbə uyğun geyinir. 
Ani:          Mənim cavan vaxtı geyindiyim kimi.  
Milli:         Ya da mənim. 
Ani:         Əlbəttə. Amma sən  heç vaxt mənə çatmamısan.  
Milli:         Düz deyil. Mən həmiĢə dəblə geyinmiĢəm. (Pauza) 
Volter:     O bilir, mən harada idim? 
Ani:         Əlbəttə. 
Volter:     Ona demisiniz ki, məni qazamata basıblar? 
Ani:         Hər Ģeyi olduğu kimi danıĢmıĢıq. 
Volter:     Niyə tutulduğumu da? 
Milli:         Yox, bunu deməmiĢik. 
Ani:     Bu məsələni müzakirə etməmiĢik. Ümumiyyətlə o, buna  o qədər də əhəmiyyət 
vermədi. Düzdür, Milli? Baxmayaraq ki, sənin baĢına gələnlər onu maraqlandırdı. 
Volter:     (qısa fasilələrlə) Maraqlandırdı? Belə de. 
Ani:         Hə, maraqlandırdı. 
Volter:     (Qəfildən ayağa qalxır) Çamadanımı hara qoyum? 
Ani:          Dəhlizə qoymaq olar. 
Volter:     Demək istəyirsən, hər dəfə mənə çamadan lazım olanda dəhlizə qaçmalıyam? 
(Pauza) Mən belə Ģəraitə çox davam gətirə bilmərəm. Mən tək yaĢamağa öyrəĢmiĢəm. O 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə