Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
187 
Ani:     Hə.  Deyir ki,  pərdə düz asılmayıb. Deyir, bəzəklərindən görünür ki, mən pərdəni 
baĢ-ayaq asmıĢam. Ġndi  yuxarıda uzanıb. Axı, mən ondan böyüyəm.  
(Çay süzür) 
Volter:    (Köks ötürür) Bilirsən, orda iĢim-gücüm arzularla yaĢamaq idi. Aylarla 
arzulamıĢam ki, qayıdıb çarpayıda uzanacağam,  küləyin  pərdələri  oynatmağına tamaĢa 
edəcəyəm. YaxĢı istirahət eləmiĢəm, elə deyil? 
Ani:         AĢağı  düĢür, eĢidirsən? Sən yaxĢı qaralmısan. 
Volter:     Əvvəlcə, bir az tənbəllik edəcəyəm. 
Ani:         Əlbəttə, sənə istirahət lazımdır. (Pauza) 
Volter:     Mister Solto necədir? 
Ani:     Buralarda onun kimi bacarıqlı ev sahibi yoxdur. HəmiĢəki kimi rayonumuzun ən 
yaxĢı sahibkarıdır. 
Volter:     Heç sizin kimi kirayəniĢin tapmaq da asan deyil. 
Ani:      Elə xeyirxahdır ki! Lap elə bil doğma adamımızdır, amma  ayrı yaĢayır. Hərçənd, 
çoxdandır,  bizə gəlmir. 
Volter:     Ondan bir az borc almaq istəyirəm. 
Ani:         Bu da bizim Milli. 
Volter:     Bir –iki yüzlük onun üçün nədir ki! Düz demirəm? 
Ani:    (Pıçıltı ilə) Onun yanında pərdədən danıĢma, yaxĢı? 
Volter:     Nə? 
Ani:    Pərdə haqqında bir kəlmə də. Onun necə asıldığı barədə.  BaĢa düĢdün? 
(Milli gəlir. Volter onu öpür). 
Volter:     Milli xala! 
Milli:          Sənə pirojna verdi? 
Volter:     Hə, çox dadlıdır! 
Milli:          Mən tapĢırmıĢdım gedib alsın. 
Volter:     Doqquz aydır pirojna yemirəm. 
Milli:     Küçənin qurtaracağındakı dükandan alınıb.    Yadındadır? 
Volter:     Əlbəttə. Xala, bax, sənin üçün Ģokolad almıĢam. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
188 
Milli:          Gör ha! ġokolad sevdiyimi unutmayıb. 
Ani:         Mənim Ģokolad yemədiyimi də xatırlayır. 
Milli:          O! Özü də fındıqlı?! 
Volter:     Mən onu fındıqlı olduğu üçün seçmiĢəm.  
Ani:         Otur, Milli. Ayaq üstə dayanma! 
Milli:    O qədər oturmuĢam, uzanmıĢam ki, hərdən ayaq üstə dayanmaq da lazımdır. 
Volter:     Özünü pis hiss edirsən? 
Milli:          Belə də! 
Ani:         Elə mən də. 
Milli:         O xəstədir. 
Volter:    Budur, mən qayıtdım. 
Milli:         Orda  səninlə necə rəftar edirdilər? 
Volter:     Çox yaxĢı. Lap əla. 
Milli:         Bəs nə vaxt qayıdırsan? 
Volter:     Qayıtmaq fikrim yoxdur. 
Milli:     Heç utanmırsan, Villi! Gör həyatının ən yaxĢı illərini nəyə sərf edirsən! Bir 
fikirləĢ; ömrünün yarısı qazamatda keçib. Bu iĢlərin  axırı yaxĢı olmayacaq. 
Volter:     Sən də söz dedin də.  Ömrümün yarısı. Cəmisi iki dəfə.  
Ani:         Bəs Borstel? 
Volter:     O sayılmır. 
Milli:     YaxĢı, əgər hərdən bəxtin gətirirsə, bununla barıĢmaq olar. Axı,  sən ayağını çölə 
atan kimi səni qamarlayırlar! 
Volter:     Daha qurtardıq, xalacan. 
Milli:     Qulaq as, sənə neçə dəfə demiĢəm: əgər belə iĢlərdə səriĢtən çatmırsa, gərək 
özünə baĢqa məĢğuliyyət tapasan. Deyək ki, yeni bir iĢ qurmalısan… BaĢlanğıc üçün 
sərmayəni Soltodan da  almaq olar. Məncə, o, sənə borc verər. 
         Ani:         Mürəbbəli piroq istəyirsən? 
Volter:     Əlbəttə. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
189 
Milli:         (Yeyir) Bunları hardan almısan? 
Ani:         Tindən. 
Milli:     Neçə dəfə demək olar? Bazarlıq üçün küçənin sonundakı dükana getmək 
lazımdır. 
Ani:         Bu dəfə yox idi. 
Milli:         Niyə? QurtarmıĢdı? 
Ani:         Deyəsən, bu səhər heç Ģirniyyat biĢirməyiblər. 
Milli:         Necədir, dadlıdır? 
Volter:     Möcüzədir.  (Bir piroq da götürür, yeyir. Pauza) 
Milli:     Amma, mən daha piroqlardan imtina etmiĢəm. Düzdür, Ani? 
Ani:         Piroq yeyəndə mədəsi qıcqırır. 
Milli:         Bax belə. Keçən pasxadan bəri piroq yemirəm.  
Ani:     Mərc gələrəm ki,  qazamatda səni  piroqla bəsləməyiblər, Villi? 
Volter:     Yox, canım. Orda piroqun nə iĢi var? (Pauza) 
Milli:         Ona demisən? 
Ani:          Nə deməliydim ki? 
Milli:         Deməli, hələ deməmisən? 
Volter:     Nəyi? 
Milli:         YaxĢı, Ani! 
Ani:         Yox, hələ deməmiĢəm. 
Milli:         Niyə? 
Ani:         Demək istəmirdim. 
Volter:     Söhbət nədən gedir? 
Milli:         Axı, deməyə hazırlaĢırdın. 
Ani:         Cəsarətim çatmadı. 
Volter:     Deyin görüm, nədən danıĢırsınız? (Pauza) 
Ani:         Villi, bir  peçenye də ye. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
190 
Volter:     Sağ ol, bəsimdir. 
Ani:         XahiĢ edirəm, bircəciyini də ye. 
Volter:     Sağ ol, doymuĢam. 
Milli:         Hə də. Bir peçenye də ye.   
Volter:     Yeyə bilmərəm. Xirtdəyəcən doymuĢam. 
Ani:         Gedim çay dəmləyim. 
Milli:         YaxĢısı budur, mən gedim. 
Ani:     Sənə çox hərəkət eləmək olmaz. Çayniki  bəri ver. Sən özünü pis hiss edirsən. 
Milli:         Tərslik eləmə, çayniki ver. EĢidirsən, Ani? 
Ani:     Suyu mən qaynatmıĢam, niyə çayı da mən dəmləməyim? 
Milli:     Yəni mən mətbəxə keçib öz sevimli bacıoğluma çay dəmləyə bilmərəm? 
Volter:     Qulaq asın, mənə nə demək istəyirsiniz? Nə olub? Doqquz ay burda 
olmamıĢam, nəhayət, evə qayıdıram, istirahət etmək, sakitlik içində dincəlib özümə 
gəlmək istəyirəm. Deyin görüm  nə olub axı? 
Milli:         Xülasə, biz sənin otağını kirayə vermiĢik. 
Volter:     Neyləmisiniz? 
Ani:     Otağını kirayə vermiĢik. (Pauza) Qulaq as, Villi. Sifətini belə turĢutma. Bizə pul 
lazım idi. 
                  (Pauza) 
Volter:     Niyə belə iĢ tutmusunuz? 
Ani:         Biz sənsiz darıxırdıq. 
Milli:         Belə isə  günümüz Ģən keçirdi. 
Ani:         Əlbəttə, xeyli Ģən. 
Milli:         Pul da alırdıq.  
Ani:     Özün fikirləĢ, sən uzun müddət həbsdə olursan, nə vaxt qayıdacağınısa  heç vaxt 
bilmirik. 
Milli:         Təqaüd hesabına yaĢayırıq. 
Ani:         BaĢqa heç nəyə gümanımız yoxdur. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə