Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
176 
Virginiya. Mənim örpəyimi götürün. Ġndi çətir də gətirərəm. (qaçaraq gedir). 
  
Axill. Qoca sərsəm! 
  
Qustav. Ġçəriyə soyuq dolur… Gedin Ģöbəyə, hər Ģey aydındır. 
  
Virginiya (əlindəki böyük çətiri müq. Antoniyə uzadır). Mənim çətirimi götürün. 
  
Müq. Antoni (əllərini göstərir). Onlar əllərimi qandallayıblar. 
  
Virginiya. Mən tutaram. (kandarda çətiri açaraq müqəddəsin baĢı üzərində tutur). 
  
Antonini iki polis aparır. Pristav onların arxasınca gedir. Çətirin altından Antoninin baĢı 
üzərindəki halə görünür. Bağda onlar çovğuna düĢərək, gözdən itirlər. 
  
Qustav (qapını bağlayır). Nəhayət ki! 
  
Axill. Uf! ĠĢə düĢmüĢdük ha! Fırıldaqçıya bir bax! 
  
Qustav (çarpayıyı yaxınlaĢır). Özünüzü necə hiss edirsiniz, xalacan? 
  
Axill. Ona nə oldu? O, huĢunu itirdi, o yıxılır… 
  
Qustav. (çarpayının üzərinə əyilir). Xalacan!.. Xalacan!.. Sizə nə oldu? 
  
Həkim. O bu dəfə öldü. Sizə demiĢdim!.. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
177 
Qustav. Ola bilməz! 
  
Axill. Həkim, onu xilas etmək mümkün deyil? 
  
Həkim. Təəssüf ki, yox. 
  
                                     Sükut. Hamı çarpayının ətrafına toplaĢıb. 
  
Qustav. (hamıdan tez özünə gəlir). qəriöə gün keçirdik! 
  
Axill. Bayırda çovğundur… 
  
Qustav. Sözün düzü, yazıq qocayla çox pis davrandıq. Əslində o bizə heç nə eləməmiĢdi. 
  
Pərdə. 
  
 
 
 
 
 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
178 
Harold Pinter 
 
 
Monoloq 
 
(pyes) 
  
İngilis dilindən tərcümə edəni: Xəyalə Məmmədova 
 
 BoĢ, yarıqaranlıq otaq. Tənha kiĢi stulda oturub. O tez-tez bir stuldan o birinə keçir. 
  
KiĢi. Deyəsən, bir azdan oyun otağına gedəcəyəm. Pinq-ponq oynamağı çox sevirəm. Bəs 
sən? Oyunları xoĢlayırsan? DöyüĢ oyunlarını necə? Mən bütün çağırıĢlara, bütün 
zərbələrə hazıram. Yeri gəlmiĢkən, sənin zirehli əlcəklərin haradadır? 
  
Sükut. 
  
Qara libasda çox cəsur görünürsən. Yeganə xoĢuma gəlməyən Ģey sənin simandır. 
Bənizin çox solğundur. Qara dəbilqən, qara saçların və qara libasınla müqayisədə elə 
görünür elə bil kimsə səni bərk qorxudub. Nədənsə bərk həyəcanlanmısan. Əlbəttə, heç 
vaxt motosikletçi olmaq istəməmisən. Bu, sənin təbiətinə ziddir. Heç vaxt anlamamıĢam 
ki, nəyə can atırsan. Buna görə heç vaxt mənimlə bərabər, mənimlə eyni səviyyədə ola 
bilməzsən. Sən bəlkə də zənci olmalıydın, sifətin qara olmalı idi. Bəlkə onda nə isə edə 
bilərdin. 
  
Sükut. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
179 
Məndə tez-tez elə təəssurat oyanır ki, siz ikiniz bacı qardaĢsınız. Yəni sizin aranızda nəsə 
bağlılıq var. Xarakterinizdəki çox oxĢarlıq, danıĢığınızdakı ehkamlar. Amma əlbəttə o 
zəncidir və həyatı daha çox sevir. 
  
Sükut. 
  
Biz ikimiz də həmçinin. Hava Ģəraitinə baxmayaraq oyun oynamağa, parkda bir az gəzib 
söhbət etməyə və yaxud lançdan öncə bir az məĢq etməyə hazır olmuĢuq. Heç zaman ağır 
öhdəliklərimiz olmayıb. 
  
Sükut. 
  
Mən bu cür Ģeyləri xoĢlayıram. Yəni bu cür söhbətləri, dəyiĢiklikləri, xatirələri. 
  
Sükut. 
  
Hərdən elə fikirləĢirəm ki, o zənci qızı unutmusan. Hərdən də düĢünürəm ki, məni də 
tamamilə yaddan çıxarmısan. 
  
Sükut. 
                                                                                                                                                 

Məni unutmamısan. Sənin ən yaxın və ən etibarli yoldaĢın kim olub? Düzdür, sən məni 
Uebster və Tornerə təqdim etdin. Ancaq kim səni Tristan Tzaraya, Bretona,  
Qiasomettiyə və digər yerlərə apardı? Hələ Luis Ferdinand Seini demirəm. Kim sənə 
hazır konservlər gətirirdi? Mən sənin ən yaxın dostunam və bunu həmiĢə sübut 
edəcəyəm. Sənə görə mən yenə də hər Ģeyə hazıram. 
  
Sükut. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
180 
Ġndi deyəcəksən ki, sən onun ruhunu, mən isə, bədənini sevmiĢəm. Bilirəm ki, sən daha 
gözəl, daha diqqətcil olmusan. Bunu bilirəm. Amma sənə bir Ģey deyəcəyəm ki, bunu 
bilmirsən. O, mənim ruhumu sevirdi. Onun sevdiyi mənim ruhum idi. 
  
Sükut. 
  
Sən heç vaxt deyə bilməzsən, nəyə hazırsan. Sən heç pinq-ponq oynamağa belə hazır 
deyilsən. Sən heç özün də bilmirsən ki, nəyi bacarırsan. Bəs hanı sənin Ģirin yalanların? 
Nəyə görə heç nə bacarmırsan? Düzünü deyəcəyəm. HəmiĢə elə hərəkət edirsən ki, elə 
bil ölüsən. O sevimli zənci qadın heç vaxt olmayıb. YağıĢın yerə düĢüb quruduğu kimi, 
bizim intellektual, idman həyatımızın olmadığı kimi, o da olmayıb. 
  
Sükut. 
  
Qadın yorğun idi. OtrmuĢdu. Çox yorğun idi. Səyahət. Havanın necə olacağını heç vaxt 
qabaqcadan demək olmur. O, yun paltar geyinmiĢdi. Çünki səhər hava sərin idi. Ancaq 
günorta hava çox dəyiĢdi. O qıĢqırdı və sən elə atıldın ki, elə bil... adını untdum. 
Qutudakı meymun kimi. Onun əlindən tutdun, çay hazırladın. Çox bərk qıĢqırıq idi. Ola 
bilsin havanın dəyiĢməsi sənə çox təsir etmiĢdi. 
  
Sükut. 
  
Mən onun bədənini sevirdim. Onsuz da bu elə böyük əhəmiyyət daĢımır. Məndə olan 
ağrılar... Kimin vecinədir ki? 
  
Sükut. 
  
YaxĢı... o... ola bilsin... 
  
Sükut. 
  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə