Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
172 
  
Qustav. Bizim baĢımıza gələn bədbəxtlikdən hamınız xəbərdarsınız. Biz əziz 
mərhumumzun yas məclisində oturarkən, bu subyekt hansısa bəhanəylə bizim evə 
soxulub. Onun niyyətini anlamaq çətin deyil. O bizim sadəlövh xadimənin etibarından 
istifadə edərək, mərhumun olduğu otağa girməyə müvəffəq olub. Yəqin ki, evdəki 
nizamsızlıqdan və yasdan istifadə edərək, bulanıq suda balıq, özü də böyük bir balıq 
tutmaq istəyib. Ola bilsin, kimdənsə öyrənib ki, mərhumun bütün daĢ-qaĢı kaminin 
üstündədir. Onun bəxti gətirməyib – xalamız, sən demə, ölməyibmiĢ. O, bu Ģübhəli Ģəxsi 
görən kimi yerindən dik atılaraq, onu otaqdan qovmağa baĢlayıb. Uğursuzluğa düçar olan 
bu adam hirsindən – bilmirəm necə, hansı yolla, bunu həkim daha yaxĢı bilər – xanımıın 
nitqini əlindən aldı və bütün xahiĢ-minnətlərə baxmayaraq, geri qaytarmır. Yəqin ki, 
Ģantaj etmək istəyir. Qalan Ģeylər barədə həkimdən soruĢun. 
  
Həkim. Mən lazımi izahatı cənab pristavın iĢtirakı ilə verəcəyəm. Lazım gəlsə, yazılı 
hesabat da təqdim edə bilərəm. 
  
Axill. Burada heç bir səhv ola bilməz. O ya cinayətkardır, ya da dəli. Bəlkə də, həm dəli, 
həm də cinayətkardır. Ġstənilən halda, o cəmiyyət üçün təhlükəli subyektdir, onu 
həbsxanaya atmaq lazımdır. 
  
Serjant. Aydındır, biz onu zərərsizləĢdirərik. Rayuto! 
  
Polis nəfəri. EĢidirəm. 
  
Serjant. Qandalı bura ver. 
  
Qustav. Cənablar, sizi narahat etdik. XahiĢ edirəm, yola çıxmazdan əvvəl adama bir 
stəkan Ģərab içəsiniz! 
  
Serjant. Olar. Rabyuto, imtina etmək yaxĢı olmazdı. Onsuz da məhbusumuz çox 
darıxdırıcı adamdır. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
173 
Qustav. Ġosif! butulkanı və stəkanları gətir! 
  
                                      Ġosif gedir. 
  
Xalamızın sağalmasının Ģərəfinə! 
  
Serjant. Belə havada bir sətəkan Ģərab içmək pis olmazdı. 
  
Qustav. Hələ də yağıĢ yağır? 
  
Serjant. Əsil leysandır. Mən yolu keçənə kimi plaĢım tamamilə islandı. 
  
Polis nəfəri. Gah yağıĢ yağır, gah qar – havanı baĢa düĢmək olmur. 
  
                            Ġosif əlində sini gəlir və hamıya Ģərab paylayır. 
  
Serjant. Sizin sağlığınıza, dürüst insanlar! 
  
Qustav (qədəhini toqquĢdurur). Sizin sağlığınıza, cənab serjant! 
  
                                      Hamı polislərlə qədəh toqquĢdurur. 
  
Bir qədəh daha! 
  
Serjant. Ġmtina etmərəm. (dilini nırçıldadır) əla Ģərabdır! 
  
Müq. Antoni. Mən içmək istəmirəm. Mənə bir stəkan su verin. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
174 
  
Serjant (ikrahla). «Bir stəkan su»! siz küçədə baĢ verənləri görmürsünüz? Orada ürəyiniz 
istəyən qədər su var. Bayıra çıxanda görəcəksiniz. Su özü ağzınıza dolacaq… YaxĢı, 
bəsdir vaxt itirdik! Rabyuto, qandalı ver! Sizsə, qolunuzu uzadın. 
  
Müq. Antoni. Buna ehtiyac yoxdur. 
  
Serjant. Necə? Müqavimət göstərirsiniz? Bir bu çatmırdı! Hamınız bir bezin qırağısınız. 
  
                                      Qapının zəngi səslənir. 
  
Qustav. Zəng vurulur! 
  
                                      Ġosif qapını açmağı gedir. 
  
Saat neçədir? Bəlkə ölünü aparmağa gəliblər? 
  
Axill. Yox. Hələ saat üçdür. 
  
                                      Pristav daxil olur. 
  
Pristav. Hörmətli cənablar, əziz xanımlar, sizi salamlayıram! Mən hər Ģeydən 
xəbərdaram. (Müq. Antoni tərəfə baxır) Belə də bilirdim. Bu ki Müqəddəs Antonidir
mübarək Padualı Antoni. 
  
Qustav. Siz onu tanıyırsınız? 
  
Pristav. Onu necə tanımaya bilərəm? O artıq üçüncü dəfədir ki, xəstəxanadan qaçır. BaĢa 
düĢürsünüz, o… (barmağını gicgahına toxundurur). Hər dəfə xəstəxanadan qaçanda eyni 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
175 
hoqqalardan çıxır: xəstələri sağaldır, qozbellərin belini düzəldir, - həkimlərin çörəyinə 
bais olur. Bir sözlə, çoxlu qanunazidd hərəkətlər eləyir. ( Müqəddəsə yaxınlaĢıb, onu 
baĢdan0ayağa sızır). Hə, bu odur… Ya da, hər halda… O elə bil bir az dəyiĢilib… O 
olmasa da, onun qardaĢıdır… Bu məsələdə nəsə mənə Ģübhəli görünür… Gəlin, bu 
məsələni araĢdıraq… Ģöbədə… Ġndi isə, marĢ! Vaxtımız yoxdur… Getdik, uĢaqlar! 
ġöbəyə, Ģöbəyə, Ģöbəyə! 
  
Qustav. Onu bağın içərisiylə aparın. Diqqət çəkmək lazım deyil. 
  
                            Bağın qapısı taybatay açılır. Ġçəriyə qar, yağıĢ və külək dolur. 
  
Axill. Nə pis havadır! Qar, yağıĢ… 
  
                            Polislər müq. Antonini qapıya sarı çəkirlər. 
  
Virginiya (müq. Antoniyə tərəf qaçır). Ağa, bir baxın! Bu yazıq ayaqyalındır! 
  
Qustav. Neyləyək? Ona kareta alası deyilik ki…. 
  
Virginiya. Mən öz baĢmaqlarımı ona verərəm. Alın, müqəddəs Antoni, - mənim baĢqa 
baĢmaqlarım da var. 
  
Müq. Antoni (baĢmaqları geyinir). TəĢəkkür edirəm. (onun baĢının üstündə halə əmələ 
gəlir.) 
  
Virginiya. BaĢanıza nəsə qoyun, soyuqlaya bilərsiniz. 
  
Müq. Antoni. Mənim heç nəyim yoxdur. 
  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə