Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
156 
Qustav.  Axı, bun ə vaxtacan davam eləyəcək! 
  
Birinci qonaq.  Qapını açın. Hamımız birlikdə onuç ölə atarıq! 
  
Qustav.  Yox, yox! Zorakılıq olmasın! O hirslənə bilər. Onunla zarafat eləməyin. Ayı 
kimi güclüdür. Ona toxunmayın! Ġosiflə mən zəif məxluqlar deyilik, amma onu yerindən 
tərpədə bilmədik. Təəccüb qalmalıdır! Elə bil yerə mıxlanıb. 
  
Axill.  Meyitin orda olduğunu ona kim deyib? 
  
Qustav.  Kim deycəkdi? Əlbəttə Virginiya! Hər Ģeyi açıb danıĢıb. 
  
Virginiya.  Kim, mən?  Yox, ağa, məni məruz tutun. Mən öz iĢimlə məĢğul idim. Yalnız 
«hə», «yox» deyə cavab verirdim. Düzdürmü, müqəddəs Antoni? 
(Müq. Antoni susur) 
Sizdən soruĢulur, cavab verin. 
  
Müq. Antoni. (Həmin itaətkarlıqla) O mənə heç nə deməyib. 
  
Virginiya.  Görürsünüzmü? O müqəddəsdir. O hər Ģeyi qabaqcadan bilirdi. O hər Ģeyi 
bilir, sizi əmin edirəm! 
  
Axill.  (Müqəddəsə yaxınlaĢaraq, əlini dostyana onun çiyninə vurur). Nə isə, əzizim, 
yetər! Ġtil burdan! Cəhənnəm ol! 
Qonaqlar. Gedəcək!... – Getməyəcək!... 
  
Axill.  BaĢıma bir fikir gəlib. 
  
Qustav.  Nə fikir? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
157 
  
Axill.  Həkim hanı? 
  
Birinci qonaq.  Hələ də stol arxasındadır. Alabalıq yeyir. 
  
Qustav.  Onu buraya çağırın. 
(Bir neçə qonaq həkimin ardınca yollanır.) 
Sən haqlısan, bu dəlidir. Bu onun sahəsinə aid məsələdir. 
  
Həkim (Ovurdları yeməklə doludur, boynundan salfet sallanır). Nə baĢ verib? Dəli? 
Xəstə? SərxoĢ? ( Müqəddəsi görür). Adi dilənçidir. Burada mən heç nə eləyə bilmərəm. 
Sizə nə olub, dostum? Nə istəyirsiniz? 
  
Müq. Antoni.  Mənə mərhum Qortenziyanı diriltmək lazımdır. 
  
Həkim.  Aha, baĢa düĢdüm! Belə görünür ki, siz həkim deyilsiniz. XahiĢ edirəm, əlinizi 
mənə verin. (Onun nəbzini yoxlayır). Bir yeriniz ağrıyıb-eləmir ki? 
  
Müq. Antoni.  Yox. 
  
Həkim. (Onun baĢına və alnına toxunur). Bəs burda? Mən basanda ağrımır? 
  
Müq. Antoni. Yox. 
  
Həkim.  Əla. BaĢgicəllənməsindən əziyyət çəkmirsiniz? 
  
Müq. Antoni.  Yox. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
158 
Həkim.  Ötən illəri xatırlayın. Ürəkkeçməniz-filan olmayıb? Bəs cavanlıq səhvlərilə bağlı 
nə deyə bilərsiniz? Nəyə iĢarə vurduğumu baĢa düĢürsünüz? Qəbəlikdən əziyyət 
çəkmirsiniz? Bəs diliniz? Dilinizi göstərin. Əla. Ġndi isə nəfəs alın. Dərindən, daha 
dərindən. Çox gözəl. Dostum, axı sizə nə lazımdır? 
  
Müq. Antoni.  Mən o otağa keçmək istəyirəm. 
  
Həkim.  Nə üçün? 
  
Müq. Antoni.  Mərhum Qortenziyanı diriltmək üçün. 
  
Həkim.  O orada deyil. 
  
Müq. Antoni.  Ordadır. Mə nonu görürəm. 
  
Qustav.  Nə inadkar adamdır! 
  
Axill.  Ġynəylə onun dərisinin altına dərman yeritməyə nə deyirsiniz? 
  
Həkim.  Nə üçün? 
  
Axill.  Yuxuya vermək üçün. Sonra onu bayıra çıxarardıq. 
  
Həkim.  Yox, yox, heç vaxt! Bu çox təhlükəlidir. 
  
Axill.  Onunçün təhlükəlidir, bizə nə! Bütün dəlilərin, səfillərin, əyyaĢların dərdini 
çəkmək bizə qalmayıb. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
159 
Həkim.  Mənim fikrimi bilmək istəyirsiniz? 
  
Qustav.  Əlbəttə ki! 
  
Həkim.  Biz tamamilə ziyansız, ancaq ona qarĢı gedilərsə, təhlükəli ola biləcək bir dəliyə 
rast gəlmiĢik. Xəstələrin bu tipii mənə yaxĢı tanıĢdır. Birincisi, burada hamısı 
özümüzünkülərdir, ikincisi isə, mahiyyət etibarilə, onun istəyində bizim əziz mərhumun 
xatirəsini təhqir edəcək heç nə yoxdur. Buna görə də, hesab edirəm ki, qalmağaldan uzaq 
olmaq üçün biz xəstənin acizanə xahiĢini nəzərə alıb, onu bir dəqiqəliyə otağa buraxa 
bilərdik… 
  
Qustav.  Dünya dağılsa da olmaz! Harda görünüb ki, hər yoldan ötən həyatda heç vaxt 
görmədiyi mərhumu diriltmək bəhanəsilə nəcib bir evə soxulsun? 
  
Həkim.  Özünüz bilərsiniz. Öz iĢinizdir. Ya qaçılmaz qalmağal, rüsvayçılıq, ya da heç bir 
əhəmiyyəti olmayan kiçik bir güzəĢt. 
  
Axill.  Həkim düz buyurur. 
  
Həkim.  Qorxulu bir Ģey yoxdur. Sizi əmin edirəm. Özü də biz onunla birgə olacağıq. 
  
Qustav.  YaxĢı, ancaq tez olun. BaĢlıcası isə, bu axmaq əhvalat barədə heç kəsə 
danıĢmayasınız! 
  
Axill.  Xalamızın daĢ-qaĢları kaminin üstündədir. 
  
Qustav.  Bilirəm, bilirəm.  Onlara özüm göz olacağam. Doğrusunu deyim ki, ondan heç 
gözüm su içmir. (Müq. Antoniyə) YaxĢı, buyurun otağa. Ancaq tez olun. Biz hələ səhər 
yeməyini yeyib qurtarmamıĢıq. 
(Hamı sağ tərəfdəki otağa gedir. Müqəddəs Antoni onların arxasınca yollanır və birdən 
onun baĢının ətrafında parlaq halə yaranır). 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə