Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
152 
Qustav.  Ġndi zamanı deyil, baĢa düĢürsünüzmü? Qarabağır soyuyur, qonaqlar gözləyir, 
biz isə zarafat eləyəsi  halda deyilik. 
  
(Əlində salfet tutmuĢ Axill pilləkanda görünür.) 
  
Axill.  O kimdir elə? Qustav, nə olub? Biz qarabağır gözləyirik. 
  
Qustav.  Bu dəli buranı tərk etmək istəmir. 
  
Axill.  SərxoĢdur deyəsən… 
  
Qustav.  ġübhəsiz. 
  
Axill.  Rədd eləyin getsin. Ehsan yeməyini bu avaraya görə pozmayacağıq ki! 
  
Qustav.  O getmir. 
  
Axill.  Necə yəni getmir? Baxarıq, görək necə getmir! 
  
Qustav.  Ġstəyirsən, özün cəhd elə. 
  
Axill.  Əlimi bu dilənçiyə bulamaq istəmirəm! Ġosiflə arabaçı kifayətdir. 
  
Qustav.  Biz artıq cəhd elədik. Güc iĢlətməyin xeyri yoxdur. Cəncələ düĢə bilərik, 
rüsvayçılıq olar. 
(Qonaqlar kandarda görünürlər. Əksəriyyətinin ovurdları yeməklə doludur, qoltuqlarının 
altından və boyunlarından salfetlər sallanır.) 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
153 
Birinci qonaq.  Burda nə baĢ verir? 
  
Ġkinci qonaq.  Qustav nə olub? 
  
Üçüncü qonaq.  Bu dilənçinin burda nə iĢi var? 
  
Dördüncü qonaq.  Bu hardan gəlib çıxıb? 
  
Qustav.  Çıxıb getmək istəmir. Bu sərsəm Virginiya məni lap boğaza yığıb. Gündə bir 
hoqqa çıxarır; dilənçi görən kimi baĢını itirir. Deməzsənmi, onlara yazığı gəlir. Bu 
divanəni də o içəri buraxıb. Nəyin bahasını olursa-olsun xalamı görmək və onu diriltmək 
istəyir. 
  
Birinci qonaq.  Polisə xəbər verin! Ġki polis çağırın! 
  
Qustav.  Yox, yox, polissiz ötüĢərik! Polislərin evimə doluĢmasını istəmirəm. 
Yalvarıram, bu günün xatirinə dava-qalmaqalsız ötüĢək! 
  
Axill.  Qustav! 
  
Qustav.  Nədir? 
  
Axill.  Fikir vermisənmi: odur orada, sol tərəfdə plitələr çat verib? 
  
Qustav.  Hə, görmüĢəm. BoĢ Ģeydir! Plitələri mozaikalı döĢəməylə əvəzləmək lazım 
gələcək. 
  
Axill. Hə, belədə daha nəfis olar. 
  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
154 
Qustav.  BaĢlıcası, yeni dəbə uyğun olacaq. Bu ağ pərdəli qapı üçün isə üzərində ov
sənaye, tərəqqi, gül-çiçək, təbiət təsvirləri olan rəngli ĢüĢələr sifariĢ verəcəyəm… 
  
Axill.  Sən haqlısan, belədə çox gözəl olar. 
  
Qustav.  Kabinet orada olacaq. (Sağ tərəfdəki otağı göstərir.) Onunla üzbəüz otaqda isə 
xidmətçilər yerləĢəcəklər. 
  
Axill.  Buraya haçan köçürsən? 
  
Qustav.  Dəfndən bir neçə gün sonra. Dəfnin ertəsi günü köçmək yaxĢı düĢməz. 
  
Axill.  Hə, amma hər halda bu sübyekti buradan sürüĢdürmək lazımdır. 
  
Qustav.  O özünü öz evindəki kimi hiss eləyir. 
  
Axill.  (Müq. Antoniyə). Bəlkə sizə kreslo təklif eləyək? 
  
Müq. Antoni. (Sadəlövhcəsinə) TəĢəkkür edirəm. YorulmamıĢam. 
  
Axill.  Bu iĢi mənə həvalə eləyin. Mən onun öhdəsindən gələrəm. (Müqəddəsə 
yaxınlaĢaraq, dostyana) Dostum, deyin görək, axı siz kimsiniz? 
  
Müq. Antoni.  Mən müqəddəs Antoniyəm. 
  
Axill.  Hə, hə, siz tamamilə haqlısınız. (Ətrafdakılara) O öz dediyini deyir, amma 
ziyansız adama oxĢayır. (Gözü müqəddəs Antoninin baĢına toplaĢaraq, ona istehza və 
inamsızlıqla baxan qonaqların arasındakı abbata sataĢır) Bu da abbat! O sizi tanıyıb və 
indi sizə öz hörmətini bildirmək istəyir. Yaxın gəlin, hörmətli ata. Axı müqəddəslər sizin 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
155 
sahəyə aiddirlər. Mən kənd təsərrüfatı alətləri, kotan və sairə Ģeylər üzrə mütəxəssisəm. 
Odur ki, göylərin elçisi, ətə-sümüyə bürünmüĢ müqəddəs Antoninin özü sizinlə danıĢmaq 
istəyir. (YavaĢcadan abbata) Onu yavaĢ-yavaĢ qapıya tərəf itələyək, ordan da kandara 
çıxaraq, vəssalam, Ģüttamam! 
  
Abbat.  (Riyakar mehribanlıqla)  Müqəddəs Antoni! Ġtaətkar qulunuz sizi burada, öz 
mübarək gəliĢinizlə xoĢbəxtliyə qovuĢdurduğunuz yer üzündə salamlayır. Müqəddəs 
Ģəxsiniz nə istəyir? 
  
Müq. Antoni. Dünyasının dəyiĢmiĢ Qortenziyanı diriltmək. 
  
Abbat. O doğrudan da dünyasını dəyiĢib. Biçarə qadın! Ancaq müqəddəslərimizin ən 
böyüyü üçün möcüzə yaratmaq çətin olmaz. Arxamca gəlin, müqəddəs zat. Bizim istəkli 
mərhum sizə xüsusi iltifat bəsləyirdi. (ÇıxıĢa doğru yönələrək, müq. Antoniyə qapını 
göstərir.) Bax bura. 
(Müq. Antoni sağ tərəfdəki qapını göstərir). Yox, o oradadır. 
  
Abbat.  BağıĢlayın, müqəddəs zat, icazə verin sizinlə razılaĢmayım. Mərasimə toplaĢanlar 
çox olduğundan onun cəsədi qarĢıdakı evə aparılıb. O ev də, bu ev kimi bizim sevimli 
mərhumumuza məxsusdur. 
  
Müq. Antoni. (Sağ tərəfdəki qapını göstərir).  O ordadır. 
  
Abbat. (Daha mülayim səslə) Müqəddəs zat, bunun əksini görmək üçün buyurun, bircə 
dəqiqəliyə mənimlə bayıra çıxın – siz orada yanan Ģamları və matəm üzlükləri 
görəcəksiniz. 
  
Müq. Antoni. (Əvvəlki kimi qətiyyətlə sağdakı qapını göstərir).  Mən ora gedirəm. 
  
Birinci qonaq.  Onu aldatmaq mümkün deyil. 
  


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə