Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
202 
Volter:     Deməli, bu qız gecə klubunda iĢləyir? 
Solto:     Elədir. 
Volter:     Onu tapa bilərsiniz? 
Solto:     Mən? (Pauza) 
Volter:     Onun yanındakı kiĢiləri tanıyırsınız? 
Solto:     M… m… Bax, bunu, deyəsən, tanıyıram. 
Volter:     Bu qızı tapın mənim üçün. Bu çox vacibdir. Sizə minnətdar olaram. Siz mənə 
kömək edə biləcək yeganə adamsınız. Siz, axı,  belə klubları tanıyırsınız. 
Solto:     Sən onu tanıyırsan? 
Volter:     (Pauzadan sonra) Yox. 
Solto:     Bəs bu Ģəkli hardan almısan? 
Volter:     Bu… vacib deyil. 
Solto:     Bəlkə  Ģəklini görüb vurulmusan? 
Volter:     Hə elədir. 
Solto:     Hə, gözəl qızdır. Çox gözəldir. YaxĢı, Villi, çalıĢaram onu tapım. 
Volter:     Sağ olun. 
   (ÇıxıĢ qapısı açılıb-örtülür.  Pilləkəndə ayaq səsləri eĢidilir.) 
Solto:     Bu kimdir? 
Volter:     KirayəniĢinimiz. Məktəb müəlliməsi. 
(Ġkinci mərtəbə. Ani və Millinin otağı. Bacılar çarpayıya uzanıblar). 
Milli:         Ġstəmirəm. Qaynardır. Mənə soyuğunu ver. 
Ani:         Qaynar deyil. 
Milli:         Mənə elə gəlir ki, sən onu çox qızdırmısan. 
Ani:         Mən ora-bura vurnuxana qədər soyuyub. 
Milli:     Qazanda saxlamaq lazım idi. Qazanda gətirsəydin, soyumazdı. 
Ani:          Axı, indicə dedin ki, soyuq istəyirəm. 
Milli:         Soyuq istəyirəm. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
203 
Ani:         Mən də deyirəm ki,  soyuyub. 
Milli:     Bilirəm. Birdən mən isti istəsəydim necə? (Süd içir) Bir az da soyuq olsa, lap 
yaxĢı olardı. 
Ani:         Bir tikə balıq verim? Ya da ki bulka? 
Milli:         Mən balıq istəyirəm. Bəs sən? 
Ani:          AĢağı düĢüb bulka gətirərəm. 
Milli:         Bunu götür. 
Ani:      Lazım deyil. AĢağıda özüm üçün hazırlamıĢam. Bunu sən ye. Balıqdan sonra. 
Milli:         Bəs sən niyə balıq yemirsən? 
Ani:     Bilirsən, indi mən nə yeyərdim? Sardinaya yox deməzdim. 
Milli:     Mənsə siyənəyə. Bir iri siyənək tikəsini nə vaxt desən, yemək olar. 
Ani:         Bir- iki  sirkəli sardina. Və bir fincan isti Ģokolad. 
Milli:         Ġsti Ģokolad?  
Ani:         Kalaktonda isti Ģokolad içməyimiz yadında deyil? 
Milli:         Ġsti Ģokolad siyənək balığı  ilə? 
Ani:     Axı, mən siyənək balığı yemirəm. Mən sardina yeyirəm. 
         (Pilləkəndə addım səsləri eĢidilir). 
Ani:     EĢidirsən? (Qapını  azca aralayıb qulaq asır.  Villi otağının qapısını döyür.  Boğuq 
səslər eĢidilir). 
Salli:          Bəli. 
Volter:     Mənəm. 
Salli:              Bir dəqiqə. Buyurun (Astadan açılan qapının səsi eĢidilir) 
Volter:     Salam. ĠĢlər necədir? 
Salli:         Əla. (Qapı örtülür) 
Ani:         Volter ordadı. 
Milli:         Volter ordadı nə deməkdir? 
Ani:         Ġçəri keçdi. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
204 
Milli:         Hara? 
Ani:         Sallinin otağına. 
Milli:         Öz otağına. 
Ani:         YaxĢı, öz otağına. 
Milli:         Artıq otaqdadır? 
Ani:         Hə. 
Milli:         Qız da ordadır? 
Ani:         Hə. 
Milli:         Deməli, Salliylə bir yerdədi? 
Ani:         Hə. 
Milli:         Get qulaq as. (Ani çıxır) 
             (Sallinin otağı) 
Volter:     Dadına baxın. Sizin üçün gətirmiĢəm. 
Salli:         Bu nədir? 
Volter:     Brendi. 
Salli:         Nə münasibətlə? 
Volter:     Sadəcə… düĢündüm ki... Bir-birimizi daha yaxından tanımalıyıq. Bir damın 
altında yaĢayırıq. 
Salli:         Ancaq… 
Volter:     Siz içirsiniz? 
Salli:         Əslində yox. 
Volter:     Aradabir bir-iki qədəh də içmirsiniz? 
Salli:         Nadir hallarda. 
Volter:     Onda mənimlə də azca için. 
Salli:         YaxĢı, amma lap az. Nədə içəcəyik? 
Volter:     Narahat olmayın, özümlə gətirmiĢəm. 
Salli:         Əvvəlcədən hazırlıq görmüsünüz? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
205 
Volter:     (ġüĢəni açıb süzür) Sizin sağlığınıza. 
Salli:         Sağlığınıza. 
Volter:     Ġstəyirəm… Dünən sizinlə kobud danıĢdım. BağıĢlayın. 
Salli.         Nə danıĢırsınız?  BoĢ Ģeydir. 
Volter:     Məsələ burasındadır ki, mən hələ öyrəĢməliyəm. Mənim otağımda 
yaĢamağınıza. 
Salli:         Deyirəm, bəlkə otağı birtəhər bölüĢdürək? 
Volter:     BölüĢdürək? 
Salli:     Demək istəyirəm, siz də bu otaqdan istifadə edə bilərsiniz. Deyək ki, mən evdə 
olmayanda. 
Volter:     BaĢa düĢmürəm necə? 
Salli:         Çox sadə. Axı, mən bütün gün məktəbdəyəm. 
Volter:     Bəs gecə? 
Salli:     Bəzən elə gecə də. Həftədə üç dəfə məktəbə gedirəm. 
Volter:     Nə məktəb? 
Salli:      Mən axĢam məktəbinə gedirəm. Xarici dilləri öyrənmək üçün. Sonra  isə adətən 
rəfiqəmlə harasa gedirik. O, tarix müəlliməsidir. Musiqiyə qulaq asırıq. 
Volter:     Hansı musiqiyə? 
Salli:     Motsarta, Bramsa, yaxud bu qəbildən baĢqa müsiqiyə. 
Volter:     A…a… o qəbildən… (Pauza) Bir az da içərsiniz? 
Salli:          Mən… 
Volter:     (Süzür) Bircə qədəh. 
Salli:         Sağ olun. Sağlam olun. (Pauza) 
Volter:     Öz aramızdır, sizə qədər burda bir qadın da olmayıb. 
Salli:         Belə de. 
Volter:     Düzdür, uĢaqlar, tez-tez gəlirdilər. Burda silahlı basqınlar üçün plan qururduq. 
Salli:         Doğrudan? 
Volter:     Xalalarım sizə deməyiblər məni niyə tutmuĢdular? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə