Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
126 
Elodi. (Ġnadla) Onda məni xoĢbəxt elə. 
Adolf. (Qəmli Ģəkildə davam edir.) Ġstərdim uĢaqlar da xoĢbəxt olsunlar. Onlar çox 
narahatdırlar. Totonun baxıĢları məni qorxudur. Bütün gecəni dəhĢətli yuxular görür. Axı 
biz onların valideynləriyik! 
Elodi. (Əda ilə) UĢaqlar öz analarını xoĢbəxt görmək istərdilər. Sən mənə sevilən qadının 
layiq olduğunu versəydin, uĢaqlar xoĢbəxt olardılar. 
Adolf. (Bağırır.) Bəs mən? 
Elodi. Necə yəni, “bəs mən?”. 
Adolf. Bəli! Bəs mən? 
Elodi. (Ġncikdir). Ah! Bəs mən? 
Adolf. Nə sən? 
Elodi. Bəli. Mən! Mən! Gəncliyimin mənə qalan son illərini mən... Yəni mənim kiçicik 
bir xoĢbəxtliyə haqqım çatmır?  
Adolf. Çatır. Hamı kimi. 
Elodi. YaxĢısı budur, sən mənim qayğıma qal, baĢqaları ilə iĢin olmasın. Ġndi mən 
istəyirəm ki, ancaq mənim haqqımda düĢünsünlər, mənim qayğıma qalsınlar. Nəhayət, 
mən sevilən, hörmət edilən, həmiĢə sığallı, səliqəli qadın olmaq istəyirəm, bahalı 
çamadanların əhatəsində birinci sinif salonda səyahət etmək istəyirəm. Mən piramidaları, 
Venesiyanı, Qrand-Kanalı, Neapolu görmək və sonra ölmək istəyirəm. Mən üstüaçıq 
bahalı avtomobildə avenyü dyü Bua ilə getmək, axĢamlar prezidentin də iĢtirak etdiyi 
Operanın nəhəng pillələri ilə düĢmək istəyirəm. Ġstəyirəm qadınların ən gözəli olum
istəyirəm hamı dönüb arxamca baxsın mənə! Mənə! Mənə! Mənə! 
Adolf. (QıĢqırır). Sənə! Sənə! Sənə! Bir bunu əzbərləmisən: mən! 
Elodi. Bəli, mən! Bir az da mən! Mən kifayət qədər təmizləmiĢəm sənin uĢaqlarını, 
qulluqçularını danlamıĢam, qazandığın pulları saymıĢam! Daha bəsdir! Ġndi mən ancaq 
özüm haqda düĢünmək istəyirəm. (Dəli kimi qıĢqırır, guya kimi isə köməyə çağırır). 
Özüm haqqında! Özüm haqqında! Özüm haqqında! Kömək edin! 
Adolf. (Qəddini düzəldib özünü qurudur və guya nəsə bir Ģey kəĢf edib qıĢqırır). Bəs 
mən? 
Elodi. Nə sən? 
Adolf. Bəli, mən! Mən də bir qədər özüm haqqında düĢünmək istəyirəm. 
Elodi. Özün haqqında? Sənin iĢin elə bu deyilmi? Eqoist! Mənim haqqımda düĢünmək 
əvəzinə, həmiĢə özün haqqında düĢünmüsən! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
127 
Adolf. Mən? 
Elodi. Bəli, sən! 
Adolf. (Təhqir olunmuĢ kimi). Özüm haqqında düĢünmüĢəm... Bu necə olur, sənin 
haqqında düĢünə-düĢünə özüm haqqında düĢünmüĢəm? 
Elodi. Sən yalan deyirsən. Sən həmiĢə özün haqqında düĢünmüsən, məni isə heç yadına 
salmamısan. Mən isə həmiĢə sənin haqqında düĢünmüĢəm! Ġndi isə yalnız özüm haqqında 
düĢünürəm. 
Adolf. Belə deyin! Sən ancaq mənim haqqımda düĢünmüsən, sən? 
Elodi. Bəli, sənin haqqında. Ancaq sənin haqqında! Bəs sən? 
Adolf. Mən?  
Elodi. Sən nə vaxtsa heç mənim haqqımda düĢünmüsən? Odur ki, mən özüm! BaĢqa kim 
mənim qayğıma qalacaq, özüm qalmasam? 
Adolf. Lənət Ģeytana! Bir az da mənim haqqımda düĢün! 
Elodi. Xeyr! Mənim haqqımda! Sən mənim haqqımda düĢün! 
Adolf. Mənim haqqımda! Mənim haqqımda! Sən ancaq bunu deyə bilərsən: mənim 
haqqımda! Bəs mən? Mən? Axı mən də varam, yaĢayıram, nəfəs alıram! 
Elodi. Bəs mən? Bəs mən? Bəlkə mən yaĢamıram, bəlkə nəfəs almıram? Mən! Mən! 
Mən! 
Adolf. Bəs mən? Bəs mən? Bəs mən? 
Bu səhnə dəlilik tutmasına bənzəyir. Onlar bir-birinin ətrafında fırlanır, hətta artıq 
danıĢmırlar, bir növ hürürlər. Nəhayət, onlar əllərini yerə qoyub it kimi üz-üzə dayanıb 
hürür, bir-birini qapmağa çalıĢırlar. Biz artıq söz deyil hürüĢ səsini eĢidirik. 
Totonun səsi. (Yuxarıdan) Papa, mama, bəsdirin! 
Çiynində Ģal, baĢında biqudi, Adel gəlir. O çox əsəbidir. 
Qulluqçu. (Bağırır). Siz qurtaracaqsız ya yox? UĢaqlar ağlayır, gərək mən yenə də gedim 
onları sakitləĢdirim. Saat onda qabları yuyub qurtardım, səhər yeddidə də qəhvə 
verməliyəm, bəs mən istirahət etməməliyəm? Axı indi qanunlar var! Bir bunlara baxın! 
XoĢbəxt olmaq üçün hər Ģeyləri var: hörmət-izzət, vəzifə, uĢaqlarının qarnı tox... 
xəstələnmirlər, sağ-salamatdırlar, evləri, hələ qulluqçuları da var. Özləri də burda üz-üzə 
dayanıb it kimi bir-birlərini didirlər. Vallah, gərək ayrı evdə iĢləyəydim. Onda göz 
yaĢlarına, hönkürtülərə az vaxt sərf edərdim. Mən burda ancaq qulluqçuyam, əlbəttə, 
müsyö ilə yatıram, amma nə etməli, harda iĢləmiĢəm belə olub. Heç olmasa o təmizkardı, 
mehribandı, amma mən öz südsatanıma sədaqətliyəm! Buna sübut da var. Toyacan icazə 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
128 
vermərəm mənə əl vursun. Elə ki evləndik, bir az pulumuz oldu, təxminən iki ildən sonra
mən onun xörəyini biĢirəcəm, corablarının yırtıq-deĢiyini tikəcəm, portyankalarını da 
yuyacam. Bax, onda qoy ürəyi nə qədər istəyir oxĢasın məni, olsun ərim, vəssalam! Yox, 
əgər biz də tutaĢası olsaq, həddimizi aĢmarıq, boĢ-boĢ iĢlərə görə aləmi dağıtmarıq, 
evimizə bədbəxtlik gətirmərik, qonĢuların yuxusuna haram qatmarıq. Di, bəsdirin, gedin 
balalarınızı sakitləĢdirin, sizin dava-dalaĢdan qorxub hərəsi öz otağında buzov kimi 
mələyir. Di qalxın! Yoxsa indi mən baĢlayaram davaya. 
Elodi ilə Adolf yorğun və üzgün halda qalxırlar və heç nə demədən hər kəs öz qapısından 
çıxıb gedir. Tək qalan Adel hirslə çarpayıya yaxınlaĢır. 
Adel. Mənim dərdimə bax də! Təzədən gəl bu taxtı yığıĢdır, sahmana sal. (Qəzəblə 
çarpayını səliqəyə salır). Mənim kimi bunlar da on üç yaĢından özgə qapılarında 
iĢləsəydilər, belə qudurmazdılar. Bilərdilər məhəbbətin yerini də, yurdunu da. Mən heç 
sentimental deyiləm, elə südsatanım da mənim kimi. ġükür ki, beləyik! (Gedir.) 
Pauzadan sonra hərəsi bir tərəfdən Adolf və Elodi görünür. Hərəsi bir uĢağın əlindən 
tutub. UĢaqlar gecə köynəyindədirlər. Onlar bir-biri ilə uzaqdan, iĢgüzarcasına, 
soyuqqanlılıqla danıĢırlar.  
Elodi. Deməli, danıĢdıq. Kristina mənimlə qalır, sən də Totonu götürürsən. O elə pis 
tərbiyə alıb ki, mütləq pansiona verilməlidir. ġaviletdəki mülk mənim cehizim olduğu 
üçün, təbiidir ki, onu mən götürürəm. Mənzilimiz sənin olur. Bəzək-düzək və anamdan 
qalma daĢ-qaĢlar mənə çatır, sənin bağıĢladıqlarını isə sənə qaytarıram. 
Adolf. Bəs mebel? 
Elodi. Majoreli, əslində, mən götürməliyəm, atamın hədiyyəsidir. 
Adolf. Düz on iki il mən qazanmıĢam, bu evə pul gətirmiĢəm, hələ sənin paltarların, 
qunduz dərisindən Ģuban... 
Elodi. (Düzəldir) Yalançı qunduz dərisindən Ģuba desən həqiqətə daha yaxın olar. 
Kristina ilə mənə qulluqçu lazım olacaq, ümid edirəm ki, bunu sən bilirsən, amma ta bu 
qulluqçu yox! Sənin bizə verəcəyin aliment sənin maaĢının yarısı qədər olmalıdır. Aman 
tanrım, biz dilənçi kimi yaĢayacağıq!  
Adolf. Axı mən də insanam, mənim də yaĢamaq üçün pulum olmalıdı. Sənin mülkdən 
gəlirin olacaq. Əgər sən bütün Majoreli aparsan, bu evdə nə qalacaq? 
Elodi. (Sakit) Onda istəyirsən Totonu mebellə dəyiĢ-düyüĢ eləyək? Onda təbiidir ki
alimentin həcmi artmalıdır. 
ĠĢıq birdən sönür. Haradansa baraban səsləri eĢidilir. Qaranlıq pauza vaxtı vəhĢi musiqi 
sədaları eĢidilir. Musiqi və digər səslər kəsilir. Zəif iĢıq yanır: səhnədən bütün dekorasiya 
yığıĢdırılmıĢdır, arxa divar da görünmür, uzaqda qara tül pərdə yelləndikcə nəsə vahiməli 
görüntülər yaranır. Səhnənin ortasında Totonun metaldan hazırlanmıĢ kiçik çarpayısı 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə