Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
124 
inan mənə. (Soyuqqanlılıqla əlavə edir.) Nəzərinə çatdırım ki, mənim budlarımın dərisi 
elə əvvəlki kimidi. Ġstəyirsən əl vur, yoxla. 
Adolf. Sən özünlə səmimi deyilsən. Sən Norberi istəyirdin. Hələ də gecələr bizim 
aramızda haqq-hesab olanda sən onu düĢünürsən, mən buna əminəm. 
Elodi. (Qızarır.) Onun sənə dəxli yoxdur! Mən özümü necə lazımdır elə də aparıram. Heç 
kəs də məni nədəsə qınaya bilməz! Mən müəyyən borcu, vəzifəsi olan qadınam, 
vəssalam! Amma bu o demək deyil ki, məndən mümkün olmayanı tələb edəsən! Mən ki 
səndən soruĢmuram aramızda, bayaq dediyin kimi, baĢ verən haqq-hesab vaxtı sən nə 
haqda düĢünürsən! 
Adolf. (Yerindən sıçrayıb qalxır, gecə köynəyi yellənir küləkdən, bir növ özündə deyil.) 
Borc! Vəzifə! Ər-arvad borcu! Necə iyrənc sözlər! (Bağırır.) Ġstəyirsən sənə ən dəruni 
sözlərimi söyləyim? Kəbin - iyrəncdir. Yalnız istək və Ģəhvət bu gimnastikaya bəraət 
qazandıra bilər! Ġstək hər Ģeyə bəraət qazandırır. Ġstənilən oyunu çıxarda bilərsən... hər 
Ģey sadə, yaxĢı, hər Ģey pak... Ancaq soyuqqanlılıqla?! Bax, ehtiras əsasında baĢ verən 
qətllə soyuqqanlı ekzekusiyanın fərqi bundadır... (Axmaqcasına əlavə edir.) Yeri 
gəlmiĢkən, elə buna görə mən ölüm cəzasının əleyhinəyəm! 
Elodi. Sən heç nə danıĢdığını bilmirsən. 
Adolf. (QızıĢmıĢ halda otaqda var-gəl edir.) Bilirəm! Lap yaxĢı bilirəm! Qan, bəlkə də 
sidik, baĢa vuran vaxtdan iyirmi il keçəndən sonra da qadın ancaq yeməyini, içməyini, 
geyim-kecimini verdiyi üçün hələ də kiĢi ilə qonum-qonĢunun, lap elə ictimaiyyətin 
razılığı ilə bir yastığa baĢ qoyursa, bu... fahiĢəlikdir! Bəli, bəli! Mən, gördüyün kimi, çox 
aydın və dəqiq ifadə edirəm fikrimi. KiĢi isə qadını baĢının altında və ixtiyarında 
olduğuna, hamının onların münasibətini bildiyinə görə, əziyyət çəkmədən yatağına 
salırsa, bu da sadəcə olaraq... fərsizlikdir! Ya da pozğunluq! 
Elodi. (Pis gülüĢlə qəhqəhə çəkir.) KaĢ özünü kənardan görəydin: baĢında silindr, 
əynində gecə köynəyi, otaq boyu var-gəl edir və mənasız sözlər söyləyir. O sözlərin 
müəllifi də heç sən deyilsən. Axı sən çox gözəl bilirsən ki, bu dərin fikirlər birinci sənin 
ağlına gəlməyib. BoĢboğazsan, mon cher! Elə bil axmaq bir bulvar pyesində oynayırsan! 
Adolf. (Təntənə ilə) Bəlkə də! Bəli, sən çox oxuyursan, amma sənin dünyagörüĢün də 
geniĢ olsaydı, ma cher, əgər sən hamını oxusaydın onda özlərini dərin məzmunlu 
avanqardist adlandıran Valeridən, Jid və Klodeldən, sevimli Koktondan əl çəkərdin. Sən, 
nəhayət, baĢa düĢərdin ki, pis yazılan yersiz, əsası olmayan hadisələr, mənasız görüĢlər, 
sözlər, sözlər, sözlər... əsl hisslərin və fikirlərin əvəzini verə bilməz. Ancaq vodevillər... 
ancaq onlarda faciə var və həyatın özünə onlar oxĢayır! (QıĢqırır.) Yalnız Feydo insan 
taleyindən danıĢa bilir! Bir də Paskal. Mən mənasız və gülünc göründüyümü çox yaxĢı 
bilirəm, inan mənə. Eyni zamanda mən öz möhtəĢəmliyimi də hiss edirəm. Bir əli 
ürəyinin üstündə, o biri əli qulluqçunun yanbızında, baĢında silindr, əynində tuman 
otaqboyu var-gəl edən solğun saxta personaj adam deyil! (Ġlhamla bəyan edir.) “Əgər 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
125 
lovğalansa, xar edəcəm onu, xar olmaq istəsə - yüksəldəcəm, həmiĢə də onun ziddinə 
gedəcəm...” 
Elodi. Sən sarsaq-sarsaq danıĢmaqdan yorulmadın? 
Adolf. (Qanadı havada qırılmıĢ kimi sakitcə və kədərlə oturmaq üçün çarpayıya 
yaxınlaĢır və fağır səslə danıĢır.) Narahat olma, qurtardım. Deyəsən lap ağ elədim. 
PeĢmanam. (NəvaziĢlə əlavə edir.) Əgər həyat ancaq bundan ibarətdirsə, gərək 
əvvəlcədən xəbərdar edəydilər, mən bu qədər həyəcanlanmazdım. Mən pis janrda çıxıĢ 
edirəm, buraxdığım səhvlərə görə də cavabdehlik daĢımıram. Hər tamaĢada itirirəm. 
Odur ki, susmağa üstünlük verirəm. Yaxın günlərdə çalıĢıb baĢıma bir güllə vuracam. 
Elodi ona yaxınlaĢır və yaxĢılığı ya pisliyi aydın bilinməyən bir jest edir.  
Elodi. (Sakit). Axmaqsan! Elə bilirsən bu sənə kömək edəcək? Ölsən də canını qurtara 
bilməyəcəksən, mən olacam sənin dul qalmıĢ arvadın. Qaraya bürünüb ölüləri anma 
günündə qəbrin üstündə hönkürəcəm. Və guya səni məndən çox sevdiyini deyənlərin heç 
birinin buna ixtiyarı çatmayacaq. Çünki təkcə mənəm sənin arvadın. 
Adolf. (Ona baxır və birdən gözlənilməz tonda deyir.) Mənə elə gəlir ki, qəlbinin 
dərinliyində sən çox acıqlı adamsan, mənim zavallı ġarlottam. 
Elodi. (Bir qədər sükutdan sonra qıĢqırır.) Bəli, mən acıqlıyam! Amma bunun taqsırı 
səndədir, sən məni acıqlı, hikkəli eləmisən. Mən mülayimdim, ağıllıydım, anlayandım, 
həssasdım, bizim tennisli keçmiĢimizin bütün dostları bunu təsdiq edə bilər. Ġndi isə mən 
qıĢqırıram, Ģillə vururam, günahlandırıram, ciblərini axtarıram, səni izləməyi xahiĢ 
edirəm, bütün günü telefonda rəfiqələrimə səndən Ģikayət eləyirəm... Səhər yuxudan 
duranda hürürəm, axĢam hürürəm sən yoğun ayaqlarınla, gecə köynəyində çarpayıya 
yaxınlaĢanda, diĢimi ağardıram qorxudan, it kimi tuturam. Hamısının da günahı səndədir. 
Belə olmağa baĢlayanda gərək mənə mane olaydın. (Ona nifrətlə baxır.) Ər necə 
istəyirsə, arvad elə də olur! 
Adolf. (Pauzadan sonra yorğun səslə.) Biz heç vaxt sakit danıĢa bilməyəcəyik, bir-
birimizi baĢa düĢməyəcəyik! 
Elodi. Heç vaxt! Sənin sözlərin mənə tanıĢdır. Sən məni əvvəlcə sözünlə aldın. Əgər sən 
mehribansansa, mülayimsənsə, deməli, yalan danıĢırsan, ya da nəsə bir kələyin var. Mən 
sənə qulaq asıram, dinləyirəm, axmaq kimi, sonra birdən baĢa düĢürəm ki, yenə 
aldandım. 
Adolf. Mənim səni aldatmaq fikrim yoxdu. Mən səni aldadanda özümü də aldatmıĢ 
oluram. Mən bütün həftəni baĢımı aĢağı salıb bacardığım qədər öz vəzifəmi yerinə 
yetirirəm... mən xoĢbəxt olmaq istəyirdim. Qocaldıqca bütün təntənəli sözlərin 
deyildiyini, gözəl jestlərin edildiyini baĢa düĢürsən və anlayırsan ki, eləmək istədiklərin 
elə bunlardır. Mən çox istərdim xoĢbəxt olum. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə