Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
121 
Anamız aĢiq oldu.  
Bədbəxtlik gəldi 
Ata tayını tapdı,  
Ana yolundan sapdı. 
Bizdə ürək deyil,  
Dərddir, kədərdi... 
Bizə bəla üz verdi. 
Anamız aĢiq oldu. 
Atamız tayını tapdı... 
ĠĢıq birdən sönür. Qaranlıqda təntənəli toy marĢı səslənir... Səhnə çox parlaq iĢığa qərq 
olur. Tül arxasındakı dekorasiya demək olar ki, görünmür. Alətlərin səsi aydın eĢidilir, 
kilsə zənginin səsi də yaxından gəlir. 
Adolf gecə köynəyinin üstündən geydiyi frakdadır. BaĢında silindr var. O kilsədən çıxır. 
Gəlin paltarı geyinib baĢına fata taxmıĢ Qız onun qoluna girmiĢdir. Zənglərin həzin səsi 
eĢidilir. “YaĢasın təzə evlənənlər!” qıĢqırıqları gəlir. Səhnənin arxasından onların üstünə 
düyü atırlar. Toto ilə Kristina paj kostyumunda gəlinin donunun Ģleyfindən tutublar. 
Adolf tələsmədən irəliləyir və onu hər tərəfdən əhatə edən insanları salamlayır, onların 
üzünə gülümsəyir və öpüĢlər göndərir. 
Bəzənib-düzənmiĢ Adel onların üstünə düyü atır və tez-tez yerini dəyiĢir. O, əslində 
bütün qonaqları təkbaĢına təmsil edir. Adolf hər dəfə onunla göz-gözə gələndə pərtliklə 
baxıĢlarının səmtini dəyiĢir. 
Qız. Necə həyəcanlı dəqiqələrdir, əzizim!  
Adolf. (Təsirlənir) Bəli, məhz dəqiqələr. 
Qız. Musiqi, zərif qoxulu güllər, Ģamlar və gözləri yaĢarmıĢ dostlar. 
Adolf. (Ora-bura baxa-baxa hamını salamlayır, gülümsəyir.) Elədir, bu gün onlar, demək 
olar ki, bizi sevirlər.  
Adel. YaĢasın təzəgəlin! 
Qız. Aman, qoca ruhani necə gözəl danıĢdı, gözləri də yaĢardı. Elə bilirsən o sözləri tək 
bizim üçün deyir? Mən artıq özümü sənin yanında qarımıĢ kimi görürəm. 
Adel. (Gəlinlə üz-üzə dayanır) YaĢasın təzəgəlin! 
Qız. Necə mehribandır! Səninkilərdəndir?  


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
122 
Adolf. (Pərtdir) Bilmirəm. 
Qız. Ah, Anna xala! Çox məzəli Ģlyapası var. O qırmızı nədi? Lalədi? 
Adolf. Yox. Albalıdı. Lenya dayı bütün medallarını taxıb yaxasına. Fikir ver, gözündə 
yaĢ parıldayır. 
Qız. SağdıĢla soldıĢın gözləri iĢıldayır, bu saat gəlinin rəfiqələri ilə rəqs edəcəklər. 
Adolf. Hamı yaxĢı geyinib... xeyirxah olublar, hamısından da ətir iyi gəlir.  
Qız. Hətta dilənçilər də paltarlarını dəyiĢiblər. Bax, kilsənin surahısı boyu düzləniblər. 
Toy necə gözəldir. 
Adolf. (Təsirlənir.) Elədir, əzizim. Görünür, tez-tez evlənmək lazımdır. 
Adel. (Təzə evlənənlər gedəndə əlində qalmıĢ axırıncı düyü sıxmasını onların üstünə 
atır.) YaĢasın təzəgəlin! 
Səhnədən getməmiĢdən əvvəl Adolf Adelə narazı baxıĢ atır və onlar gur iĢığın içindən 
keçirlər. Kilsənin zəng səsləri və orqan musiqisi bir qədər uzaqdan eĢidilir. Adolf 
təzəgəlinlə səhnənin dərinliyindən keçib tül arxasındakı yataq otağına tərəf yönəlir. 
Orada qara tülə bürünmüĢ bircə çarpayı var. 
Adolf. Axır ki biz təkik, mənim məhəbbətim! (Qucaqlayır. Qız hələ də vualdadır. O 
ehtiyatla Qızın baĢından flerdoranjı, sancaqları çıxardır.) Toyun ən gözəl məqamı yetiĢdi. 
Hər Ģey necə yaxĢı və müdrik düĢünülüb. Bu neçə gündə biz nə qədər vaxt itirdik: 
paltarların tikilməsi, xörəklərin seçilməsi, niĢan üzüklərinin alınması, dəvətnamələrin 
yazılması... Gəlin haqqında düĢünməyə heç imkan olmadı, amma hər Ģeyin bir qurtaran 
vaxtı da var. Bütün intizarlara son qoymaq məqamı yetiĢdi. (Sevincək tərzdə fatanı Qızın 
baĢından götürür. Adolf təəccüblə bir addım geri sıçrayır.) Necə? Bu sənsən? 
Elodi. (Qəzəblə) Bəs sən kimi gözləyirdin? Əlbəttə mənəm, sənin arvadın, həmiĢə də 
arvadın olacam! 
Adolf. (Qaçmaq istəyir və sarsaq kimi qıĢqırır.) Mən imtina edirəm! Kömək edin! 
Hamını çağırın! Mərasimi səhv salıblar. 
Elodi. Yox, əzizim, heç bir səhv yoxdu. Bu, həqiqətən mənəm. (Adolf ona baxır. Hiss 
olunur ki, nitqi quruyub. Elodi soyuqqanlılıqla davam edir.) Elə bildin mən səni o sarsaq 
qızla evlənməyə qoyacam? Ġstəyirsən iki ildən sonra onu da mənim günümə salasan, özün 
də bədbəxt olasan, mənimlə bədbəxt olduğun kimi? Hələ bir onu de görüm ikiarvadlı 
olub hara gedəcəkdin? Sən axı bu iĢin öhdəsindən gələ bilməzsən. Heç bu barədə 
düĢünmüsən, yoxsa onu da mən düĢünüb həll etməliyəm? 
Adolf. (Dodağının altında mızıldanır) Axı, sən özün də ərə gedirdin! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
123 
Elodi. Sənin içində natəmiz bir məxluq oynaqlayır. Bilirəm, sən məni kimin qucağına 
desən atmağa hazırsan, təki canını qurtarasan, azadlığa çıxasan. Amma yuxuda görərsən 
onu! Mən namuslu qadınam, namuslu da öləcəm, özü də lap sənin acığına! 
Adolf. Bununla belə, sən “Bon-MarĢe”də Norber de Lya Prebandla rastlaĢdığını deyəndə 
qıpqırmızı oldun... Elə düĢünmə ki, mən koram, görmürəm. 
Elodi. (Hirslə) Bəlkə də mən qızarmıĢam, amma mən namusluyam! Qərarım da qətidir, 
necə olursa-olsun namuslu qalmalıyam! 
Adolf. Yəqin ki, ġatodanda ona vurulduğunu inkar etməyəcəksən? Tennis kortunda hamı 
sizin evlənəcəyinizdən danıĢırdı. 
Elodi. (QıĢqırır.) Bəli, ġatodanda mən ona vurulmuĢdum! Bəli, bu gün onu “Bon-
MarĢe”də görəndə hələ də onu sevdiyimi baĢa düĢdüm. AtılmıĢ, məsxərəyə qoyulmuĢ və 
vurulmuĢ qadın mənəm, sənin arvadın, mən sənə heç vaxt xəyanət etməyəcəm! Əgər sən 
vicdanını sakitləĢdirmək üçün buna ümid edirsənsə yanılırsan, əzizim, mən sənə xəyanət 
etməyəcəm, bu istəyini dəfn etsən yaxĢıdır. Bəlkə də sən alçaldılacaqsan, üz-gözün cırıq-
cırıq ediləcək, xalça kimi tapdanacaqsan, amma heç vaxt buynuz çıxarmayacaqsan, sakit 
yata bilərsən! 
Adolf. (Komik və ümidsiz çığırtı ilə) Bu dəhĢətdir! Ah, mən necə bədbəxtəm! (BaĢında 
silindr, əynində frak özünü çarpayıya atır və isterik səslə hıçqırıb ağlayır).  
Elodi. (Soyuqanlılıqla süzür onu.) Sən istəyirsən xəyanətə qabil olmadığıma görə mən 
səndən üzr istəyim, səni bu yolla sakitləĢdirim?  
 
Adolf. (Pauzadan sonra Ģikayət havasında). BaĢa düĢ, ġarlotta... həyatın elə anları olur ki, 
boğulmamaq üçün pəncərəni açmalı olursan. Belə vaxtda küçəyə çıxib nəfəs almaq, 
ayaqlarının qırıĢığını açmaq istəyirsən.  
Elodi. (ĠkibaĢlı) Ayaqlarının qırıĢığını açmağı mən sənə heç vaxt qadağan etməmiĢəm. 
Mən sənin arvadınam, mən elə bundan ötəriyəm. 
Adolf. (Nalə çəkir) Axı bu eyni Ģey deyil! 
Elodi. (Hayqırır) Eynidir! Hamıda eynidir! Sən bunu eĢitmək istəyirdin, eləmi? Onda 
mən buna əmin olmağa vaxt qazana bildim, sənin ilk həmləni dəf edəndə. Sən yelkənlər 
üçün otaqda Ģəhvətdən erkək maral kimi nərildəyib yalvaranda. 
Adolf. Yaxt-klubdakı ehtiras anı idi. Onu adicə bir flirt də adlandırmaq olardı. Bir də... 
sənin budlarının dərisi elə hamardı, məxmər kimi, özümü saxlaya bilmədim. 
Elodi. (Soyuq ahənglə) Xırda bir detal səni çox uzağa apardı. Hamilə olacağımdan 
qorxub evləndin. Ġndi mən sənin arvadınam. Olacağa çarə yoxdur. BaĢqası olmayacaq, 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə