Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
129 
qoyulub. Toto üzüqoylu uzanıb, yuxudadır. Gördüyü yuxunun təsirindən inildəyir və 
hərdən diksinir. 
Toto. (QıĢqırır). Papa! Papa! Onlar gəlirlər! 
Bu vaxt alaqaranlıqda hindu görünür, ora-bura boylanır, sonra daha bir hindu peyda olur.  
Toto. (Həyəcanla qıĢqırır.) Papa, sən güclüsən! Papa, qorxmursan ki? 
Daha bir neçə hindu gəlir və onun üstünə atılırlar. Onlardan biri Totonun sinəsində oturur 
və qorxulu yuxuda olduğu kimi onu öz ağırlığı ilə boğur. Toto var gücü ilə müqavimət 
göstərir, təpikləyir, yumruqlayır, çapalayır. Hindular onun müqavimətini qırıb ağzına əski 
tıxayır və qollarını dəmir çarpayının baĢ hissəsinə bağlayırlar, onu bir növ çarmıxa 
çəkirlər.  
Toto ağzı bağlı vəziyətdə səhnədə tək qalır. Uzaqdan tamtamların qələbə səsləri eĢidilir. 
Bir azdan hindular qayıdır və özləri ilə hər ikisi gecə köynəyində olan Elodi ilə Adolfu 
darta-darta gətirirlər. Elodinin saçları pırtlaĢıqdır. Adolf yaralıdır, görünür ki, heydən 
düĢənə qədər vuruĢub. Hindular onları vəhĢicəsinə dartır və ayaq üstdə bir növ iĢkəncə 
dirəyinə, çarpayının barmaqlıqlı baĢ hissəsinə bağlayırlar.  
Birdən, sanki komanda ilə səhnəyə sükut çökür. Fessar-Lebonz daxil olur. Onun 
arxasında çox qorxulu görkəmləri olan iki nəhəng hindu dayanır. Fessar-Lebonz baĢına 
Amerika pionerləri kimi enli kənarları olan tünd rəngli fetr Ģlyapa qoyub, üzü tüklüdür
təpədən dırnağa silahlıdır. O bir müddət nifrətlə Elodi ilə Adolfu süzür. Adolf ona 
təəccüblə baxır. 
Fessar-Lebonz. Bəli, mənəm, Fessar-Lebonz, mal oğrusu. Ġndi qətiyyətlə demək olar ki, 
düz on il sərasər sənin ölümünü istəyən adama daha heç bir ziyan vura bilməyəcəksən, 
Adolfus! Ranço yanır. Hər Ģey yerlə-yeksan edilib. Deyəsən, sənin metislərindən biri ata 
minib aradan çıxa bildi, canını bu qırğından qurtardı. Hətta o özünü Lennoks fortuna 
çatdırıb federal qoĢuna xəbər versə belə, süvarilər gəlib bura yetiĢincə səninlə haqq-hesab 
çürütməyə macal tapacam. Onlar gəlib burada sizin meyitlərinizi və sənin kimi allahsızın 
möhtəĢəm xəyallarının hələ də tüstüləyən xarabalıqlarını görəcəklər! Sənin üçün hər Ģey 
bitdi, Adolfus! 
Rəngi ağarmıĢ zavallı Adolf ayaqlarının altına tüpürür. Fessar-Lebonz onlara baxır və 
kinayə ilə gülür. 
Hər kəs layiq olduğunu alır. O gözəl mənimki olmalıydı. (Barmağı ilə Ģlyapasının 
qırağına toxunur.) Təəssüf edirəm, madam. 
Adolf. (QıĢqırır). Mən sizdən iyrənirəm, Fessar-Lebonz! HəmiĢə də iyrənmiĢəm! Siz 
mənim qarĢımda diz üstə sürünmüsünüz. Amma mən sürünməyəcəm! Mənim sənin 
nitqini eĢitməyə həvəsim yoxdur, nə bilirsən tez elə! 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
130 
Fessar-Lebonz. (Təbəssümlə). Niyə tələsək? Lennoks fortuna atla ən qısa yol bir saatdır, 
vaxtımıza var. Qoyun ləzzət alaq. 
Elodi. (Qəfildən qıĢqırır). Niyə siz mənim ərimə nifrət edirsiniz? Onun sizə nə pisliyi 
keçib?  
Fessar-Lebonz. (Ġstehza ilə gülümsəyir). Çox təəssüf edirəm, madam, amma siz özünüz 
istədiniz, odur ki, deməliyəm, özü də indiki məqamda. Məsələ tək mal-qarada deyil, 
madam... Bir ona baxın, mənim nə deyəcəyimi o yaxĢı bilir.  
Elodi Adolfa baxır. O utandığından üzünü arvadından çevirir. 
(Qəddarlıqla davam edir.) O mənim məĢuqəmi əlimdən alıb. Heç kəs, heç vaxt mal 
oğrusu Fessar-Lebonzun məĢuqələrini cəzasız apara bilməyib. 
Elodi. (QıĢqırır). Siz yalan danıĢırsınız! Mənim ərim yalnız məni sevir, biz həmiĢə bir 
yerdə olmuĢuq. 
Fessar-Lebonz. Bir ay bundan əvvəl heyvan aparmıĢdıq, Memfisə. O da getmiĢdi üç 
günlüyə, guya onları saymağa. Elədirmi? 
Elodi. (Rəngi ağarır). Elədir.  
Fessar-Lebonz. (Gülümsəyərək). Alıcılar həqiqətən heyvanları sayırdılar. O isə 
mehmanxanadan bayıra çıxmadı, orda tamam ayrı Ģeyi sayırdı... Əlbəttə, onda qız 
cəzasını aldı. Ġndi növbə bunundur... 
Elodi. Sizin uĢağa rəhminiz gəlməyəcək? 
Fessar-Lebonz. Yox, gəlməyəcək. Mən özüm də uĢaq olmuĢam, heç kəsin də mənə ürəyi 
yanmırdı. 
Elodi. Heç nə sizi fikrinizdən daĢındıra bilməz? 
Fessar-Lebonz. Heç nə! (Sınayıcı baxıĢlarla Elodini süzür, gözləri parıldayır; pauzadan 
sonra həyəcanlı boğuq səslə.) Siz gözəlsiniz, madam Adolfus, əxlaqsız qadınlar zəhləmi 
töküblər. Qəlbimin dərinliyində məni həmiĢə namuslu qadınlar daha çox cəlb edib. 
Məhəbbətin qədrini yalnız onlar bilir. Əgər Memfisdə namuslu qadınların fahiĢəxanası 
olsaydı, ömrümün qalan hissəsini orda keçirərdim. Təəssüf ki, beləsi yoxdur. 
Adolf. (Azad olmaq üçün ümidsizliklə dartınır, çapalayır, bağırır). Siz əcaib 
məxluqsunuz, Fessar-Lebonz! Əcaib və qorxaqsınız! Mən sizi öldürəcəm. Əlbəttə, bu 
nifrətin səbəbi mənə məlumdur, mademuazel Trompu sizə sırıdığım üçün qisas alırsınız 
məndən. Eybi yox, əvəzini qaytararam sizə! 
Fessar-Lebonz. (Sakitliklə siqarını çəkir). Nə vaxt qaytaracaqsan, cənab Adolfus? 
Komediya bitmək üzrədir. (Gülümsəyir və siqara iĢarə ilə) Sizə təklif etmirəm. 
Yadınızdadırmı axırıncı görüĢümüz, tamam baĢqa Ģəraitdə? Onda siz mənə siqar təklif 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
131 
etmədiniz. (Ağır üzücü pauza. Bir qullab alaraq Elodiyə baxır və yenə də boğuq səslə 
deyir.) Mən sizi güc hesabına da ram eləyə bilərəm, madam Adolfus. Bu, qaliblərin 
haqqıdır, ancaq mən xoĢlayıram ki, qadın özü təslim olsun. Mən nəzakətli adamam. 
Aydın oldumu? Xeyirxah Ģahzadə kimi uĢağa dəyməyəcəm, istəyirəm o hər Ģeyi öz 
gözləri ilə görsün və hamıya danıĢsın. Əgər siz razı olsanız, mən adamlarımı eskadronun 
qabağınca apararam. Onlar heç nə baĢa düĢməyəcəklər, mən onlar üçün bir Ģey 
uyduraram, hərəsinə iki pay rom da verərəm. 
Adolf. (Ümidsizliklə qıĢqırır). Yox de, ġarlotta! 
Elodi. (Pauzadan sonra Fessar-Lebonza baxır və sakit səslə). Yox! 
Fessar-Lebonz. BeĢ dəqiqə möhlət verirəm. 
Fessar-Lebonz çıxır, dalınca da hindular gedir. Adolf, Elodi və onlara baxan Toto 
səhnədə tək qalırlar. Hər üçü çarpayıya bağlıdırlar. 
Hindular tonqal qalayır. Alovun iĢığı onların üzünə düĢüb sirli, fantastik mənzərə 
yaradır.Uzaqdan tamtamların səsi eĢidilir, bir azdan ritmik rəqs baĢlayır. 
Adolf. (Pauzadan sonra mülayim səslə) Mən səndən üzr istəyirəm, mənim əziz arvadım. 
Onun adı Jozyandı. Zərif, sarı saçlı ofisiant Qız. Bu əcaib insan onu özünə məĢuqə 
eləmiĢdi. O zavallıya mənim köməyim lazım idi... Və birdən mehmanxananın bağlı 
pəncərələri arxasında günəĢdən usanmıĢ, təqiblərdən yorulmuĢ mən uzun illərdən sonra 
özümü lap gənc hiss elədim... 
Elodi. (Mehriban səslə) Mən səni bağıĢlayıram, mənim xeyirxah kiĢim. Sən həmiĢə 
mehriban və sədaqətli olmusan. KiĢi üçün, görünür, ömür boyu bir qadın bədəni ilə 
kifayətlənmək çətindir... Mən yavaĢ-yavaĢ öz gözəlliyimi itirirəm və hərdən düĢünürəm 
ki, bu heç insafdan deyil... sən hələ elə yaraĢıqlı və güclüsən ki, yatağında məndən 
yaxĢısını görmək istəyin təbiidir. 
Adolf. (Əzab və göz yaĢları ilə) Yox! Mən səni sonacan sevmiĢəm, ġarlotta! (Sakitcə 
əlavə edir). Bu nəsə baĢqa Ģeydi, nəvaziĢ və zərifliklə dolu bir Ģey, amma mənim həqiqi 
istəyimin ünvanı həmiĢə sən olmusan.  
Elodi. (Pauzadan sonra mehribanlıqla) Sağ ol, mənim mərhəmətli kiĢim. Dediklərinin 
çoxuna inanmasam da, bunları eĢitmək mənə xoĢdur. Çox sağ ol! 
Adolf. (Bir qədər sadəlövhlüklə) Mən həqiqəti söyləyirəm, ġarlotta. Yad bədəndə əlim 
xam dayça kimi azır, hətta yolunu itirir, öz-özümə sual da verirəm, cənab Adolf, sənin 
burda nə itin azıb? 
Elodi. (Gözləri yaĢla dolur). Mersi, mənim mərhəmətli kiĢim. Bu dəfə lap gül vurdun. 
Mən o qədər sarsağam ki, artıq bütün dediklərunə inanmaq istəyirəm... ġəxsən mən 
səninlə hər barədə xoĢbəxt olmuĢam. XoĢbəxt olmuĢam, mənim hər Ģeyim olub. Sənin 
qazandığın çörəyi yemiĢəm, Memfisdən alınan pambıq dəsmalları iĢlətmiĢəm, gecələr 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə