Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
78 
Adonard. Yox, dəhĢət deyildi. Sən mənim olsan da, o vaxt mən o erkəyin iĢindən gizli bir 
həzz duydum. Hər Ģey çox təbii oldu. Əlbəttə, əgər o artıq bir hərəkət etsəydi
güllələyərdim onu, silah vardı yanımda, it kimi gəbərdərdim. Amma... amma bu ibtidai 
insanın güclü ehtirası gecənin ağır havasına qarıĢıb ətrafa elə bir rayihə saçırdı ki, mən 
də... (Udqunur.) Sən həmiĢəkindən istəkli olmuĢdun gözümdə... (Sığallayır) ġirinim! 
Canım! DiĢiciym, çiçəyim, cücəm... 
Elodi. (Az qala bayılır) Adonard! Mənim... mənim üçün! Myau! PiĢiyim! Mənim 
ayqırım! Mənim... erkəyim! Mən bayılıram... 
Adolf vanna otağından çıxır. O romalılar tunikaya bürünən sayaq qətifəyə bürünmüĢ 
halda danıĢa-danıĢa yataq otağından keçir. 
Adolf. Sən niyə soyunmusan? Qorxmursan soyuq dəyər? (Heç nə görməyən adam kimi 
gedir). 
Adonard. (VəhĢi ehtirasla) Əlbəttə, sən əmr eləsən mən onu bu saat yerindəcə 
güllələyərəm. Bəlkə sən istəyirsən mən onu müflis eləyim? Birjada mənim bircə sözüm 
bəsdi! Bircə sözüm! ĠĢləri yerlə-yeksan olar. Avropa bazarında ixtiyar mənim əlimdədir. 
Elodi. Yox, Adonard! Mən anayam, uĢaqlarım haqqında düĢünməliyəm. Onun 
karyerasına toxunma. Ġndi isə get! 
Adonard. Mən gül dükanına qaçım, gərək axĢam sən gül içində gül kimi olasan, mənim 
sevgilim... sən nadir incisən. (Görünməz olur.) 
Telefon zəng vurur. 
Elodi. (DöĢəkağıya bürünüb dəstəyi qaldırır.) Bəli, burdadır! Fessar-Lebonzun adından? 
YaxĢı, mösyö Fessar-Lebonz. (Dəli kimi səhnənin dərinliyinə qıĢqırır). Adolf! Cənab 
Fessar-Lebonz! 
Adolf. (Köynəyinin bir ətəyi Ģalvarın üstündə, ayaqyalın, rəngi qaçmıĢ vəziyyətdə gəlir.) 
Səhər səkkizdə? (Dəstəyi götürür.) 
Səsucaldandan hiddət dolu səs nəsə qıĢqırır, deyir, danlayır, təhdid edir. Uzun çəkən bu 
danlağı arada əsgər kimi farağat dayanmıĢ Adolfun cavabları kəsir. 
Bəli, cənab Fessar-Lebonz! Əlbəttə, cənab Fessar-Lebonz. Üzr istəyirəm, cənab Fessar-
Lebonz. Əlbəttə mən özümə hesabat verirəm, mən səhv eləmiĢəm, cənab Fessar-Lebonz. 
HuĢumdan çıxıb, tamam... Mea culpa. Xeyr! Mən latınca dedim, cənab Fessar-Lebonz. 
Siz səhv edirsiniz. Yox, mən demək istəyirdim ki, bu mənim günahımdır. Mən deyirəm 
ki... fransız dilində, əlbəttə, fransız dilində, cənab Fessar-Lebonz. Mənim üçün Ģərəfdir... 
Siz gələnə qədər hər Ģey qaydasında olacaq, cənab Fessar-Lebonz! (Dəstəyi asır və heç 
nə olmamıĢ kimi Elodiyə deyir.) Nə qədər düĢük, nə qədər bayağı... 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
79 
Elodi. Ġlahi, bir qulluq adamının arvadı olmaq əvəzinə, mən Emil Volkoqona ərə gedə 
bilərdim, tikiĢ maĢınlarının varisinə! Bu gün mən sənaye kapitanının arvadı ola bilərdim. 
Adolf cavab vermədən çiyinlərini çəkir. 
BaĢında ağ çepçik, qabağında krujevalı önlük olan Ģıq geyimli Qulluqçu əlində qadın 
paltarı gəlir. 
Qulluqçu. Naharda madam cıdıra geydiyi paltarda olacaq? 
Elodi. Nə danıĢırsan, Ermelina, mən ancaq ippodroma getməzdən bir az əvvəl 
geyinəcəm. 
Qulluqçu. Bu necə ola bilər, madam? Yəqin madam cənabla birgə bu gün əlahəzrət 
konsul Overnini nahara dəvət etdiyini unudub. 
Elodi. Ah, müqəddəslər! Mənim ağlıma bax... Alfredonu bura çağırın, gülsatana da zəng 
elə vazaya qoymaq üçün gül tədarük etsin. 
Qulluqçu bir az aralanıb zınqırovu silkələyir və qayıdıb paltarı çarpayının üstünə sərir. 
Qulluqçu. Madam hər iĢdə qətiyyətlidir. Çəhrayı krujevalarda madam daha zərif, daha 
füsunkar görünür, amma bədənə kip oturan qara muar donda lap Ģahanədir.  
Elodi. Ermelina, bu gün cıdır Qran-priyə görə deyil, adi yarıĢmadır. 
Qulluqçu. Cəmiyyətdəki vəziyyətinə görə madam elə geyinməlidir ki, hamıdan eleqant 
görünsün. Madam özü bunu yaxĢı bilir. 
Metrdotel gəlir. 
Metrdotel. Madam əmr vermək üçün zəng elətdirib? 
Elodi XV Lüdoviq stilində olan “berje” kreslosunda oturur. Qulluqçu onun qabağında 
çömbəlib ayaq dırnaqlarını tutur. 
Elodi. Alfredo, mənim lap huĢumdan çıxıb... əlahəzrət konsul Overni bizə nahara 
gələcək. 
Metrdotel. Madam huĢunun bu kiçik günahına görə heç narahat olmasın. Mən bu barədə 
nəyisə unutmağı özümə rəva bilmərəm. ġef-aĢbaz seçim etmək üçün iki menyu 
hazırlayıb. (Cibindən iki karton parçası çıxarıb əda ilə oxuyur.) 
Aberlan sousunda Tarb de Qrenyer balığı. 
Ördək qrinyası kanyaton de Qran-Dyuk. 
VəhĢi qravelot noxudu. 
Salat. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
80 
Pendir. 
MonmaĢunsayağı armud pavildosu. 
Və yaxud bir qədər sadə menyu: 
Kubatosda Sorb de Presser. 
Ayqır sousunda Qrassan de Premontre. 
MiĢet kroketləri. 
Salat. 
Frutti Tutti Kvanti. 
Adel daxil olur, hiss olunur ki, onu heç nə təəccübləndirmir. 
Adel. (Xeyli saymazyana) Madam, bəlkə artıq qalmıĢ mal ətinin yanına qulançar ya da... 
noxud alım? Necə bilirsiniz? 
Elodi. Onun qiyməti düĢüb? 
Adel. Nəyin, noxudun? Yox, madam, noxud təzə çıxıb... 
Elodi. Onda qulançar alın! 
Adel. Axı qulançarı nə mösyö sevir, nə də uĢaqlar. 
Elodi. Lap yaxĢı, axĢama da qalar. 
Adel. BaĢ üstə, madam! Amma xəbərdarlıq edirəm ki, pul çatmayacaq, madam. (Gedir.) 
Elodi üzündə təbəssüm Metrdotelə tərəf çönür. 
Metrdotel. (Davam edir.) 
Kubatosda Sorb de Presser. 
Ayqır sousunda Qrassan de Premontre. 
MiĢet kroketləri. 
Salat. 
Frutti Tutti Kvanti. 
Elodi. (Bir qədər düĢünəndən sonra) Mən birinciyə üstünlük verirəm. Hə, Alfredo, aĢpaza 
deyin armud pavildosuna xüsusi diqqət yetirsin. Keçən dəfəki kimi olmasın. 
Metrdotel. BaĢ üstə, madam! ġərab seçməyi madam yenədəmi bəndənizə həvalə edir? 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə