Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
99 
Toto. Mama məni yoxlamalı idi. 
Adolf. Mama yuxu dərmanı içib, yatır. 
Toto. (Utanır kimi.) Sənin də vaxtın yoxdur? 
Adolf. Sən ki bilirsən mənim iĢim baĢımdan aĢır. (Utandığından əlini uĢağın baĢına 
çəkir.) Bir yarım saat məĢğul olsan bəsdir. Fransız inqilabı elə də mürəkkəb mövzu deyil. 
Altı iyun: BaĢ ġtatların iclası. On dörd iyul: Bastiliyanın alınması. Avqustun dördü: dörd 
avqusta açılan gecə. Ġyirmi bir yanvar: kralın edam edilməsi. Termidorun onu: 
Robespyerin edamı. Vəssalam, keçirik Napoleona! Bu dəniz içmək deyil ki! BaĢla, kiĢi 
ol! Mən də gedim iĢləyim. Gecən xeyirə qalsın. (Getmək istəyir). 
Toto. (Onu səsləyir) Papa. 
Adolf. (Qapının ağzından) Nədi? 
Toto. Biz nə vaxtsa xoĢbəxt olacağıq? 
Adolf. (Utanır) Qəribə sual verirsən. Əlbəttə! 
Toto. Siz bir də dalaĢmayacaqsınız? 
Adolf. Biz çalıĢmalıyıq. 
Toto. Bəlkə böyük bir bədbəxtlik baĢ verməlidır? Perpergilin ailəsində kiçik qız öləndən 
sonra heç kəs dalaĢmır. 
Adolf. (Təsirlənir) Bilirsən... necə deyim? Axı sən Kristinanı çox istəyirsən. Hər Ģey 
qaydasına düĢsün deyə onun ölümünü istəməzsən, mən bilən. 
Toto. Əlbəttə istəmərəm. 
Adolf. Bir az möhkəm olmağa çalıĢ. Biz hər Ģeyi baĢqa cür yoluna qoyarıq. Mən də 
gedim bir az iĢləyim, gecən xeyirə qalsın. Lampa qoy burda qalsın, mən... (Sözünü 
bitirməyib gedir.) 
Toto yemək stolunun üstündən tarix kitabını götürür, baĢını əlləri ilə tutub arxasını 
tamaĢa zalına çevirib oturur.  
ĠĢıq sönür. 
Bir müddət sonra karmanyola səsləri altında səhnənin arxa divarında dərslikdəki 
hadisələrə aid illüstrasiyalar (fransız inqilabını əks etdirən qravürlər) görünür. Bunlar 
Totonun dərslikdə oxuduğu hadisələrin illüstrasiyalarıdır. Bu vaxt səsucaldandan Kitabın 
qəribə səsi eĢidilir.  
Kitabın səsi. Bazar arvadlarından və Paris qadınlarından ibarət kütlə, sonradan onlara 
əhalinin narazı elementləri, o cümlədən Orlean hersoqunun və fransız qvardiyasının 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
100 
təxribatçı agentləri də qoĢulmuĢdu, Parisdən çıxıb Versal tərəfə üz qoymuĢdular. Dinc 
xarakterli nümayiĢ tezliklə qiyama çevrildi. Milli qvardiyanın komandanı markiz 
Lafayetin fəaliyyətsizliyi üzündən məcburiyyət qarĢısında qalan kral baĢında frigiya 
papağı (azadlıq rəmzi) qərara gəlmiĢdi ki, kraliça və vəliəhdlə sarayın eyvanına çıxıb 
xalqı sakitləĢdirsin və yenə də Parisə qayıtsın. Çığır-bağır salan pinti görkəmli kütlə 
paytaxt səmtə gedən kral ekipajını dövrəyə aldı. Sevincdən ağlını itirmiĢ qadınlar 
qıĢqırırdılar: ”Biz çörəkçi kiĢini, çörəkçi qadını və Ģəyirdini aparırıq!” Onlar kralı, 
kraliçanı və Ģahzadəni belə adlandırırdılar...  
Toto səhifəni çevirir. Divarda yeni təsvirlər görünür. 
Varennadan qaçıb tərəfdarlarının köməyi ilə hersoq de Buyeyə qovuĢmağa can atan 
kralın uğursuzluqla nəticələnən bu təĢəbbüsündən sonra kral ailəsi Parisə yola salındı. 
Yolun hər iki tərəfində nifrət dolu baxıĢları ilə onları müĢayiət edən susqun kütlə 
dayanmıĢdı. XVI Lüdovikə bir daha öz xalqının inamını və məhəbbətini qazanmaq nəsib 
olmadı. 
Toto səhifəni çevirir. Yeni təsvir: Tampl. 
Kraliça, dofin və gənc madam Ruayalla birlikdə Tampl qalasına salınmıĢ kral düĢmən 
münasibətə rəğmən qəribə ruhi tarazlıq nümayiĢ etdirirdi. Onun bu pis gündə özünü 
göstərən mərdliyi və nəcibliyi kraliçanın qəlbində ərinə məhəbbət oyatmıĢdı. Halbuki, o, 
acgöz və iĢvəli qadın kimi çoxdandı onun bu keyfiyyətlərini görməməyə üstünlük verirdi. 
Demək olar ki, ailə xoĢbəxtliyinin bərpa olunduğu bu yeni Ģəraitdə XVI Lüdovikin son 
günləri nisbətən xoĢbəxt keçdi... 
Tampla salınmıĢ kral ailəsinin Ģəkli divarda qalır. Adolf XVI Lüdovikin geyimində, Elodi 
Mariya-Antuanettanın libasında daxil olurlar. Onlar o vaxtın geyimində olan Kristinanın 
əlindən tutublar. Kobud və mərhəmətsiz bələdiyyə qvardiyaçısı isə, təbii ki, bir baĢqası 
deyil, məhz Fessar-Lebonzdur. 
Səhnəyə düĢən zəif iĢıq hər Ģey xəyala bənzədir. 
Qvardiyaçı. VətəndaĢ Kapet, bura gəlin! 
Kral. Sizin adınız nədir, dostum? 
Qvardiyaçı. Fessar-Lebonz, bələdiyyə qvardiyaçısı! Xəbərdarlıq edirəm - mən əsil 
heyvanam! Mənimlə ehtiyatlı dolanmaq lazımdır. 
Kral. Hər Ģey yaxĢıdır. Bizi tək buraxın və yemək tədarük edin, uĢaqlar acdırlar. 
Qvardiyaçı. Mən humanist olmağa çalıĢacam, vətəndaĢ Kapet, amma siz də öz 
tərəfinizdən nəzakət göstərin. Bura Versal deyil! (Gedir). 
Kral. (Yerini rahatlayır.) Amma bura heç pis deyil. Hər halda, ailəmiz bir yerdədir. 
Saraylarımız o qədər geniĢdi ki, bir-birimizlə görüĢə bilmirdik. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
101 
Kraliça. (Ona yaxınlaĢır və mehribanlıqla) Sizə sözüm var, Lui. Mən çox Ģıltaqdım, sizə 
qarĢı ədalətsizdim. Daima mənə qulluq göstərilməsini istəyirdim, həmiĢə də sizə tənə 
etməyə bəhanə axtarırdım, amma indi, bu ağır günlərimizdə mən sizin necə sevimli 
olduğunuzu gördüm. Ġndi, bax burda mən sizə demək istəyirəm, Lui , mən sizi çox 
sevirəm. Vualya! 
Kral. (Pauzadan sonra təsirlənmiĢ vəziyyətdə). Mən də, mənim Mariya-Antuanettam, 
mən də sizi qızğın məhəbbətlə sevirəm. Etiraf etməliyəm ki, mən çox bərk qığqırardım, 
amma qəlbimin dərinliyində səni həmiĢə böyük məhəbbətlə sevmiĢəm. Ġndi biz həqiqətən 
acınacaqlı vəziyyətdəyik, onlar boynumuzu vurdurmaq fikrindədirlər, amma buna 
baxmayaraq biz öz əziz balalarımızla bu kasıbyana otaqların istisində xoĢbəxtik. Əgər 
mənim sevimli məĢğuliyyətimlə - çilingərliklə məĢğul olmaq üçün burda imkan olsaydı... 
(nəvaziĢlə qadının əlindən tutur). 
Kraliça gizlincə göz yaĢını silir. ĠĢıq tədricən azalır. Səhnəyə tam qaranlıq çökür. Hələ də 
baĢını iki əlli tutub kitab oxuyan Totonun kölgəsi qalır. 
Səhnə tam qaralır. ĠĢıq yananda Adolfla Elodinin yataq otağını bir qədər dəyiĢilmiĢ 
Ģəkildə görürük. Vanna otağı səhnənin dərinliyində qara pərdəli ĢüĢəyə alınmıĢ kiçik 
yerdir. Tül pərdələrdən sağda yemək otağının olduğunu düĢünmək olar. Elodi gecə 
köynəyində tualet masasının qarĢısında oturub yatağa getmək üçün saçını hörür. 
Adolf. (Zümzümə edir) Pum! Pum! Pum! Aha! Sən hələ yatmamısan? Mən elə bildim 
yuxudasan. 
Elodi. Nə çox ləngidin! 
Adolf. Totonun tarixdən inĢasını yoxlayırdım. Pum! Pum! Pum! Pum! 
Elodi. (Kinayə ilə) Çox vaxt sərf eləmisən, güman edirəm ki, Toto unutmaz! 
Adolf. (Qalxmadan frakını soyunur, qalstukunu açır, çəkmələrini çıxardır.) Mən də 
güman edirəm. Bilirsən, Fransa inqilabı nədi ki, altı iyun BaĢ ġtabların iclası, on dörd 
iyul Bastiliyanın alınması, dörd avqust avqustun dördünə keçən gecə... 
Elodi. (Hörüyü ilə oynayır) Sənə demədim axı, dalaĢanda... bu gün biz Totoya çəkmə 
almaq üçün “Bon-MarĢe”yə getmiĢdik, orda Norber de Lya Prebanda rast gəldik. 
Adolf. Belə de! Mən gedim bir vanna qəbul edim. (Zümzümə edə-edə vanna otağına 
yönəlir.) Pum! Pum! Pum! 
Elodi. Heç soruĢmursan bu görüĢ mənə necə təsir elədi? 
Adolf. (Biganə) Güman edirəm ki, o görüĢ səndə yaxĢı təəssürat yaradıb. (Yox olur). 
Elodi sirli təbəssümlə saçlarını yığmaqda davam edir. Hörüyünü yumrulayıb sancaqlayır 
və gecə köynəyində Ģkafa yaxınlaĢıb bir-bir Ģlyapaları baĢına qoyub yoxlayır. Vanna 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə