Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
132 
bədəninin ağırlığını hiss etmiĢəm. Mən heç vaxt sənin yerinə bir özgəsini təsəvvür eləyə 
bilməzdim. Bu ona bənzərdi ki, mənə çölün düzünə çıxıb öküzlə yaxınlıq eləmək təklif 
olunaydı. 
Artıq bir müddətdir ki, tamtamların səsi kəsilib. Uzaqdan dodaq qarmonunda ifa edilən 
“My darling Clementine” mahnısının sədaları eĢidilir. 
Elodi. EĢidirsən?  
Adolf. EĢidirəm. 
Elodi. Deyirsən çalan odur? 
Adolf. (Qeyri-ixtiyari təbəssümlə) Yox, çox güman ki, onun adamlarından biridir. 
Ürəyində bir az kədər iliĢib qalmıĢ bir gənc.  
Elodi. Yadındadı, sən atamın yanına elçiliyə gələndə bir çoban bu mahnını çalırdı. 
Bəxtimiz gətirib ki, bu ağır günümüzdə də, kimdisə, məhz həmin musiqini səsləndirir.  
Adolf. (Qəribə utancaqlıqla) PeĢman deyilsən? 
Elodi. (Mehribanlıqla) Yox. Hər Ģey yaxĢı olacaq, o söz verdi ki, uĢağa toxunmayacaq. 
(Totoya iĢarə ilə əlavə edir). Mən onun üzünə baxa bilmirəm. Fikir ver, gözünü bizdən 
çəkmir. Bu onun yaddaĢında əbədi qalacaq, bir-birinə məhəbbətlə baxıb mehriban 
təbəssümlə gülümsəyən dirəyə bağlı kiĢi və qadın... Sonralar yəqin ki, bu, unudulmaz ailə 
xatirəsinə çevriləcək. 
Dodaq qarmonunun səsi kəsilir.  
Onlar çoxmənalı təbəssümlə bir-birlərinə baxırlar. 
Hər ikisi birdən-birə gözəlləĢir. 
Qəribə həyəcan doğuran sükutdan sonra lap uzaqdan süvari Ģeypurlarının hücum səsləri 
eĢidilir.  
Adolf qəddini düzəldir. 
Fessar-Lebonz, əlində tapança, həyəcanla səhnəyə gəlir. 
Fessar-Lebonz. (QıĢqırır). Onlar hücum edirlər. Vurun, atəĢ açın! AtəĢ, qırmızıdərililər, 
atəĢ... ay əfəllər! AtıĢa-atıĢa atlara tərəf qaçın! Mənim balaca bir iĢim var, qaçın, mütləq 
sizə çatacam! (Qaçaraq gedir). 
Adolf. Elodi. Elodi, bilmirəm niyə mən sənə həmiĢə ġarlotta demiĢəm? Sənin əsil adın 
həmiĢə mənim xoĢuma gəlib. Sən çox mehriban arvad oldun mənə. 
Elodi. Sən də yaxĢı ər oldun. Çox istərdim səninlə birgə uzun illər yaĢayım, qocalana 
qədər. Mən sənə məhəbbətlə qulluq edərdim. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
133 
Səssiz atəĢlərlə atıĢa-atıĢa hindular Fessar-Lebonzla qayıdırlar. Gülləbaran altında 
qaçmazdan əvvəl Fessar-Lebonz arxadan Elodi ilə Adolfa yaxınlaĢıb peysərindən əvvəl 
birini, sonra digərini güllələyib gözə görünməyən düĢmənlə atıĢa-atıĢa səhnənin dibinə 
çəkilir. 
Adolfla Elodinin sifəti sadəcə donur. Çarpayının kürəyinə sarınmıĢ vəziyətdə onlar çox 
gözəl və sakit görünürlər. Onların geniĢ açılmıĢ gözləri harasa, qabağa baxır. ġeypur səsi 
döyüĢü bitirmək iĢarəsi verir və federal ordunun leytenantı, əlində tapança, qaçaraq gəlir. 
O həmin dövrə aid göy kostyumdadır. Onu Norber de Lya Preband oynayır. O tələsik 
Totonun valideynlərinə yaxınlaĢır, onları ölmüĢ görüb uĢağa tərəf qaçır və onu sarğıdan 
azad edir. Toto hıçqırıb leytenantın qucağına atılır. Leytenant onu sinəsinə sıxır və çox 
ciddi görkəmlə baĢını sığallayır. ġeypurun səsi nostalji bir ovqatla kəsilir. 
Leytenant. Toto, sənin atan güclü, mərd adamdı. Sənin anan da Ģərəfli qadındı. Onlar bir-
birlərini sevirdilər, bütün qadınlar və kiĢilər kimi əzab da çəkirdilər, indi isə onlar ölümə 
qovuĢdular. Sən onların əzablarını yaddan çıxaracaqsan - bu həyatın qanunudur, özün də 
vaxt gələcək, öz növbəndə, kiĢi olacaqsan. Gedək! Bundan sonra səninlə mən məĢğul 
olacam. Biz səninlə birgə hindularla mübarizə aparacağıq, sənə dənizçi düyünləri 
vurmağı öyrədəcəm. 
Totonun əlindən tutub aparır. Onlar səhnənin alaqaranlığında tələsmədən gedirlər. Elodi 
və Adolf çarpayının ayağına bağlı vəziyyətdə qalırlar. Uzaqdan dodaq qarmonunda bu 
dəfə Ģübhə etməmək olar ki, federal ordunun əsgəri, ahəstə səslə “ My darling 
Clementine” mahnısının melodiyasını ifa edir. 
 
P Ə R D Ə 
 
 
 
 
 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
134 
Matey Vişnek 
 
Səncə döyəcəklər? 
 
(səhnəcik) 
 
İştirak edənlər: 
 
 
 
BĠRĠNCĠ 
ĠKĠNCĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir zindan otağı. Onları bura təzə salıblar. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
135 
 
BĠRĠNCĠ. Sən hardasan? Məni eĢidirsən? Sən məni görürsən? 
ĠKĠNCĠ. Yox... 
BĠRĠNCĠ. Nə yaramazdırlar... Görürsən də necə yaramazdırlar... 
ĠKĠNCĠ. Hə də. 
BĠRĠNCĠ. Səncə döyəcəklər? 
ĠKĠNCĠ. Əlbəttə. 
BĠRĠNCĠ. Səncə, öldürərlər? 
ĠKĠNCĠ. Yox. 
BĠRĠNCĠ. Mənə qalsa, döyməkdənsə öldürsələr yaxĢıdır. 
ĠKĠNCĠ. Onların bizi öldürməyə haqqı yoxdur. Nə qədər olmaya hansısa qanunlar var. 
BĠRĠNCĠ. Qanun veclərinədir elə... Özləri yazır qanunları. 
ĠKĠNCĠ. Ġstənilən halda bizi öldürə bilməzlər. Axı öldürülmək üçün nə etmiĢik ki? 
BĠRĠNCĠ. Biz nə eləmiĢik, nə eləməmiĢik... 
 
    Bayırdan qıĢqırıq səsləri gəlir. 
 
BĠRĠNCĠ. EĢidirsən? Kimisə döyməyə baĢladılar. 
ĠKĠNCĠ. Sən də qulaq asma. 
BĠRĠNCĠ. Necə qulaq asmayım? Gör necə bağırır! 
ĠKĠNCĠ. Qulağını yum. Nəsə baĢqa Ģey haqda fikirləĢ. 
BĠRĠNCĠ. Mən baĢqa heç nə haqda fikirləĢə bilmirəm. Axı bu nə deməkdir – məni 
döysünlər? Onların bizi döyməyə haqları yoxdur. Ümumiyyətlə, mən icazə 
verməyəcəyəm, icazə verməyəcəyəm məni döysünlər. 
ĠKĠNCĠ. SakitləĢ, bir-iki dürtmək vurub buraxacaqlar. Vəssalam. 
BĠRĠNCĠ. Fakt deyil. 
ĠKĠNCĠ. Faktdır. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə