“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
136
BĠRĠNCĠ. Səndə belə olub?
ĠKĠNCĠ. Yox, ancaq bilirəm ki, adətən belə olur.
BĠRĠNCĠ. Hardan bilirsən? Yoxsa səni qabaqlar belə tutublar?
ĠKĠNCĠ. Yox, ancaq mənə baĢqaları danıĢıblar necə olur. Bir-iki Ģapalaq iliĢdirirlər, bəlkə
bir neçə yumruq da qoyurlar, buraxırlar. Onlar səni burda uzun müddət saxlaya bilməz.
Həm də yerləri azdır, hamısı dolub.
BĠRĠNCĠ. Məni heç vaxt heç kim döyməyib. Hətta
atam da heç vaxt mənə əl
qaldırmayıb.
ĠKĠNCĠ. SakitləĢ. Burda vacibdir ki, səni döyəndə onları qıcıqlandırmayasan. Əzilib-
büzülməyəsən. Ən baĢlıcası – baĢını qaldırmayasan. Elə ki səni döyməyə baĢladılar,
baĢını aĢağı sal, torpağa bax...
BĠRĠNCĠ. Yox... mən heç vaxt belə bacarmaram...
ĠKĠNCĠ. Bacararsan, bacarmaq lazımdır, əks halda burdan ömürlük Ģikəst kimi çıxarsan.
Bir az kəlləni iĢlətsən görərsən ki, bizə iĢgəncə verməyə motivləri yoxdur, gətiriblər
yüngülvari dərs versinlər.
BĠRĠNCĠ. Qulaq as, sənin bu mülahizələrin mənim xoĢuma gəlmir.
ĠKĠNCĠ. YaxĢı olardı sən də mənim kimi fikirləĢəsən. Bir də səni döyəndə sözlərinə fikir
ver. Əgər sual versələr nəzakətlə cavablandır: “hə, yox, hə, yox”... baxır nə soruĢurlar...
ġərhsiz. BaĢa düĢdün? Dəli kimi anqırma və Ģərh eləmə.
BĠRĠNCĠ. Hə, mən yüz faiz dəli kimi qıĢqıracağam.
ĠKĠNCĠ. Qətiyyən bağırma, bu onları çox acıqlandırır. Azacıq, astadan qıĢqır, onlar
bundan ləzzət alır, ancaq ağ eləmə. Nəbadə onlar
sənin müqavimət göstərdiyini
fikirləĢsinlər... Zərbələrdən ağrıdığını göstər, ancaq ölçü-biçi ilə. Əsas məsələ ölçü-
biçidir.
BĠRĠNCĠ. KaĢ onlar birinci səndən baĢlayardılar.
ĠKĠNCĠ. Bilmək olmaz kimdən baĢlayacaqlar. Ancaq əgər məndən baĢlasalar sənə də
yaxĢı olar, məni əziĢdirib yorularlar, sən də asanlıqla canını qurtararsan.
BĠRĠNCĠ. Düzünü desəm, mən istəyirəm onlar bizi döyməyə tez baĢlasınlar, biz də
burdan canımızı tezz qurtaraq.
ĠKĠNCĠ. Yox, əĢĢi, bunu xəyal da eləmə... Bizi dərhal döyməyəcəklər, öncə prosesi
süründürəcəklər, axı onlar
gözəl bilirlər ki, bizi nə gözlədiyini biz bilirik və indi mandraj
içindəyik... onlar bizi burdan döyməyə səhər saat dörddə çıxarda bilərlər, ya da hətta
sabah nahar vaxtı... Baxır onların kefinə.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
138
BĠRĠNCĠ. Döyməmisən, ancaq bacarırsan.
ĠKĠNCĠ.
Mən də qorxuram, söhbət bundadır...
BĠRĠNCĠ. Normaldir... bütün hallarda sənə minnətdaram... indi gəl bir dəfə də...
ĠKĠNCĠ. Yox, olmaz. Ġndi sənin vurmaq növbəndir.
Bir-birlərini vururlar və getdikcə daha çox hirslənirlər.
SON
Müəllif haqda:
Matey ViĢnek (1956) – Rumın dramaturqu, Ģair və nasiridir. 1987-ci ildə Fransadan
siyasi sığınacaq alıb. Fransız və rumın dillərində yazır. Bir çox mükafatların, o cümlədən
Avinyon teatr festivalı prizinin (1996, 2008) laureatıdır.
Rus dilindən çevirəni: Zamin H.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
139
Moris Meterlink
Müqəddəs Antoninin möcüzəsi
Tərcümə edən: Etimad Başkeçid
İkipərdəli satirik rəvayət
İştirakçılar:
Müqəddəs Antoni
Qustav
Axill
Abbat
Doktor
Ġosif
Pristav
Ġki polis nəfəri
Qortenziya
Virginiya
QardaĢ və bacı uĢaqları, dayılar, əmioğlular, dayıqızılar və baĢqaları.