“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
156
Qustav. Axı, bun ə vaxtacan davam eləyəcək!
Birinci qonaq. Qapını açın. Hamımız birlikdə onuç ölə atarıq!
Qustav. Yox, yox! Zorakılıq olmasın! O hirslənə bilər. Onunla zarafat eləməyin. Ayı
kimi güclüdür. Ona toxunmayın! Ġosiflə mən zəif məxluqlar deyilik, amma onu yerindən
tərpədə bilmədik. Təəccüb qalmalıdır! Elə bil yerə mıxlanıb.
Axill. Meyitin orda olduğunu ona kim deyib?
Qustav. Kim deycəkdi? Əlbəttə Virginiya! Hər Ģeyi açıb danıĢıb.
Virginiya. Kim, mən? Yox, ağa, məni məruz tutun. Mən öz iĢimlə məĢğul idim. Yalnız
«hə», «yox» deyə cavab verirdim. Düzdürmü, müqəddəs Antoni?
(Müq. Antoni susur)
Sizdən soruĢulur, cavab verin.
Müq. Antoni. (Həmin itaətkarlıqla) O mənə heç nə deməyib.
Virginiya. Görürsünüzmü? O müqəddəsdir. O hər Ģeyi qabaqcadan bilirdi. O hər Ģeyi
bilir, sizi əmin edirəm!
Axill. (Müqəddəsə yaxınlaĢaraq, əlini dostyana onun çiyninə vurur). Nə isə, əzizim,
yetər! Ġtil burdan! Cəhənnəm ol!
Qonaqlar. Gedəcək!... – Getməyəcək!...
Axill. BaĢıma bir fikir gəlib.
Qustav. Nə fikir?
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
157
Axill. Həkim hanı?
Birinci qonaq. Hələ də stol arxasındadır. Alabalıq yeyir.
Qustav. Onu buraya çağırın.
(Bir neçə qonaq həkimin ardınca yollanır.)
Sən haqlısan, bu dəlidir. Bu onun sahəsinə aid məsələdir.
Həkim (Ovurdları yeməklə doludur, boynundan salfet sallanır). Nə baĢ verib? Dəli?
Xəstə? SərxoĢ? ( Müqəddəsi görür). Adi dilənçidir. Burada mən heç nə eləyə bilmərəm.
Sizə nə olub, dostum? Nə istəyirsiniz?
Müq. Antoni. Mənə mərhum Qortenziyanı diriltmək lazımdır.
Həkim. Aha, baĢa düĢdüm! Belə görünür ki, siz həkim deyilsiniz. XahiĢ edirəm, əlinizi
mənə verin. (Onun nəbzini yoxlayır). Bir yeriniz ağrıyıb-eləmir ki?
Müq. Antoni. Yox.
Həkim. (Onun baĢına və alnına toxunur). Bəs burda? Mən basanda ağrımır?
Müq. Antoni. Yox.
Həkim. Əla. BaĢgicəllənməsindən əziyyət çəkmirsiniz?
Müq. Antoni. Yox.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
158
Həkim. Ötən illəri xatırlayın. Ürəkkeçməniz-filan olmayıb? Bəs cavanlıq səhvlərilə bağlı
nə deyə bilərsiniz? Nəyə iĢarə vurduğumu baĢa düĢürsünüz? Qəbəlikdən əziyyət
çəkmirsiniz? Bəs diliniz? Dilinizi göstərin. Əla. Ġndi isə nəfəs alın. Dərindən, daha
dərindən. Çox gözəl. Dostum, axı sizə nə lazımdır?
Müq. Antoni. Mən o otağa keçmək istəyirəm.
Həkim. Nə üçün?
Müq. Antoni. Mərhum Qortenziyanı diriltmək üçün.
Həkim. O orada deyil.
Müq. Antoni. Ordadır. Mə nonu görürəm.
Qustav. Nə inadkar adamdır!
Axill. Ġynəylə onun dərisinin altına dərman yeritməyə nə deyirsiniz?
Həkim. Nə üçün?
Axill. Yuxuya vermək üçün. Sonra onu bayıra çıxarardıq.
Həkim. Yox, yox, heç vaxt! Bu çox təhlükəlidir.
Axill. Onunçün təhlükəlidir, bizə nə! Bütün dəlilərin, səfillərin, əyyaĢların dərdini
çəkmək bizə qalmayıb.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
159
Həkim. Mənim fikrimi bilmək istəyirsiniz?
Qustav. Əlbəttə ki!
Həkim. Biz tamamilə ziyansız, ancaq ona qarĢı gedilərsə, təhlükəli ola biləcək bir dəliyə
rast gəlmiĢik. Xəstələrin bu tipii mənə yaxĢı tanıĢdır. Birincisi, burada hamısı
özümüzünkülərdir, ikincisi isə, mahiyyət etibarilə, onun istəyində bizim əziz mərhumun
xatirəsini təhqir edəcək heç nə yoxdur. Buna görə də, hesab edirəm ki, qalmağaldan uzaq
olmaq üçün biz xəstənin acizanə xahiĢini nəzərə alıb, onu bir dəqiqəliyə otağa buraxa
bilərdik…
Qustav. Dünya dağılsa da olmaz! Harda görünüb ki, hər yoldan ötən həyatda heç vaxt
görmədiyi mərhumu diriltmək bəhanəsilə nəcib bir evə soxulsun?
Həkim. Özünüz bilərsiniz. Öz iĢinizdir. Ya qaçılmaz qalmağal, rüsvayçılıq, ya da heç bir
əhəmiyyəti olmayan kiçik bir güzəĢt.
Axill. Həkim düz buyurur.
Həkim. Qorxulu bir Ģey yoxdur. Sizi əmin edirəm. Özü də biz onunla birgə olacağıq.
Qustav. YaxĢı, ancaq tez olun. BaĢlıcası isə, bu axmaq əhvalat barədə heç kəsə
danıĢmayasınız!
Axill. Xalamızın daĢ-qaĢları kaminin üstündədir.
Qustav. Bilirəm, bilirəm. Onlara özüm göz olacağam. Doğrusunu deyim ki, ondan heç
gözüm su içmir. (Müq. Antoniyə) YaxĢı, buyurun otağa. Ancaq tez olun. Biz hələ səhər
yeməyini yeyib qurtarmamıĢıq.
(Hamı sağ tərəfdəki otağa gedir. Müqəddəs Antoni onların arxasınca yollanır və birdən
onun baĢının ətrafında parlaq halə yaranır).
Dostları ilə paylaş: |