Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə61/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   57   58   59   60   61   62   63   64   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

177 


Belə qadınların çoxusu uşaqlı olur: görəsən o da ana idimi? Heç təsəvvürümə 

gətirmirdim Klodun uşağını! Deyəsən, mən artıq onun övladını da öz doğma balamdan 

daha çox sevməyə başlamışdım. Hə, hə, çox yəqin ki, onun uşağı var. Sadəcə, bunu 

soruşub öyrənmək lazım gələcək! İnanıram ki, elə bir vaxt gələcək, biz qonaq otağımızın 

balkonundan çaya açılan mənzərəni seyr edəcəyik, pəncərəmiz önündə sırayla çiçəklər 

bitəcək və quşlar orada cəh-cəh vuracaq. Əlimdə quş qəfəsi, küçədə necə yeridiyimi 

gətirirəm xəyalıma! Əla! Yetər ki, onun könlü xoş olsun! Amma orada… mütləq çay 

olmalıdır! Axı, mən çaylara heyranam! Xatirimdədir, Rotterdamda olanda… Səhər çağı 

pəncərədən günəş şüaları otağa süzüləndə və oyanıb, təpədən-dırnağa, dəlicəsinə sənə 

aşiq və sadiq olan qəhbənin yanında uzandığını hiss edəndə, quşların cəh-cəhini eşidəndə, 

süfrənin hazırlandığını, onun isə yuyunub-darandığını görəndə, indiyədək yatıb-durduğu 

kişilərə rəğmən, onun indi səninki, sadəcə səninki olduğundan əmin olunca, qarşı 

tərəfdən keçən yük gəmilərinin gövdələrini və dor ağaclarını seyr etdikcə, sənin, onun, 

başqalarının, sizə qədər olan və sizdən sonra yaşayacaq lənətə gəlmiş insan nəsilləri 

axınının, bu çiçəklərin, bu quşların, bu günəşin, bu qoxunun, hər şeyin insanı boğduğunu, 

məhvə sürüklədiyini anlayırsan. İlahi! Məni nə indi, nə gələcəkdə, heç bir zaman 

fahişəsiz qoyma! 

  

Kloda səfərə çıxmağı təklif etsəm də, o, sözümü yerə saldı. Bundan hədsiz dərəcədə 



sarsıldım. Bu etirazın səbəbi heç də mənim kasıblığımdan qaynaqlanmırdı, çünki Klod 

mənim maddi durumumdan xəbərdar idi, bilirdi ki, mən kitab yazıram və bir sıra başqa 

planlarım var. Yox, bunlar səbəb deyildi, burada nə isə daha köklü bir şey olmalıydı və o, 

bu sirri mənə açmağa hazırlaşmırdı. Daha bir məqamı da vurğulayım: mən son dərəcə 

dindar bir həyat tərzinə keçmişdim. Təkbaşına xeyli gəzib-dolaşır və kitabıma heç bir 

dəxli olmayan şeylər yazırdım. Mənə elə gəlirdi ki, bu kainatda yalnızam, həyat tərzim 

isə son dərəcə bitkin və kamil bir şəklə düşüb, bir növ heykəlləşmişəm. Amma mən bu 

heykəlin müəllifinin adını heç cür xatırlamırdım. Bununla yanaşı, fərqindəydim ki, bütün 

hərəkətlərim sanki yuxarıdan birisi tərəfindən mənə diqtə olunur, sanki mənim tək işim – 

xeyirxah əməllərlə ad çıxarmaqdır və heç kimin təqdirinə ehtiyac duymuram. 

  

Klodun mənə təklif etdiyi hər cür xeyriyyəçilikdən, dəstəkdən boyun qaçırırdım. Ondan 



aldığım borcların da hesabını tam ciddiyyətlə aparmağa başladım. Klod, sən son günlərdə 

hədsiz kədərli görünürsən. Hərdən terrasda gözümə dəyəndə zərrəcə şübhə bəsləmirəm 

ki, onun gözlərində bir cüt yaş donub. O, məni sevir. Ümidsiz də olsa, dəlicəsinə və 

bütün varlığıyla sevir. Bəzən saatlarla terrasda otura bilir. Hərdənbir onu harayasa 

gəzintiyə aparıram, çünki onu bu cür bədbəxt və nigaran görmək, nəyəsə həsrətli görmək 

içimi, ruhumu əzir… 

  

Hətta mən onun barəsində dostlarıma da söz açdım, bir mənada Klodu onlara sırımağa 



çalışdım. Bəlkə də bütün bunlar onun çarəsizlik içində oturub, nəyisə gözləməsindən, 

nəyinsə xiffətini çəkməsindən daha yaxşıdır… Görəsən belə, yapyalnız oturduğu 

zamanlarda o, nə barədə düşünür, axı? 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

178 


Günlərin bir günü ona yanaşıb, cibimdən min franklıq əsginas çıxarsam, görən nə olar? 

Qüssəli baxışlarını uzaq bir nöqtəyə dikən bu qadına yaxınlaşıb, sadəcə deyərəm ki: «Lap 

yadımdan çıxmışdı, al bu pulu, bu ara əlim yuxarıdır» (fransızca: «Voici quelque chose 

que j’ai oublie l’autre jour».) Bəzən yanaşı uzandığımız zaman yaranan sükut çevrədəki 

hər şeyi doldurmağa yetəndə o, dillənir: «Que pensez-vous maintenant?» (fransızca: «Nə 

barədə düşünürsən?»). Mən də hər dəfə eyni cavabı verirəm: «Rien!» (fransızca: «Heç nə 

barədə!»). Əslində isə düşünürəm ki: «Voici quelque chose que…» Bu, l’amour a credit 

in (fransızca «nisyə sevgi»nin) ya həzzidir, ya da bir növ əziyyəti. 

  

O, çıxıb getdiyi zaman zənglərin tükürpədici hay-həşiri ilə baş-başa qalıram. O, məni 



özüylə barışdırır, könlümə hüzur və rahatlıq gətirir. Yastıqlara yayxanır, uzandığım yerdə 

və əlbəttə ki, onun hədiyyə etdiyi yüngül siqaretdən ləzzətli bir qullab alıram. Narahat 

olmağa hər hansı əsas yoxdur. Əgər mən damaq taxsaydım, inanıram ki, o, bu damağı da 

çıxarıb, çarpayımın böyründəki xırda masanın üstündəki kibritlə, zəngli saatla və digər 

xırda-xuruşla yanaşı duran stəkandakı suya salardı. Mənim şalvarım səliqəylə qatlanıb, 

şlyapam və paltom isə qapının yanındakı asılqandan asılıb. Hər şey öz yerindədir. Çox 

gözəl! Əgər sizin də həmdəminiz bir qəhbə olarsa, hesab edin ki, misli-bərabəri olmayan 

bir xəzinə tapmısınız… 

  

Və ən əsası da odur ki, bütün bunlar sizin könlünüzcədir. Çox sarsıdıcı, haradasa mistik 



bir duyğudur. Bundakı mistik cəhət isə varlığın birliyindən, vəhdətindən doğur. İnsan 

özünü bu həyatın bir zərrəciyi hiss eləyir, ona qarışır, onun axarında əriyib gedir… 

Özümün müqəddəs, yoxsa kafir olmam, düzünü desəm, heç vecimə də deyil. 

Müqəddəslərin bəxtinə əbədi əzablar və Kəşməkəşlər yazılır. Mən isə başdan-ayağa 

hüzur və durğunluq içindəyəm. 

  

Elə hey Klod üçün yeni müştərilər tapmaqla məşğulam və indi, onun yanından ötəndə 



gördüm ki, baxışlarındakı qüssə harayasa yox olub. Az qala hər gün onunla nahar edirik. 

Məni ən bahalı restoranlara çəkib aparmağa çalışır və mən daha buna heç etiraz 

eləmirəm. Həyatın hər anından zövq almağa çalışıram: axı, bahalı məkanlar ucuzlardan 

heç də geri qalmırlar. Əgər bu onun könlüncədirsə, qoy…Pourtant je pense a quelque 

chose. (fransızca: «Amma mən müəyyən bir məsələ barədə düşünürəm» - A.Y.). 

  

Boş bir şeydir, amma axır vaxtlar fikrimi daha çox özünə cəmləşdirir bu. İlk dəfə bu fikri 



eşidəndə heç nə deməyib susdum. Öz-özümə: «Bu, qəribə, qismən də ağrılı bir hissdir. 

Boş ver» - dedim. Eyni zamanda da xoş şeydir. Bir başqa səfər isə bunun ağrılı, yoxsa 

təsadüfü ehtiyatsızlıq olduğuna heç cür qərar verə bilmədim. Təkrar rien a dire (fransızca: 

«Deyəcək söz yoxdur» - A.Y.). 

  

Ən nəhayət, ona xəyanət elədim. Bir gecə özümü Böyük bulvarda, yüngülvarı kefli halda 



buldum. Respublika meydanında yaramazın birisi, yekəpərliyindən qadın dəllalına 

bənzəyən bir «öküz» mənə ilişdi. İçkili olmasaydım, o pəzəvəngi görcək, bəlkə də 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə