Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Basmanaxış preslərin texnoloji sxemləri



Yüklə 0,72 Mb.
səhifə47/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Basmanaxış preslərin texnoloji sxemləri.

Basmanaxış əməliyyatı xüsusi preslərdə yerinə yetirilir. Preslərin quruluşunun konstruksiyasına və həmçinin tətbiq sahəsinə müvafiq olaraq müxtəlif qruplar üzrə sinifləşdirilməsi mümkündür.

Konstruktiv əlamətlərinə görə presləmə mexanizminin horizontal və ya vertikal yerləşməsi əsas məsələlərdən biridir.

Horizontal konstruktiv quruluşda sıxma mexanizminin üst və alt lövhələri bir-birinə paralel olaraq yerləşir. Üst lövhə adətən əksər hallarda tərpənməz olur. Horizontal konstruksiyada üst lövhə presin gövdələrində tərpənməz olaraq bərkidilir. Bu lövhəyə adətən özündə müəyyən informasiya əks etdirən ştamp bərkidilir. Ust lövhədə həmçinin boru şəkilli qızdırıcı elementlər yerləşdirilir. Alt lövhədə isə cild qapaqları yerləşdirilərək hərəkətli alt lövhə vasitəsilə üst lövhəyə sıxılır. Bu üsul ilə blint konqrev və folqalı basmanaxış əməliyyatı yerinə yetirilir.

Lövhələri vertikal yerləşmiş preslərin konstruktiv quruluşu tigelli çap maşınları əsasında hazırlanır. Bu maşınların gövdəyə bərkidilmiş tərpənməz lövhəsinin üzərinə ştamp bərkidilir.

Preslər tigel dirsəkli mexanizm vasitəsilə tərpənməz lövhəyə tərəf hərəkət edərək üzərindəki cild qapagını ştampa sıxır. Tərpənməz lövhədə həmçinin qızdırıcı elementlər yerləşdirilir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə