Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 17 Basmanaxış əməliyyatları



Yüklə 0,72 Mb.
səhifə44/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 17

Basmanaxış əməliyyatları

Bildiyimiz kimi cıld qapaqları kitab blokunu qorumaqla yanaşı, ona həm də cəlbedici əmtəə görünüşü verir. Cild və cild qapaqları qoruyucu konstruktiv element olmaqla gözəl tərtibatlı bədii informasiya daşıyıcısıdır. Cildlərə müəyyən tərtibatlı informasiya çap üsulu ilə həkk olunmaqla digər bəzəmə üsullarından da istifadə edilir. Bu əməliyyatlar basmanaxış əməliyyatları adlanır. Bunun üçün xüsusi preslərdən istifadə etməklə cild və cild qapaqlarının üst səthində və həmçinin kötük hissəsində qalıq deformasiyasının hesabına müxtəlif tərtibatlı elementlər həkk olunur. Buna görə özündə müxtəlif informasiyanı əks etdirən ştamplar hazırlanır və presləmə vasitəsilə ştampda olan informasiya cildlərin səthinə köçürülür.

Poliqrafiya istehsalında əsasən 3 növ basmanaxış əməliyyatlarından istifadə edilir:

1. Blint basma

2. Konqrev basma

3. Kombinə edilmiş basma

Blint basmada əks olunması tələb olunan informasiyaya uygun ştamp hazırlanır və bu ştamp müəyyən qüvvə ilə səthə sıxılır. Bu halda cild qapagının səthində dərinləşmiş şəkildə ştampda əks olunan informasiya alınır. Bu əməliyyatı yerinə yetirmək üçün ştamp presin üst plitəsinə bərkidilir. Alt plitədə isə cild qapagı yerləşdirilir. Bu prosesdə ştamp 90-1200 C temperatura qədər qızdırılır və 20-25 MPa təzyiqlə səthə sıxılır. Bu vəziyyət 3 saniyəyə qədər saxlanılır. Ştamp səthdən ayrıldıqdan sonra dərinləşmiş şəkildə təsvir yaranır. Ümumiyyətlə cild qapagının səthində alınmış təsvirin dərinliyi 0,2-0,3mm olmalıdır.

Tigel presində basma əməliyyatını yerinə yetirmək üçün onun yuxarı lövhəsində 1 (şəkil 22,1,a) müstəvi relyefli ştamp 2 bərkidilir, alt lövhəyə isə cild qapağı 4 verilir. Cild qapağının örtük materialı üstdə olur. Sonra isə basma əməliy­yatı yerinə yetirilir (şəkil 22, I,b). İsti ştamp (120-1300C) cild qapağına sıxılır, onun materialını deformasiyaya uğradır və səthi sığallayır. Sıxılma yerinə (şəkil 22,I,c) örtük materia­lı­nın ümumi kələ-kötür fonunda yaxşı görünən yastı dərinləşmiş təsvir yaranır.

Rotasion preslə basma prosesi (şəkil 22,II) elə bir xüsusi fərqə malik deyil. Bu halda forma silindrinin diametrinə uyğun olaraq əyri ştampdan istifadə olunur.

Basmanın keyfiyyətini xarakterizə edən əsas parametr təs­vi­rin dərinliyi, yəni qapağın materialının qalıq deformasiya­sının qiymətidir. O, bir çox faktorlardan – basma təzyiqindən, ştam­pın temperaturundan, qapağın kartonunun qalınlığı və tər­ki­bin­dən, örtük materialının növündən və s. asılıdır. Ona görə də hər bir konkret halda müəyyən basma rejimi seçilir.

Şəkil 22. Cild qapağının səthində boyasız müstəvi

dərinləşdirilmiş basma sxemi

Yastı dərinləşmiş boyasız basmadan mətnin təsvirlərinin, çər­çi­və­lərin, ornamentlərin və s. alınması üçün istifadə olunur.

Relyefli boyasız basma adətən konqrev basma adlanır. (bu üsul ingilis ixtiraçısı U. Konqrevin adı ilə adlanır). Konqrev basmada blintli basmadan fərqli olaraq iki formadan (şəkil 23,a) dərinləşmiş ştamp 2 və onun dəqiq kontur- ştampından (matrisadan) 4 alınır. Konqrev ştamplar yeyilməyə davamlı materialdan hazırlanır.

Şəkil 23. Cild qapagında konqrev (boyasiz relyefli )basma sxemi.


Ştamp blint basmada oldugu kimi eyni quruluşda lakin nisbətən hündür formada hazırlanır. Kontur ştamp isə ştampın əks forması olur. Ona bəzən matrisa da deyilir. Konqrev basmada ştamp nisbətən bərk materialdan, matrisa isə yumşaq materialdan hazırlanır. Belə material cild qapagının xarab olmasına imkan vermir. Eyni zamanda bahalı olan ştampı yeyilmədən qoruyur. Konqrev basmada tələb olunan informasiya ştampın səthində müxtəlif üsullarla həkk olunur və basma zamanı bu informasiya blint basmaya nisbətən daha dərin şəkildə alinir. Alınmış təsvirin daha yaxşı görünməsi üçün bir çox hallarda ştampla səth arasında müxtəlif metalların rəngini əks etdirən folqa yerləşdirilir. Basqı zamanı folqadakı rəng alınmış elementlərin səthində olur. Ştamplamadan sonra kontur ştamp yəni matrisa vasitəsilə alınmış təsvirlər qabardılır. Bunun üçün ştamp və matrisa cütlüyü vasitəsilə çökük hissə əks təsirlə digər tərəfə yönəldilir. Beləliklə cild qapagının səthində əl ilə hiss olunan qabarıqlı təsvir alınır.

Konqrev basma tigelli preslərdə blint bas­ma­ya nisbətən böyük təzyiqlərdə (2-2,5 dəfə çox) yerinə yeti­ri­lir. Presin 1 üst lövhəsinə (şəkil 23,a) ştamp 2, alt lövhəyə 3 isə matrisa 4 bərkidilir. Bu halda ştamp və matrisa dəqiq üst-üstə salınmalıdır. Cild qapağı 5 açıq şəkildə matrisanın üzərinə qoyulur (örtük materialı üst tərəfdə olmaqla).

Basma prosesində (şəkil 23,b) qapağın üst tərəfinə də­rin­ləş­dirilmiş ştamp, alt tərəfdən isə relyefli matrisa sı­xı­laraq ba­sılır. Bunun nəticəsində qapaq deformasiyaya uğrayır və onun üzərində cild qapağının ümumi səthi üzərində yüksə­lən və blint fonu ilə haşiyələnmiş təsvir alınır (şəkil 23,c). Bu halda qapağın əks tərəfində dərinləşmiş təsvir alınır. Bu təsvir sonra xüsusi pasta (şəkil 23,ç) ilə doldurulur və ya üzərinə kağız yapışdırılır. Bu, təsvirin dayanıqlığını artırmaq və blokun qa­pa­ğa qoyulub preslənməsi zamanı kitabın forzasının və birinci və­rə­qin deformasiyaya uğramasının qarşısının alın­ması üçündür.

Konqrev basmanın rejimi (ştampın temperaturu, təzyiqin qiy­məti və davamlı olması) qapaq materialının növü, qalınlığı və nəmliyindən asılı olaraq təcrübi olaraq müəyyən edilir. Bun­dan başqa qapaq sahəsi üzərində təsvirin xarakteri də rejimə təsir edir.

Kombinə edilmiş basmada blint və konqrev basma eyni zamanda istifadə olunur. Ümumiyyətlə folqa istifadə edilməklə yerinə yetirilən basmada qızılı və gümüşü əks etdirən folqalardan daha çox istifadə edilir. Bununla yanaşı müxtəlif rəngli ( qırmızı, yaşıl, göy) folqalardan da istifadə olunur.

Qızılı folqalardan daha çox istifadə edildiyi üçün poliqrafiya sahəsində preslər qızılı basma presləri adlanır. Folqalar kagız və sintetik əsasdan 1 olmaqla çox qatlı olurlar. (şəkil 24) Bu əsasların səthinə mum təbəqə 2 çəkilir və onun üzərinə müftəlif rənglərdə olan piqmentlər və lak qatı əlavə edilir. Onun üst qatında folqanın rənginin, parlaqlıgını və s. müəyyən edən örtük olur. Bu örtüyün tərkibindən asılı olaraq cild folqası 3 növdə olur: boyalı, metallaşdırılmış, yubiley. Folqa ştampla səth arasında yerləşdirilir. 1000-1300C qədər qızdırılmış ştampların təsiri altında mum qatı əriyir və rəngli piqmentlərin dərinləşdirilmiş səthə keçməsinə şərait yaradır. Folqada olan lak qatı piqmentlərin səthdə bərkiməsini və onlara parıltının verilməsini təmin edir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə