Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Tərkib hissəli qapaqların hazırlanması



Yüklə 0,72 Mb.
səhifə40/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   36   37   38   39   40   41   42   43   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Tərkib hissəli qapaqların hazırlanması. Tərkib hissəli qa­paq­lar rulonlu örtük materialından istifadə etməklə yuxarıda ad­ları çəkilən rulonlu universal maşınlarda hazırlana bilər. Bu məqsədlə rulonlu maşınlar əlavə olaraq rulon qurğusu və ya­pış­dırma aparatı ilə təchiz olunmalıdır. Əlavə rulon qurğu­su­na iki rulon cild üçün örtük materialı, digər qurğuya isə kötük materialının rulonu yerləşdirilir. Maşın işləyərkən lentlər rulon­dan açılaraq müvafiq yapışdırma aparatından keçir və öz aralarında yapışırlar. Sonra yapışdırılmış lentlər tam örtüklü qapaqların hazırlanmasında olduğu kimi eyni əməliyyatları yerinə yetirən bütün mexanizmlərdən keçir (şəkil 19,b). La­kin bu halda da tam örtüklü qapaqların hazırlanmasında olan məhdudiyyətlər müşahidə olunur.

Ona görə də tərkib hissəli qapaqlar əvvəlcədən vərəqdə çap olunmuş örtük materialı ilə vərəqli maşınlarda hazırlanır. Bu maşınlarda adətən bütün əməliyyatlar iki gedişə yerinə yetirilir. Əvvəlcə karton tərəflər kötük materialı ilə birləşdirilir və kötük yeriyapışdırılır (şəkil 20,a,b). Bununla da qapağın fərdiləş­mə­si alınır. Bunun üçün maşına iki topa karton tərəf, kötük materialı və kötük yeri materialı yüklənir.



Sonra fərdiləşmiş qapaqlar və kəsilmiş örtük materialının iki topası maşının ötürücü qurğusuna yerləşdirilir. Bu qurğu örtük ma­terialını fərdi qapaqlara yapışdırır (şəkil 20,c,ç,d). Maşı­nın kons­truksiyasından asılı olaraq bu iki proqonu (gediş) eyni bir ma­şında və ya iki müxtəlif maşın-avtomatda yerinə ye­tirmək olar.

Qapaq hazırlayan maşından çıxan cild qapaqları izafi rütu­bə­tin kənarlaşdırılması və sonrakı əməliyyatların normal yerinə yetirilməsi üçün qurutma qurğusuna istiqamətlənir. Adətən qu­rut­ma qızdırılmış hava axını və ya termoşüalanma ilə (10-20 də­qiqə ərzində) yerinə yetirilir.


Şəkil 20. Rulonlu qapaq hazırlayan avtomatda tam örtüklü cild

qapağının hazırlanması sxemi


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə