Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Mexanikləşdirilmiş və avtomatlaşdırılmış yerləşdirmə



Yüklə 0,72 Mb.
səhifə43/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Mexanikləşdirilmiş və avtomatlaşdırılmış yerləşdirmə adə­­tən konveyer və ya karusel tipli kitabyerləşdirmə maşınla­rın­da yerinə yetirilir. Bu maşınlar texnoloji imkanlarına, mexa­nik­ləşdirmə və avtomatlaşdırma dərəcəsinə görə bir-birin­dən fərq­lənir. Yarımavtomat və avtomat olan bütün müasir maşın­lar prinsipcə eyni formada işləyirlər. Onlar forzas üzərinə bə­ra­bər qalınlıqda yapışqan qatı çəkir, lazım olduqda cild qapaq­la­rı­nın kötüyünü dəyirmiləndirir və yerləşdirmə zamanı blokun qa­paqla birləşdirilməsinin dəqiqliyini təmin edir.

Şəkil 21. Kitabyerləşdirmə maşınının işləməsinin prinsipial sxemi

Maşının iş prinsipi aşağıdakılardan ibarətdir. Yükləmə jo­lo­bu vasitəsi ilə verilən kitab bloku 1 (şəkil 21,a) qismən açı­lır, özünün orta hissəsi ilə nazik lövhə (qanad) 2 üzərinə və yuxarı qalxır. Hərəkət zamanı blok iki yapışdırma aparatı 3 (şəkil 21,b) arasından keçir. Bu aparatların fırlanan valları for­zaslar və klapanlar üzərinə yapışqan məhlulu çəkir. Ya­pış­qa­nın tərkibi qapağın materialından asılı olaraq seçilir. Bununla eyni zamanda samonaklad cild qapaqlarını açıq şəkildə bir-bir ötü­rür. Kötük dəyirmiləndirildikdən sonra qapaq 4 (şəkil 21,c) istiqamətləndiricilər 5 üzərində tərpənməz olaraq yer­lə­şir. Bu zaman onun kötüyünə hərəkət edən blok yaxınlaşır, onu istiqamətləndiricinin üstündən götürür və qapağın tərəfləri ya­pışqan yaxılmış forzaslar üzərinə düşür. Qanadın 1 son­rakı yuxarı yerdəyişməsində (şəkil 21,ç) blok qapaqla bir­lik­də iki yayaltı vallar 6 arasından keçir. Bu vallar kitabı sıxır.

Çıxış qurğusu ilə kitab qanadın üstündən götürülür və ma­şın­dan çıxarılaraq tamamlama əməliyyatına ötürülür. Eyni za­manda maşında emalın müxtəlif mərhələlərində olan bir neçə blok olur.

Blokların yerləşdirilməsindən sonra kitablar texniki tələbləri tə­min etməlidir, məsələn: forzasların qapağın tərəflərinə ya­pış­dırılması düz və qırışsız olmalıdır, blokun kötüyü qapağa sıx otur­malıdır, qapağın hər iki tərəfində kantların ölçüləri eyni ol­ma­lıdır, blokun kəsilmiş yerlərində yapışqan olmamalıdır və s. Bu tə­ləb­lərin yerinə yetirilməsi əvvəlki əməliyyatlarda bütün re­jimlərə və müşahidələrə əməl olunması nəticəsində müm­kün­dür.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə