Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə45/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   41   42   43   44   45   46   47   48   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Boyalı folqa (şəkil 24, a) rəngli, ağ və ya qara piqmentdən ibarət olan örtüyə 3 malikdir. Piqmentlər plastifikatorlarla və doldurucularla əlaqədədir. Piqment tələb olunan rəngi verir;

metallaşdırılmış folqada (şəkil 24, b) mum qətran qatına 2 kiçikdispersli metal (bürünc və ya alüminium) toz 3 çəkil­miş­dir. Bu toz onun hissəciklərini birləşdirən müdafiə – qrunt qatı 4 ilə örtülmüşdür;

yubiley folqası (şəkil 24,v) nazik lavsan plyonkaya 1 bən­zə­yir. Onun üzərinə mum qətran 2, şəffaf lak 3, nazik alümi­nium 4 və qrunt (məsələn, polivinilasetat dispersiyası) 5 qatları çəkilir.

Şəkil 24. Cild folqasının sxematik quruluşu


Konqrev basmada blint basqıdan fərqli olaraq sıxma təzyiqi bir qədər çox, 25-45 MPa təzyiqdə olur. Təzyiqin çox olması dərinliyin çox olması və onun geri qaytarılması ilə əlaqədardır. Kitabın kötük hissəsində qızılı basmanın alınması üçün dərinlik 0,12 mm olur.
Ştamplar

Basmanın alınması üçün basmanaxış əməliyyatında istifadə olunan ştamplar müxtəlif materiallardan hazırlanır. Poladdan hazırlanan ştamplar üçün U12,U14 və s. poladlardan istifadə olunur. Mətbəələrdə əsasən mis, maqnezium, latun, polad və s.bu kimi metallardan hazırlanmış ştamplardan istifadə edilir. Latun ştamplar üçün ən əlverişli LS 59 latunundan istifadə olunur. Bəzi hallarda silikonlaşdırılmış rezindən də istifadə edilir. Davamlılıq etibarı ilə polad ştamplar daha çox tiraja davamlı hesab edilir. Belə ki, bu ştamplarla 100 minə qədər ottisk almaq mümkündür. Mikrosink və maqnezium olan ştamplardan 40 minə qədər ottisk hazırlana bilər.

Basmanaxış əməliyyatı üçün bəzi hallarda xüsusi boyalardan da istifadə edilir. Bu halda boya yüksək özlülüklü olmalı, ştampın kənarına çıxmamalı və tez qurumalıdır. Cıld qapaqları üçün istifadə olunan kartonların qalınlıgı minimum 1,5 mm olmalıdır. İstifadə olunan folqa bütün səthi əhatə etməlidir. Ştampın səthə nəzərən yerləşdirilməsi xətasız olmalıdır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə