Muhazirə 15
Tam örtüklü və tərkib hissəli qapaqların hazırlanması
Tam örtüklü qapaqların hazırlanması. Tam örtüklü qapaqları rulonlu və ya vərəqli qapaq hazırlama maşınlarda hazırlamaq olar. Rulonlu maşınlarda (şəkil 19,a) örtük materialının rulonu 1 yerləşdirilir. Rulonun eni qapağın açılmış vəziyyətinin qatlamalar nəzərə alınmaqla ölçüsünə bərabərdir. Maşın işləyərkən bu material rulondan açılır və ardıcıl olaraq qapağı yığan bütün mexanizmlərdən keçir.
Əvvəlcə yapışqan çəkən aparat 2 yapışqan çəkir, sonra eyni zamanda samonakladın iki maqazinindən iki karton tərəf daxil olur. Bu tərəflər bir-birindən şpasiya enində olan məsafədə yerləşərək lentin yapışqan qatının üzərinə qoyulur (şəkil 19,b). Tərəflər arasında kötük yerinin rulondan 4 kəsilmiş zolağı yapışdırılır. Bundan sonra bıçaqlar 5 materialın künclərini kəsir. Bu əməliyyat kənarların düzgün qatlanması üçündür. Lentin sonrakı yerdəyişməsində maşının müvafiq mexanizmləri 6-9 onun uzununa istiqamətdə kənarlarını karton tərəflər üzərinə qatlayır, qapaq ümumi lentdən kəsilir, eninə istiqamətdə kənarlar qatlanır, qapaq sıxılır və qəbul stolunun 10 üzərinə çıxarılır.
Rulonlu maşınlar yüksək məhsuldarlığa və etibarlığa malikdir. Lakin bu maşınlardan qapaqların hazırlanmasında olduqca az istifadə edilir.
Vərəqli örtük materiallı və dəyirmiləndirilmiş kötüklü bloklar üçün nəzərdə tutulmuş tam örtüklü qapaqlar universal vərəqli maşınlarda hazırlanır. Belə maşınların samonakladlarının maqazinləri əvvəlcədən küncləri kəsilərək çap edilmiş üzlük kağızı və karton tərəflərlə yüklənir. Səthinə yapışqan çəkilmiş üzlük kağızı yığma yerinə nəql edilir. Bu yerə həmçinin karton tərəflər və kötük yerinin zolağı da verilir. Yığılmış qapaq sıxılır və qəbul qurğusuna daxil olur. Bu maşınlarda çap olunmuş kağız örtük əvəzinə digər istənilən vərəq örtük materialından istifadə etmək olar. Belə maşınların məhsuldarlığı rulonlu maşınlara nisbətən azdır.
Şəkil 19. Rulonlu qapaq hazırlayan avtomatda tam örtüklü
cild qapaqlarının hazırlanma sxemi
Düz kötüklü bloklar üçün nəzərdə tutulmuş tam örtüklü qapaqlar ixtisaslaşdırılmış yüksək məhsuldarlıqlı vərəqli avtomat-maşınlarda hazırlanır.
Dostları ilə paylaş: |