|
Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumatBlokların kəsimlərinin bəzədilməsi
|
səhifə | 62/66 | tarix | 31.12.2021 | ölçüsü | 0,72 Mb. | | #81906 |
| Çapdan sonrakı proseslər və avadanlıqlarBlokların kəsimlərinin bəzədilməsi kitabların xarici görünüşünü yaxşılaşdırır. Bəzədilmə aşağıdakı üsullardan biri ilə yerinə yetirilir: rəngləməklə, mərmərə oxşatmaqla, qızılı rənglə zər vurmaqla, üzləməklə.
Blokların kötüyünün dəyirmiləndirilməsi. Kəsilmiş blokun kötüyü düz formaya malik olur. Belə kitablar kifayət qədər möhkəm olmur və pis açılır. Ona görə də orta və böyük həcmli nəşrlər üçün kitab bloklarının kötüyü dəyirmiləndırılır (dairənin 1/3-i qədər). Nəticədə qalınlaşmış dəftər kötükləri qövs boyu qərarlaşırlar, blokun qalınlığı bərabərləşir və kitabın xarici görünüşü yaxşılaşır (şəkil 34,ç). Bundan başqa dəftərlərin bir-birinə bərkimə möhkəmliyi artır, blokun qapaqla birləşmə möhkəmliyi yüksəlir, kitabın açılması yaxşılaşır. Bu əməliyyat dəyirmiləndirmə dəzgahlarında və ya maşınlarında yerinə yetirilir.
Sadə konstruksiyalı dəyirmiləmə dəzgahlarında (şəkil 36,a) dəyirmiləmə yellənən rifli kolodka 1 vasitəsi ilə yerinə yetirilir. Bu kolodkanın təsiri ilə əvvəlcə blokun 2 bir tərəfi, sonra isə onun dönməyi ilə ikinci tərəfi dəyirmilənir. Dəyirmiləmə prosesində dəftərlər bir-birinə nəzərən yerini dəyişir və eyni zamanda kötük sıxılır. Kötük dəyirmi (şəkil 34,ç), qabaq kəsim isə yəhərvari forma alır. Kötüyün daha dəqiq forması blokun 1 (şəkil 36,b) dəftərləri profil kolodkaların 2 və 3 təsiri ilə yerdəyişməyə uğradıqda alınır. Lakin kötüyün bu şəkildə alınması növbəti əməliyyatlar yerinə yetiriləndə fiksə olunmalıdır.
Dəftərlərin kötük qatlarının bükülməsi – kötüyə göbələyəbənzər formanın verilməsidir (şəkil 34,d). Bu proses əməliyyat avadanlığında emal edilən böyük həcmli (320 səhifədən yuxarı) bloklar üçün məsləhət görülür. Bu əməliyyat blokun kötüyünün dayanıqlığını və uzunömürlüyünü artırır və həmçinin onun açılmasını yaxşılaşdırır. Kötüyün göbələyəbənzər forması dəyirmiləşdirilmiş kötüyün mexaniki emalı vasitəsi ilə əldə edilir. Bu prosesdə yellənən kolodka 1 (şəkil 36,c) sıxılmış blokun 2 kötüyünə söykənərək sıxılır və dəftərlərin qatını hər iki tərəfə bükür.
c
Şəkil 36. Kitab blokunun kötüyünün dəyirmiləndirilməsi
və dəftər qatlarının bükülməsi sxemi
Dostları ilə paylaş: |
|
|