Kitabların hazırlanması üçün avtomatik axın xətləri. Ayrı-ayrı dəftərlərdən sapla tikilmiş yastı kötüklü kantlanmış bloklardan ibarət olan kitabların hazırlanması üçün tamamlanmış texnoloji tsikilli ixtisaslaşdırılmış avtomatik axın xətləri heç bir ölkədə buraxılmır. Belə kitablar adətən üç mərhələdə hazırlanır:
1) əməliyyat avadanlığında forzasların və digər elementlərin dəftərlərə yapışdırılması, blokların komplektləşdirilməsi və sapla ayrı-ayrı dəftərlər şəklində tikilməsi, həmçinin cild qapaqlarının hazırlanması və tərtib olunması;
2) tikişsiz bərkitmə üçün avtomatik xətlərdə blokların kötüklərinin yapışdırılması, onların kantlanması və qurudulması, həmçinin blokların üçtərəfli kəsilməsi yerinə yetirilir;
3) kitabyerləşdirmə və presləmə-ştrixləmə maşınlarından və komplektləşdirici qurğudan ibarət olan aqreqatlarda blokların cild qapaqlarında (düz kötüklü) yerləşdirilməsi, kitabların preslənməsi və ştrixlənməsi və onların bağlamalar şəklində yığılması. Bu aqreqata qablaşdırıcı avadanlığı da qoşmaq olar.
Bəzi xarici firmalar ayrı-ayrı dəftərlərdən sapla tikilmiş düz kötüklü bloklardan ibarət olan kitabların hazırlanması üçün ixtisaslaşdırılmış avadanlıq (kantlama üçün maşın, yerləşdirmə, presləmə və ştrixləmə üçün aqreqatlar) buraxır. Məsələn, avtomatik rejimdə kantlama üçün maşında ("Kolbus" firması) blokun kötüyü termoyapışqanla, kantlama materialının klapanları isə forzasa PVAD yapışqanı ilə yapışdırılır.
Bu maşına daxil olan tikilmiş bloklar (şəkil 38) ardıcıl olaraq aşağıdakı əməliyyatları yerinə yetirən texnoloji bölmələrdən keçir: vibrasiyaedici lövhə 1 üzərində blokların düzləndirilməsi, blokun kötüyünə termoyapışqanın çəkilməsi 2, kötükyanı zonada PVAD yapışqanının kiçik zolaqla forzasların üzərinə çəkilməsi 3, kantlama materialının kötüyə yapışdırılması 4, kantlama materialının rulondan kəsilməsi 5, kantlama materialının klapanlarının əyilməsi və forzaslarla preslənməsi 6. Bundan sonra bloklar dərhal üçtərəfli kəsməyə göndərilə bilər.
Şəkil 38. Sapla tikilmiş blokların kötüklərinin kantlanması üçün maşının iş sxemi
Dostları ilə paylaş: |