Mexanikləşdirilmiş və avtomatlaşdırılmış yerləşdirmə adətən konveyer və ya karusel tipli kitabyerləşdirmə maşınlarında yerinə yetirilir. Bu maşınlar texnoloji imkanlarına, mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə görə bir-birindən fərqlənir. Yarımavtomat və avtomat olan bütün müasir maşınlar prinsipcə eyni formada işləyirlər. Onlar forzas üzərinə bərabər qalınlıqda yapışqan qatı çəkir, lazım olduqda cild qapaqlarının kötüyünü dəyirmiləndirir və yerləşdirmə zamanı blokun qapaqla birləşdirilməsinin dəqiqliyini təmin edir.
Şəkil 21. Kitabyerləşdirmə maşınının işləməsinin prinsipial sxemi
Maşının iş prinsipi aşağıdakılardan ibarətdir. Yükləmə jolobu vasitəsi ilə verilən kitab bloku 1 (şəkil 21,a) qismən açılır, özünün orta hissəsi ilə nazik lövhə (qanad) 2 üzərinə və yuxarı qalxır. Hərəkət zamanı blok iki yapışdırma aparatı 3 (şəkil 21,b) arasından keçir. Bu aparatların fırlanan valları forzaslar və klapanlar üzərinə yapışqan məhlulu çəkir. Yapışqanın tərkibi qapağın materialından asılı olaraq seçilir. Bununla eyni zamanda samonaklad cild qapaqlarını açıq şəkildə bir-bir ötürür. Kötük dəyirmiləndirildikdən sonra qapaq 4 (şəkil 21,c) istiqamətləndiricilər 5 üzərində tərpənməz olaraq yerləşir. Bu zaman onun kötüyünə hərəkət edən blok yaxınlaşır, onu istiqamətləndiricinin üstündən götürür və qapağın tərəfləri yapışqan yaxılmış forzaslar üzərinə düşür. Qanadın 1 sonrakı yuxarı yerdəyişməsində (şəkil 21,ç) blok qapaqla birlikdə iki yayaltı vallar 6 arasından keçir. Bu vallar kitabı sıxır.
Çıxış qurğusu ilə kitab qanadın üstündən götürülür və maşından çıxarılaraq tamamlama əməliyyatına ötürülür. Eyni zamanda maşında emalın müxtəlif mərhələlərində olan bir neçə blok olur.
Blokların yerləşdirilməsindən sonra kitablar texniki tələbləri təmin etməlidir, məsələn: forzasların qapağın tərəflərinə yapışdırılması düz və qırışsız olmalıdır, blokun kötüyü qapağa sıx oturmalıdır, qapağın hər iki tərəfində kantların ölçüləri eyni olmalıdır, blokun kəsilmiş yerlərində yapışqan olmamalıdır və s. Bu tələblərin yerinə yetirilməsi əvvəlki əməliyyatlarda bütün rejimlərə və müşahidələrə əməl olunması nəticəsində mümkündür.
Dostları ilə paylaş: |