Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə31/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   27   28   29   30   31   32   33   34   ...   136

www.vivo-book.com 

 

159 



Biz  maĢını  çimərliyə  sürdük.  Çünki  onun  balaca  evi 

düz sahilin yaxınlığında yerləĢirdi.  

– Ah, – Anjela dilləndi, – nə gözəl evdir. 

– Üstəlik, o çox varlıdır, – Lidiya dedi. 

– Və çox gözəl Ģeirlər yazır, –mən əlavə etdim.  

Biz  maĢından  düĢdük.  Marvin  isə  öz  evində,  balıqlar 

üçün içi duzlu su ilə dolu çənlər və çəkdiyi rəsm əsərlərinin 

arasında oturmuĢdu. Onun çəkdiyi rəsmlər, həqiqətən də çox 

gözəl idi. Varlı bir ailənin övladı üçün o öz gücü ilə özünü 

pis dolandırmırdı, yəni adam olub ortaya çıxa bilmiĢdi. Mən 

yanımdakıların  hamısını  ona  təqdim  elədim.  Anjela  ətrafda 

gəziĢərək Marvinin çəkdiyi Ģəkillərə tamaĢa elədi.  

–  Ah,  çox  gözəl  əsərlərdir,  –  Anjela  da  rəsm  çəkirdi, 

amma onun rəsmləri elə də qəĢəng alınmırdı. 

Özümlə  bir  neçə  ĢüĢə  pivə  gətirmiĢdim.  Gödəkcəmin 

cibində isə ara-sıra balaca udumlarla içdiyim bir ĢüĢə viskini 

gizlətmiĢdim.  Marvin  də  bir  neçə  ĢüĢə  pivə  çıxarıb  ortalığa 

qoydu  və  Anjela  ilə  Marvin  arasında  yüngülcə  flirt 

hərəkətləri  sezilməyə  baĢlandı.  Marvinin  bu  qadına  meyli 

olduğu açıq-aĢkar görünsə də, Anjelanın isə, deyəsən, ona əl 




www.vivo-book.com 

 

160 



çalıb  gülmək,  onunla  məzələnməkdən  baĢqa  fikri  yox  idi. 

Qadının  Marvindən  xoĢu  gəlirdi,  amma  onunla  elə  ilk 

gecədəcə  sikiĢmək  üçün  kifayət  edəcək  qədər  yox.  Biz  içki 

içə-içə  söhbət  edirdik.  Marvinin  bonqo

3

  barabanları, 



pianinosu və bir az da çəkməli otu vardı. Onun evi çox gözəl 

və  rahat  idi.  Belə  bir  evdə  mən  daha  yaxĢı  yaza  bilərdim, 

deyə  düĢündüm,  bəxtim  də  daha  çox  gətirərdi.  Buradan 

okeanın  səsi  eĢidilirdi  və  yazı  makinasının  Ģaqqıltısından 

Ģikayət edəcək qonĢular da yox idi.  

Mən  öz  viskimi  balaca  udumlar  ilə  içməyə  davam 

edirdim.  Biz  iki-üç  saat  oturandan  sonra  çıxıb  getdik.  Evə 

qayıdarkən, Lidiya maĢını sürətli yolla sürdü.  

– Lidiya, – mən dedim, – sən Marvinlə sikiĢmisən, elə 

deyilmi? 

– Sən nə danıĢırsan? 

– Gecədən xeyli keçmiĢ onun evinə getdiyin o gündən 

danıĢıram.  

                                                 

3

 Bonqo – qoĢa barabanlar, Afrika və Kuba musiqi aləti



 


www.vivo-book.com 

 

161 



–  Səni  görüm  lənətə  gələsən.  Sənin  bu  zibilinə  qulaq 

asmaq istəmirəm! 

–  Hə,  deməli  düz  fikirləĢirəm,  həmin  gecə  onunla 

sikiĢmisən! 

–  Bura  bax,  əgər  belə  davam  eləsən,  mən  öz 

hərəkətlərimə zamin deyiləm! 

– Sən onunla sikiĢmisən. 

Anjela  qorxmuĢ  görünürdü.  Lidiya  maĢını  yolun 

kənarına sürdü, saxladı və mən tərəfdəki qapını itələyib açdı. 

– DüĢ maĢından! 

Mən  maĢından  düĢdüm.  O,  maĢını  sürüb  uzaqlaĢdı. 

Mən isə yolun kənarı ilə getməyə baĢladım. Cibimdən viski 

ĢüĢəsini  çıxardım  və  ondan  bir  udum  aldım.  Bu  minvalla, 

təxminən  5  dəqiqə  piyada  irəlilədim  və  birdən  Lidiyanın 

“Zibili” düz mənim yanımda dayandı. Lidiya qapını açdı və 

dedi: 


– Otur. 

MaĢına oturdum.  

– Daha o haqda bir söz belə eĢitmək istəmirəm. 

– Sən onunla sikiĢmisən. Mən bunu dəqiq bilirəm. 




www.vivo-book.com 

 

162 



– Ah, aman Allahım! 

Lidiya  yenə  maĢını  yolun  kənarına  sürdü,  saxladı  və 

yenə mən tərəfdəki qapını açdı. 

– DüĢ maĢından! 

Mən  yenə  də  maĢından  düĢdüm  və  yenə  də  yolun 

kənarı  ilə  getməyə  baĢladım.  Sonra  Ģosedən  boĢ  bir  küçəyə 

aparan bir eniĢə çatdım. Yoldan aĢağı endim və bu küçə ilə 

addımlamağa  baĢladım.  Hər  tərəf  zülmət  qaranlıq  idi.  Bəzi 

evlərin  pəncərələrinə  baxırdım.  Belə  məlum  olurdu  ki, 

zəncilərin yaĢadığı rayonda idim. 

Qabaqda,  yol  ayrıcında  nəyinsə  iĢıqları  görünürdü. 

Orada  “hot  doq

4

”  satan  bir  köĢk  vardı.  Mən  köĢkə 



yaxınlaĢdım.  PiĢtaxtanın  arxasında  zənci  bir  kiĢi 

dayanmıĢdı.  Ətrafda  bizdən  baĢqa  heç  kim  gözə  dəymirdi. 

Bir fincan qəhvə sifariĢ etdim.  

–  Lənətə  gəlmiĢ  qadınlar,  –  mən  ona  dedim,  –  onları 

ağılla dərk eləmək mümkün deyil. Mənim qızım məni yolda 

maĢından düĢürdü. Ġçmək istəyirsənmi? 

                                                 

4

 Çörəyin arasında qoyulmuĢ sosiska



 


www.vivo-book.com 

 

163 



– Əlbəttə, – deyə o cavab verdi. 

O, ĢüĢədən yaxĢı bir udum alıb onu mənə qaytardı. 

–  Sənin  telefonun  varmı,  –  deyə  ondan  soruĢdum.  – 

Pulunu verərəm. 

– Zəng yerlidirmi? 

– Hə. 


– Onda pulsuz zəng vura bilərsən. 

O,  piĢtaxtanın  altından  telefon  aparatını  çıxarıb  mənə 

uzatdı. Mən içkidən bir udum alıb ĢüĢəni ona verdim. O da 

ĢüĢədən bir udum aldı. 

Mən  “Sarı  Kab”  Ģirkətinə  zəng  vurdum  və  olduğum 

yerin  ünvanını  onlara  söylədim.  Mənim  bu  dostumun 

mərhəmətli  və  ağıllı  siması  vardı.  Bəzən, hətta  cəhənnəmin 

ortasında  da  mərhəmət  tapmaq  olarmıĢ.  Mən  taksini 

gözləyərkən  biz  ĢüĢəni  bir-birimizə  növbə  ilə  ötürərək 

içirdik. Taksi gələndə, mən maĢının arxa qapısından mindim 

və sürücüyə Nikolun ünvanını verdim. 

 

23 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə