Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə30/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   26   27   28   29   30   31   32   33   ...   136

www.vivo-book.com 

 

154 



zərafət  vardı.  Onda  kübarlıq    əlaməti  də  çox  hiss  olunurdu. 

Əlində  iki  qədəh,  bir  ĢüĢə  qırmızı  Ģərabla  geri  qayıtdı  və 

qədəhlərə  Ģərab  süzdü.  O  mənə  “Benson  an  Hegiz”  təklif 

etdi və mən birini alıb yandırdım.  

–  Siz  “Nyu  Yorker”i  oxuyursunuzmu?  –  deyə  o 

məndən soruĢdu. – Onlar çox maraqlı hekayələr çap edirlər. 

– Sizinlə razı deyiləm. 

– O hekayələrdə xoĢunuza gəlməyən nədir? 

– Həddən artıq savadlıdırlar. 

– Amma mənim xoĢuma gəlir. 

– BoĢ verin, zibil yazılardır. 

Biz oturub siqaret çəkir və Ģərab içirdik. 

– Mənim mənzilimi bəyəndinizmi? 

– Hə, çox qəĢəng mənziliniz var. 

–  Bu  mənzil  mənə  bir  zamanlar  Avropada  sahib 

olduğum bəzi mənzillərimi xatırladır. 

– Avropa, hə? 

–  Bəli,  Yunanıstanı,  Ġtaliyanı...  xüsusilə  də 

Yunanıstanı. 

– Bəs Parisi necə, xatırlatmır?  




www.vivo-book.com 

 

155 



–  Əlbəttə,  xatırladır.  Parisdən  çox  xoĢum  gəlir,  amma 

Londonu sevmirəm. 

Sonra o mənə bir az özü haqqında danıĢdı. Onun ailəsi 

bir 


vaxtlar 

Nyu-York 

Ģəhərində  yaĢayırmıĢ.  Atası 

kommunistlərdən  olub,  anası  isə  bir  atelyedə  dərzi 

iĢləyirmiĢ.  Anası  oradakı  iĢçilər  arasında  ən  yaxĢısı  və 

nömrə  bir  olduğundan  ön  dəzgahda  iĢləyibmiĢ.  Sərt  və 

cazibədar.  Nikol  özü  müstəqil  olaraq  təhsil  almıĢ,  Nyu-

Yorkda  böyüyüb  boya-baĢa  çatmıĢ,  bir  məĢhur  həkimlə 

necəsə  rastlaĢmıĢ,  onunla  ailə  qurmuĢ  və  onunla  on  il 

birlikdə  yaĢadıqdan  sonra  boĢanmıĢdı.  Ġndi  o,  ayda  sadəcə 

$400 dollar aliment alırdı və bu pulla dolanmaq da getdikcə 

çətinləĢirdi.  YaĢadığı  bu  mənzil  artıq  onun  cibinə  görə 

deyildi.  Amma  mənzilini  çox  sevdiyindən  oranı  tərk  edib 

gedə bilmirdi.  

–  Sizin  yazı  üslubunuz,  –  o  mənə  dedi,  –  məncə,  bir 

balaca  kobuddur.  Gürz  kimi  ağırdır,  amma  bununla  belə 

onun içində zəriflik və yumor da tapmaq mümkündür... 

– Bəli, – deyərək onunla razılaĢdım.  




www.vivo-book.com 

 

156 



Mən  əlimdəki  qədəhi  masanın  üstünə  qoydum  və  ona 

baxdım.  Çənəsinin  altından  tutub  onu  özümə  tərəf  çəkdim. 

Onu çox incə bir tərzdə öpdüm. 

Nikol isə söhbətinə davam edirdi. O mənə bir neçə çox 

maraqlı rəvayət də danıĢdı. Hətta bu rəvayətlərin birindən ya 

hekayə,  ya  da  Ģeir  kimi  istifadə  edə  biləcəyimi  də 

düĢündüm. O irəli  əyilərək bizim üçün Ģərab süzəndə, mən 

onun  döĢlərinə  baxırdım.  Lap  kinofilmdəki  kimi,  deyə 

düĢündüm,  lap  hansısa  sikilmiĢ  kinofilmdəki  kimi.  Özümə 

də  gülməli  gəlirdi.  Bir  anlıq  içimdə  sanki  kamera 

qarĢısındaymıĢıq kimi bir hiss də yarandı. Bu hiss də mənə 

ləzzət verirdi. Bu, cıdır yarıĢlarından da, boks döyüĢlərindən 

də yaxĢı idi. Biz durmadan elə hey içirdik. Nikol ikinci Ģərab 

ĢüĢəsini  də  açmıĢdı.  Onun  ağzı  bağlanmaq  bilmirdi,  ara 

vermədən  danıĢırdı.  Ona  qulaq  asmaq  məni  qətiyyən 

bezdirmirdi.  Onun  mənə  danıĢdığı  hər  rəvayətdə  bir 

müdriklik və ya nəsə gülməli bir Ģey olurdu. Nikol məndə, 

özünün  güman  etdiyindən  də  güclü  təəssürat  yarada 

bilmiĢdi. Bu da məni niyəsə narahat edirdi. 



www.vivo-book.com 

 

157 



Biz əllərimizdə Ģərab dolu qədəhlərlə eyvana çıxdıq və 

maĢınların  günorta  axınına  baxmağa  baĢladıq.  O  mənə 

Ġtaliyadakı  Haksli  və  Lourens  haqqında  danıĢırdı.  BoĢ 

söhbətlər.  Mən  ona  dedim  ki,  Knut  Hamsun  indiyədək 

dünyadan  gəlmiĢ-keçmiĢ  ən  yaxĢı  yazar  olub.  Mənim  bu 

adam  haqqında  nəsə  bildiyimi  eĢidəndə,  təəccüblə  mənə 

baxdı  və  sonra  mənim  dediklərimlə  razılaĢdı.  Biz  eyvanda 

öpüĢməyə  baĢladıq,  mən  küçədən  biz  tərəf  qalxan  iĢlənmiĢ 

qazın iyini hiss edə bilirdim.  

Onun  bədəni  mənimkinə  sıxılanda  aldığım  hissi 

bəyəndim.  Mən  yaxĢı  bilirdim  ki,  biz  dərhal,  elə  bu  gün 

sikiĢməyəcəyik, amma onu da bilirdim ki, mən hökmən bir 

də buraya qayıdacağam. Elə Nikol özü də bunu dərk edirdi. 

 

22 

Lidiyanın  bacısı  Anjela  Lidiyanın  yeni  evinə  baxmaq 

üçün  Yutadan  gəlmiĢdi.  Lidiya  bu  balaca  ev  üçün  ilkin 

ödəniĢi  etmiĢdi  və  ona  görə  də  aylıq  ödəniĢlər  çox  kiçik 

məbləğlər idi. Bu çox sərfəli sövdələĢməydi. Evi satan adam 

tezliklə  vəfat  edəcəyini  düĢündüyündən  mənzilini  çox  ucuz 




www.vivo-book.com 

 

158 



qiymətə  satmıĢdı.  Yuxarı  mərtəbədə  uĢaqlar  üçün  yataq 

otağı,  evin  arxasında  isə  içi  müxtəlif  ağaclar  və  bambuk 

pöhrəliləri ilə dolu inanılmaz dərəcədə böyük bir həyətyanı 

sahə vardı.   

Anjela  bacıların  ən  böyüyü,  ən  ağıllısı,  ən  qəĢəng 

bədənə və ən realist düĢüncəyə malik olanı idi. O daĢınmaz 

əmlak  biznesi  ilə  məĢğul  olurdu.  Amma  Anjelanın  harada 

yerləĢəcəyi  ilə  bağlı  problem  yaranmıĢdı.  Bizim  evimizdə 

ona ayıra biləcəyimiz boĢ yer yox idi. Lidiya onu Marvinin 

evində yerləĢdirməyi təklif etdi. 

– Marvin? – mən ondan soruĢdum. 

– Hə, Marvin, – deyə Lidiya cavab verdi. 

– YaxĢı, onda gəlin gedək, – mən dedim. 

Biz  hamımız  Lidiyanın  narıncı  rəngli  sınıq-salxaq 

zibilinə  doluĢduq.  Əsl  “Zibil”.  Onun  maĢınını  biz  belə 

adlandırırdıq.  O,  çənə  oxĢayırdı.  Köhnə  və  idbar  bir  çənə. 

AxĢamdan  bir  xeyli  keçmiĢdi.  Yola  çıxmazdan  əvvəl, 

telefonla zəng edib Marvini xəbərdar etmiĢdik. O bizə bütün 

axĢamı evdə olacağını söyləmiĢdi.  



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə