163
DAYDJESTLƏR
AZƏRBAYCAN XALQINA
QARŞI QANLI CİNAYƏT
20 yanvar 1990-ci il Azərbaycan
tarixində təkcə faciə deyil,
Azərbaycanın istiqlal yolunun ilk
zirvəsi, milli məfkurəmizin azadlıq
istəyinin oyanış günüdür
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Ermənistan
SSR-ın Qarabağa qarşı ərazi iddialarına etiraz edən və Bakı küçələrinə
164
axışan əliyalın xalq üzərinə Sovet ordusunun zirehli texnikası və silahlı
əsgərəri yeridildi.
Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə,
onun sayı 35 min nəfərə çatırdı) "doyüş tapşırığını" yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.
"Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli
əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarma-
larının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı
evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə
110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq
Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-
pulemyot atəşinə tutacaqlar"
("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından)
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyası-
nın 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini
kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata
keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və
SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən
çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin
nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi.
Yanvarın 19-da gecə qoşun şəhərə daxil oldu və əhaliyə divan
tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar,
saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Faciə zamanı 137 insan öldürülmüş, 744 adam ağır xəsarət almış,
841 nəfər isə qanunsuz olaraq həbs edilmişdir. Sovet ordusunun əməliy-
yatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılmışdır.
Bu qanlı hadisələrdən
illər keçsə də, Azərbaycan xalqı o müdhiş
gecəni daim xatırlayır.
20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü
kimi qeyd edilir.