70
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu avamlıqla belə hər sözü təfsir edəriz,
Yeri gəldikdə müsəlmanları təkfir edəriz.
Sabir dinə bir çox yönümdən yanaşaraq, ibadəti İslamın tələb
etdiyi kimi deyil, uydurulmuş bidətlərlə yaşayan firqələrə, xüsusən su-
filərə qarşı da yazdığı satiralarla diqqət çəkir:
“Hu” çəkib axır gəzəsən kubəku,
Tərk edəsən zöhd müsəllasını.
Küfrdə təqlid edəsən şairə,
Zikr edəsən şeri-müvəffasını.
Sabir burada "şairin ərsəyə gətirdiyi şeirləri oxumaqla ayılmaq,
zühd namazgahını tərk edərək bidət əməllərdən olan “hu” deyə-deyə
küçə-küçə gəzməkdən daha yaxşıdır" deyir.
Sovet hakimiyyəti illərində Sabirin "Hophopnamə"si böyük
tirajla bir neçə dəfə çap olunmuşdur.
Maarifçilik fəaliyyəti
Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci
ildə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana
gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şə-
hərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu
yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tə-
rəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış
olur. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən
parlaq bir
vaxtında Sabir vəfat edir.Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz
qəbiristanı"nda dəfn olunur. Mövcud vəziyyətdən çıxış yolu kimi
Sabirin satiralarında məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə,
milli-mənəvi özünüdərkə dəvət motivi ön mövqeyə çəkilmişdir. Bu
məqamda şairin seçdiyi oyanmış qəhrəman “Qanma!” əmrinə “Qabili-
72
M.Ə.Sabirin maarifçilik fəaliyyəti bu gündə dövründə olduğu qədər
aktualdır.
Onun hər bir məsələyə fikri, dövründə əks-sədalara çevrilmişdir.
Məhz buna görədə o dövrdə də indiki kimi Sabir bir şair kimi, həm də
əsl insan kimi sevilmişdir. Sabirin bu maarifçilik fəaliyyəti bu gündə
aktual və gərəklidir.
Mübaliğəsiz demək olar ki, M.Ə.Sabir ömrünü vətənin, millətin
rifahı, azadlığı, inkişafı yolunda məşələ çevirdi və hələ sağlığında ikən
ümumxalq məhəbbəti qazanaraq onun qəlbində özünə əbədi yuva
qurdu. Əlbəttə, Sabirin heç bir tərifə, təşəkkürə ehtiyacı yox idi,
Əliabbas Müznibin dediyi kimi, Sabirə ilk heykəl “Hophopnamə”nin
nəşri idi.
Azərbaycanda qələm sahiblərindən ilk dəfə olaraq M.Ə.Sabirə
heykəl qoyulmuşdur. 1920 ildə sovet hakimiyyətinin ilk günlərində
gipsdən, 1922 ildə isə Yakov Keylixis adlı heykəltəraşın betondan tök-
düyü heykəl N.Nərimanovun təşəbbüsü ilə Bakıda qoyulmuş, sonralar
həmin heykəl qoyulduğu bağdan götürülmüş, heykəltəraş Cəlal
Qaryağdı 1958 /tunc, qranit/ və 1962 illərdə M.Ə.Sabirin
monumental
heykəllərini yaratmışdır.
Bu gün şairin doğma vətəni Şamaxıda, onun adını daşıyan qəsə-
bədə, ölkəmizin müxtəlif guşələrində dahi şairin möhtəşəm heykəlləri
ucalmaqdadır. (Heykəltaraş Pinxos Sabsay,1933)
Dahi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 155
illiyi münasibətilə Türkiyənin Mərmərə Universitetində möhtəşəm
tədbir keçirilmişdir.
Azərbaycanın görkəmli şəxsiyyəti, böyük vətəndaş şair Mirzə
Ələkbər Sabirin adını daşıyan “Mirzə Ələkbər Sabir” Fondu 2012-ci ilin
noyabr ayından fəaliyyətə başlamışdır. http://sabirfondu.org Mirzə
Ələkbər Sabir Fondunun prezidenti şairin nəvəsi Sevda Tahirlidir.
Fondun əsas məqsədi cəmiyyətin sosial, iqtisadı və mədəni inki-
şafına kömək etmək, ədəbi, ictimai, sosial sahələrdə qabaqcıl dünya
təcrübəsinin və nailiyyətlərinin, maarifləndirmənin, eləcə də Sabir
irsinin tədqiqi və təşviqi, poeziyasının, ədəbi dəyərlərinin, ictimai
görüşlərinin, ideya qayələrinin geniş ictimai kütlələr, əsasən gənclər