CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

 
 
61 
 
 
 
 
MİRZƏ ƏLƏKBƏR SABİR 
 
    Mirzə Ələkbər Sabir çoxəsirlik poeziyamızın parlaq 
ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatı-
mızı keyfiyyətlə yeni mərhələyə yüksəldərək onu icti-
mai məfkurə baxımından daha da zənginləşdirən söz 
ustası kimi geniş şöhrət tapmışdır. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının prezidenti 
 
 
 
 
 
Həyatı 
Ələkbər  Zeynalabdin  oğlu  Tahirzadə  1862-ci  il  mayın  30-da  Şa-
maxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi 
idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə də 
oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. 
Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra məşhur şair Seyid 
Əzimin  açdığı  yeni  üsullu məktəbə  keçmişdi.  Müəllimi  Ələkbərə fars 
dilindən  şeirlər  tərcümə  etdirir,  sonra  bu  tərcümələri  oxuyub  ona 
məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. 
Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şeirlə-
rini  də  oxuyub  redaktə  edirmiş.  Lakin  bir-iki  il  sonra  atası  Ələkbəri 


 
 
62 
təhsildən  ayırıb  öz  dükanında  köməkçi  işlədir.  Ancaq  elmə  və  ədə-
biyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. 
Dostu  Abbas  Səhhətin  yazdığına  görə,  Sabir  alış-verişdən  ziyadə 
oxuyub-yazmağa  həvəs  göstərdiyi  üçün  atası  hirslənib  tez-tez  onu 
məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış. 
Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliə-
dən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yaz-
dığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab 
olaraq  şairlikdən  əl  çəkməyəcəyini,  atası  onu  bir  də  incidərsə,  Şa-
maxıdan çıxıb gedəcəyini qeyd edir. 
Sabir 1885-ci idə ziyarətə çıxıb, Orta Asiyaya, oradan da İrana 
gedir.  O,  Səbzivar,  Nişapur,  Səmərqənd,  Buxara,  Məşhəd  və  başqa 
Xorasan  şəhərlərini  gəzir.  Bu  şəhərlərdə  tərəqqipərvər  alim  və  ya-
zıçılarla görüşüb tanış olur. 
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından 
olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu 
dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıdı. Bədii yaradıcılıqla 
da məşğul olurdu. 
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmiş-
di.  Yanğın  nəticəsində  şəhərdə  yüzlərcə  imarət  yanıb  külə  dönmüş, 
əhalinin  çox  qismi  evsiz-eşiksiz,  quru  yerdə  qalmışdı.  Bu  zaman 
Sabirin evi də dağılmışdı. 
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniya-
sınınMüsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş 
İmamı  olmuş  Hacı  Məcid  Əfəndi  Əfəndizadə  ilə  dostluq  münasi-
bətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu 
münasibətdən irəli gəlirdi. 
Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə baş-
çısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahat-
lıq  və  tərəqqisini  də  təmin  etməyə  çalışmışdır.  O,  arvadını  və  qızını 
savadlı  görmək  istəyir,  onlara  əlifba  öyrədirmiş.  Şairin  qızı  Səriyyə 
sonralar  yazırdı  ki,  həyatının  olduqca  ağır,  sıxıntılı  keçməsinə 
baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi. 


 
 
63 
XIX  əsrin  sonu,  XX  əsrin  ilk  illərində  ağır  ailə  qayğısı  çəkən 
Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə 
Şamaxıya  qayıdan  Abbas  Səhhətin  bu  zaman  onu  mənəvi  cəhətdən 
böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı 
ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi 
məclis  düzəldib,  axşamlar  klassik  şairlərin  və  ya  özlərinin  şeirlərini 
oxuyub təhlil və müzakirə edirdilər. 
XX  əsrin  əvvəllərindən  başlayaraq  Sabirin  şeirləri  mətbuat  səhifə-
lərində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. 
Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla 
Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olmuşdur. 
Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq 
münasibətləri yaranmışdır. 
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib
mətbuat  və  maarif  sahəsində  çalışmaq,  şeir  yaradıcılığını  daha  mün-
təzəm  davam  etdirmək  qərarına  gəlir.  O,  Bakıya  gəlib  bir  müddət 
"İrşad"  qəzetinin  redaksiyasında  korrektor  işləyir  və  müəllimlik  im-
tiyazı  əldə  etmək  üçün  imtahan  verməyə  hazırlaşır.  Bu  arada  Qori 
Müəllimlər  Seminariyasında  işləyən  müəllim  dostlarından  bir  neçə 
məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda semina-
riyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə 
həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona 
kömək edəcəklərini bildirir. 
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan 
verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana 
dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan 
sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı 
məktəblərindən birində köməkçi müəllim işləyir. 
Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" mək-
təbini  açmağa  müvəffəq  olur.  Bu  məktəbdə  60-a  qədər  şagird  oxu-
yurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər 
skamyada  oturur,  əyani  vəsaitlərdən  istifadə  edir,  ekskursiyaya 
çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair 
məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə