55
Nə vaxtadək qalasıdı.
Təbiət də təbiətdi,
Əminəm ki, əzəl-axır, zalımlardan
Qisasını alasıdı.
Lakin bu gec, olardı. Çay öz məcrasından çıxsa onu geri qaytarmar
çətindir. İnsan şüuru hər şeyi həll etməyə qadir olduğu kimi bu problemin
qarşısını da almağa, daha doğrusu, problemi yaradacaq səbəbləri aradan
götürməyə də qadirdir.
Odur ki, bütün bunları nəzərə alıb Azərbaycan qoruqlarının hər birinin
təbii şəraitini, landşaftlarını və onların ekoloji vəziyyətini daha yaxşı
öyrənmək vacibdir.
İsmayılov, Çingiz. Xəzər dənizinin və sahilyanı əraziləri ekologiyası
/ Ç. İsmayılov. - Bakı: Ayna Mətbu Evi, 2005. -127 c.
Xəzər dənizi Dünya okeanı ilə əlaqəsi olmayan qapalı su hövzəsidir.
Lakin bununla belə, ona göl demək düzgün olmazdı. Tarixi keçmişdə Dünya
okeanına çıxışı olan Xəzəri bu gün, sahəcə çox böyük olduğu üçün, suyu duzlu
və özünəməxsus hidrobioloji xüsusiyyətləri ilə fərqləndiyi üçün dəniz
adlandırırlar. Xəzər dənizi Avropa və Asiya qitələrinin qovuşduğu sahədə
yerləşir;uzunluğu meridional istiqamətdə 1200 km-dir, eni isə 200-450 km
arasında dəyişir. Dənizin ümumi sahəsi 390 min km2, suyunun həcmi isə 78
min km-dir.
Məmmədov, Vüqar. Ekoloji menecment: 2 cilddə: dərs vəsaiti / V.
Məmmədov, E.Yusifov; baş red. L. Əliyeva; məsul red. A. Ələkbərov; elmi
red.: Q. Ş. Məmmədov, U. K. Ələkbərov, İ. Ələkbərov; Heydər Əliyev
Mərkəzi, İDEA İctimai Birliyi. II cild. - Bakı: Mega Basım, 2014. – 428 s.
Dərs vəsaitində ekologiyanın müstəqil elm kimi inkişaf tarixi, qədim
zamanlardan müasir dövrə qədər Azərbaycanda ətraf təbii mühit baxışlarının
formalaşması, ətraf təbii mühit məsələləri üzrə dövlət siyasəti, ekologiyanın
predmeti olan ekosistemlər haqqında, insanın biosferdəki mövqeyi və rolu,
təbiət-cəmiyyət münasibətlərinin etik əsasları, ekoloji prinsiplər, ekoloji hüquq,
ekoloji menecment, ekoloji audit və beynəlxalq standartlar sistemi haqqında
məlumatlar verilir. Kitabda, həmçinin, canlı aləm, bioloji müxtəlifliyin davamlı
inkişafı məsələlərinə toxunulur, ekoloji postulat və müddəalar illüstrativ mate-
riallarla müşayiət edilir. İkinci cilddə canlı aləm, qlobal ekoloji problemlər,
ətraf mühit və insan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf
56
təbii mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları, cəmiyyət-təbiət
münasibətlərin
müasir
strategiyası
haqqında
məlumatlar
verilir.
ER://www.ebooks.az/view/4a9Jg7EV.pdf
Uşaqlar üçün ensiklopediya. Ekologiya. - Bakı, “Şərq-Qərb”, 2008. -
416 s.- Ekologiya biologiyanın bir bölməsi kimi yaranmışdır. Məhz bioloqlar
birinci olaraq canlı orqanizmlərin öz aralarında, qrupları və yaşadıqları mühitlə
mövcud qarşılıqlı əlaqələrini öyrənmişlər. Elə “ekologiya” sözünün özünü də
XIX əsrdə yaşamış ən böyük naturalistlərdən biri olan alman bioloqu Emst
Hekkel fikirləşib tapmışdır.
Yusifov, Elman. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət
abidələri / E. Yusifov, N. İsayeva, F. Əsgərov; baş red. V. C. Hacıyev [et
al.]; elmi red. A. Əliyev [et al.]; red. F. Əhmədov. - Bakı: Nurlar NPM, 2007.
- 424 s.
Kitabda Abşeron yarımadasının, landşaftı, floristik, geoloji və paleontoloji
təbiət abidələri, onların ərazi üzrə paylanması, nadir və nəsli kəsilməkdə olan
canlıları haqqında sistemli şəkildə məlumatlar verilmişdir.Eyni zamanda
Azərbaycan florasına xas olan yüzdən çox bitki növünün təsviri verilmiş, bir cox
nadir təbiət abidələrinin fotoşəkilləri ilk dəfə olaraq təqdim edilmiş, ekoloji
xəritələr çəkilmiş, bəzi bitkilərin yeni arealları müəyyənləşdirilmiş, ərazinin lan-
dşaftını və təbiət abidələrini, nadir bitkilərin çiçək, meyvə və toxum fazalarını
əks etdirən 1000-dən çox şəkli əks etdirilmiş, bu abidələrin koordinatları veril-
mişdir. ER:http://www.ebooks.az/book_NFLD0wUG
İbrahimov, T. O. Göygöl Dövlət Qoruğu / T. O. İbrahimov, A.D.
Şabandayeva . - Bakı: Elm və təhsil, 2012. - 184 s.
Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və
füsunkarlığı ilə dünyada məşhurdur. Bu ərazi Azərbaycan təbiətinin unikal
guşələrindən biridir. Göygöl dövlət qoruğunun ümumi sahəsi 6739 ha-dır.
Göygöl qoruğunun ərazisi respublika ərazisinin 0,08%-nə, qoruqların
ümumi ərazisinin isə 3,6%-nə bərabərdir. Göygöl və onun ətrafı dünyanın
nadir və gözəl təbiətli Cenevrə (İsveçrə) və Ritsa (Gürcüstan) kimi göllər ilə
məharətlə rəqabət apara bilər. Xalq şairi M. Rahim əbəs yerə deməmişdir ki,
«Əgər... Göygölü görməmisənsə demə ki, görmüşəm Azərbaycanı».Təbiətin
belə bir füsunkarlığının nəticəsidir ki, Göygölün ətrafı hələ əsrimizin əvvəlində
qoruq yaradılması üçün diqqəti cəlb etmişdir. 1910-1912-ci illərdə burada
qoruq yaradılması məsələsi qaldırılmışdır, lakin həmin ərazidə qoruq 1925-ci
57
ildə yaradıldı. Bu Azərbaycanın ilk qoruğu idi. Göygöl dövlət qoruğu Kiçik
Qafqazın şimal-şərqində Kəpəz dağının (3065 m. hündürlükdə) şimal yamacın-
da orta və yuxarı dağ-meşə yarımqurşaqları, dağ-meşə-çəmən, subalp və alp
qurşaqlarını əhatə edən 1100 m-lə 3065 m hündürlüklər arasında yerləşir.
Uzunluğu şimaldan cənuba 12 km, eni qərbdən-şərqə 9 km-dir. Burada 1961-
ci ildə 7 baş nəcib Qafqaz maralı gətirilmiş,əvvəllər volyerdə, sonra isə açıq
meşə sahəsində və talalarda saxlamağa başlamışlar. Həmin marallar tezliklə
təbii şəraitə uyğunlaşmış, sürətlə artmağa başlamışdır. Göygöl dövlət qoruğu
ərazisində balıqlardan yalnız forel (qızılxallı) balıq olub, Göygöldə və Ağsu
çayında yaşayır, lakin gölün təbii şəraiti həmin balıqların kürü töküb,
çoxalmaları üçün sərfəli olmadığından burada onlar çox arta bilmir.
Mirzəyev, A. B. Abşeron yarımadası və Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən neft mədən ərazilərinin ekoloji problemləri və onlarm
aradan qaldırılması yolları /A. B. Mirzəyev; F.B Şıxəliyev .- Bakı: Elm, 2012.
- 368 s.
Respublika iqtisadiyatınm sürətli inkişaf etdiyi müasir dövrdə potensial
enerji mənbələrinin, antropogen və təbii amillərin ətraf mühitin təbii
komponentlərinə təsirinin sistemli öyrənilməsi aktual məsələ kimi qarşıya
çıxır. Son zamanlar Abşeron yarımadası və Xəzərin dənizinin karbohidrogen
ehtiyatlarının mənimsənilməsi səviyyəsi xeyli artmışdır. Ona görə də neft-qaz
hasilatının gələcək inkişaf perespektivləri ekoloji vəziyyətin hərtərəfli
tədqiqindən asılıdır.
Monoqrafiyada Abşeron yarımadası və Xəzər dənizinin Azərbaycan
sektorunda neft-qazçıxarma sənayesinin inkişafı və ekoloji aspektləri hərtərəfli
təhlil edilmişdir. Tədqiqatların nəticələri göstərir ki, 160 ildən çox bir dövr
ərzində neft-qazçıxarma sənayesinin inkişafı ekoloji aspektlər, ekoloji amillər
nəzərə alınmadan həyata keçirilmişdir. Bu isə təbii mühitin özünü bərpa
prosesini pozmuş, onun bir sıra deqradasi-yaedici təsirə malik olan
inqridiyentlərlə
çirklənməsinə
səbəb
olmuş-dur. Əgər
gələcəkdə
respublikamızın neft-qaz sənayesində ekoloji balanslaşdırma tədbirləri
aparılmasa bu ağır ekoloji nəticələrə gətirib çıxara bilər.
Kitab ali və orta ixtisas müəllimləri, ekologiya, coğrafiya, biologiya
vəhəmçinin neft sənayesində çalışan mütəxəssislər üçün nəzərdə
tutulmuşdur.
Dostları ilə paylaş: |