CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

 
 
64 
1910-cu  ilin  əvvəllərində  Sabir  Bakıya  işləməyə  gəlir.  Əvvəlcə 
"Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" 
məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı 
neft  mədənlərində  işləyən  fəhlələrə,  yerli  inqilabçılara  yaxınlaşaraq, 
onların  açdıqları  "Nur"  kitabxanasının  fəal  üzvü  olur.  O  ilin  yazından 
Sabir  Bakıda  çıxan  "Günəş"  və  "Həqiqət"  qəzetlərinin  redaksiyasında 
işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə 
gülüş  səhifəsi  buraxırdı.  Sabir  bu  səhifədə  "Nizədar"  və  "Çuvalduz" 
imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda 
"Molla Nəsrəddin"ə də yazmaqda davam edir. 
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayı-
dır.  1911-ci  ilin  may  ayında  o,  müalicə  üçün  Tiflisə  gedib,  dostu 
C.Məmmədquluzadənin  evində  qalır.  "Molla  Nəsrəddin"in  əməkdaş-
ları  şairə  böyük  qayğıkeşlik  göstərirlər.  Xəstəliyinin  getdikcə  şid-
dətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-
yeni  taziyanələr  üzərində  işləyir,  "Molla  Nəsrəddin"  jurnalının 
redaksiya işlərinə yaxından kömək edir. 
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif 
edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. 
"Molla  Nəsrəddin"  jurnalı  1911-ci  il  14-cü  sayında  xəstə  şairə 
maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Ru-
siyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şai-
rinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına 
ianə göndərirlər. 
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayaca-
ğını  görən  şair  cərrahiyə  əməlliyatına  razı  olub,  iyulun  8-də  Bakıya 
gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini 
söyləyərək,  ona  tez  Şamaxıya  qayıtmağı  məsləhət  görürlər.  Jurnalist 
H.Qasımov  xəstə  şairlə  Bakıda  son  görüşünü  xatırlayaraq  yazır: 
"...Qəzetdə  yazarsan,  Sabir  deyirdi  ki,  mən  vücüdumda  olan  ətimi 
xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də 
xalqımın yolunda qoyardım". 
1911-ci il iyulun 12-də Sabir vəfat etmişdir. Şairin cənazəsi Şa-
maxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunmuşdur. 


 
 
65 
Sabirin  xatirəsinə  hörmət  əlaməti  olaraq  vəfatından  bir  il  sonra, 
1912-ci  ildə  arvadı  Büllurnisə  xanım,  dostları  Abbas  Səhhət  və 
M.Mahmudbəyovun  səyi  ilə  onun  şerləri  "Hophopnamə"  adı  ilə  çap 
olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi 
ilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxılmışdır. 
 
 
 
Yaradıcılığı 
Lirik şeirləri. Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim 
Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeirlərini Şərqin 
Firdövsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmışdır. Bu 
əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan 
sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət 
duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşiqdir. 
O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiqlərin dili 
ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, 
sevgilinin rəqibə uymasından şikayətlənir. 
Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də 
orta  əsr  şeirində  çox  işlənən,  hətta  bir  qismi  sabitləşmiş  söz  və  ifa-
dələrdən ibarət idi. Aşiqçox vaxt özünü Məcnunla, sevgilisini isə Leyli 
ilə  müqasiyə  edirdi.  Pərvanə,  şəm  kimi  obrazlardan,  Adəm,  Zöhhak, 
Əhrimən,  Kəbə,  Babil  kimi  dini,  əfsanəvi,  coğrafi  adlardan  tez-tez 
istifadə olunurdu. 
Şairin yetkin vaxtında, XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı 
lirik  şe`rlərinin  bir  qismi  ictimai  mövzudadır.  Məhəbbət  və  gözəllik 
dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mü-
barizə meydanında çarpışan müdrik və atəşin bir vətəndaşdır. Onun arzu-
su  “dilbəri-hürriyyətə”  çatmaqdır.  Mövcud  cəmiyyətin  ziddiyyətlərini 
dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır: 
 
Mən belə əsrarı qana bilmirəm
Qanmaz olub da dayana bilmirəm. 
Neyləməli, göz görür, ağlım kəsir, 
Mən günəşi göydə dana bilmirəm. 


 
 
66 
Derlər usan, hərzəvü hədyan demə, 
Güc gətirir dərd, usana bilmirəm! 
 
Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı, 
şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə apar-
malı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və 
əziyyətə  düşsə  də,  şüurlu,  düşüncəli  bir  həyat,  işgüzar,  mübariz  bir 
həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində 
həyat, zadalıq, xoşbəxtlik uğrunda mübarizə üçün əsas amillərdəndir. 
Sabir  “Ruhum”  şeirində  özünün  azadlıq  idealını,  ictimai  amalını 
müstəqim  tərənnüm  yolu  ilə  verir.  O,  özünün  gələcək  xoşbəxtliyini 
azadlıqda görərək yazır: 
 
Mən gedərəm, var olsun amalım! 
Yaşasın şəhriyari-hürriyyət! 
Yaşasın şəhriyari-hüriyyət! 
Mən gedərəm, var olsun amalım! 
 
Bu azadlıq idealı Sabir dünyagörüşündəki qüvvətli humanizmlə, 
insanın yer üzündə azad, fərəhli, yaradıcı bir həyat qurması haqqında 
arzularla  əlaqədar  olmuşdur.  Şairin  bəzən,  hətta  azadlıq  və  insanlıq 
məfhumlarını açıqcasına eyniləşdirməsi buradan irəli gəlir: 
 
Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur
Bəli, hürriyyət olan yerdə də insanlıq olur. 
 
Ancaq azadlıq olan yerdə həqiqi insanlıqdan söhbət gedə bilər, 
ancaq azadlıq olan yerdə insan öz yüksək və şərəfli adına layiq həyat 
qura bilər, insan şəxsiyyəti qol-qanad açıb, hərtərəfli inkişaf edər. Bu, 
Sabirin böyük ictimai idealı idi. 
Humanizm,  azadlıq,  xoşbəxtlik  haqqında  belə  ümumiləşdirici 
lirika ilə bərabər, Sabirdə zəmanəsinin azadlıqsevən, xoşbəxtlik uğrun-
da  əldə  silahvuruşan  konkret  qəhrəmanlarının  təsviri  də  var.Bu  cür 
əsərlərdən  biri  Sabir  lirikasının  gözəl  nümunələrindən  olub,  1908-ci 
ildə  “Molla  Nəsrəddin”  jurnalında  çap  olunan  “Səttarxana”  şeiridir. 
Səttarxan kimdir? 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə