CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə29/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

 
 
91 
Molla Nəsrəddin 
 
Ordubadinin  istər  ədəbi  yaradıcılığında,  istərsə  də  muhərrirlik 
fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük müsbət rolu olmuş-
dur. 25 il öz yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yara-
dıçılığının  realizm  və  demokratizm  istiqamətində  inkişaf  etməsində, 
dünyagörüşündəki  bəzi  ziddiyyətlərdən  azad  olmasında  jurnalın 
köməyi çox böyük idi. 
1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yara-
dıcılığı  mühüm  rol  oynamağa  başlayır.  "Əsərlərim  artdıqca,  xüsusən 
"Molla  Nəsrəddin"  məcmuəsindəki  iştirakını  sıxlaşdıqca  düşmənlərim 
də artırdı" - deyə Ordubadi Culfaya köçməsinin səbəbini belə izah edir. 
Vəziyyət doğrudan da, belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid 
və başqa cəhalətpərəstləri tənqid etdiyindən qatı mövhumat yuvası olan 
o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə 
də o, Culfaya köçməyə məcbur olmuşdu. 
1911-ci ildə "Molla Nəsrəddin"də dərc olunmuş ("Hərdəmxəyal" 
imzası ilə) bir şeirinə misal: 
 
Ya Rəbb, sənə min şükr ki, insan yaradıbsan, 
İnsanları rəbba, əcəb əlvan yaradıbsan, 
Məxluqunu hər qabili-ürfan yaradıbsan, 
Heyfa ki, müsəlmanı yalandan yaradıbsan, 
Qırxıqbaşı xilqətdə pərişan yaradıbsan. 
 
İnsan kimi hər millət edir kəsbi-məişət, 
Əğyarə tamaşaçı yaranmışla bu millət
Səhrayi-zəlalətdə çəkən bari-məlalət
Həqqa ki, bizi quli-biyaban yaradıbsan, 
Surətdə bəşər, mənidə heyvan yaradıbsan. 
 
İran inqilabı 
 
Culfa mühiti Ordubadinnn həyatına bir sıra yeniliklər gətirir. O, 
İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda 


 
 
92 
iştirak  edir,  sosial-demokrat  təşkilatı  "Hümmət"in  Culfa  təşkilatına 
daxil olur. İran inqilabında iştirakı ədibə bir çox əsərlər yazmaq üçün 
mövzu verir. Xatirələrində ədib yazır: 
"Biz İran inqilabına çox əhəmiyyət verirdik. Mən inqilabın gedişi 
ilə çox yaxşı tanış idim. Bu inqilabdan başqa, bir nəticə gözləmirdim. 
Mən bu inqilabdan ancaq torpaq məsələsinin həll olunması, maarifin 
irəli  getməsi,  bir  də  qadınların  açıq  gəzməsini  gözləyirdim.  Bu  təsir 
altında  olaraq  iki  əsər  yazdım:  birisi  "Nisvani  islam",  digəri  isə 
"Bədbəxt milyonçu, yaxud Rzaqulu firənkiməab".      
 
 
Sürgün 
Ədəbi  və  inqilabi  fəaliyyəti  genişləndikcə  hökumət  dairələrinin 
Ordubadiyə qarşışübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında 
ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib 
üçün  olduqca  ağır  keçmişdir.  Qışın  ən  şiddətli  soyuqlarında  yatabla 
uzaq  yol  getməsi,  həbsxanadan-həbsxanaya  aparılması,  aclıq, 
dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. Buna baxmayaraq, 
imkan  tapan  kimi  Ordubadi  vətəndəki  dostları  ilə  əlaqə  yaradaraq 
yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu. 
1914-cü  ildə  Bakıda  ədibin  "Bədbəxt  milyonçu"  və  "Əndəlisin 
son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxır, daha son-
ra "Babayi-Əmir", "Tuti", "Qardaş köməyi" və s. jurnal və qəzetlərin 
səhifəlrrində şeir və felyetonları dərc olunur. 
 
 
Bolşevik mətbuatı 
 
Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad 
olur.  Tezliklə  bolşevik  təşkilatları  ilə  əlaqəyə  girərək  o,  inqilabi 
fəaliyyətini davam etdirir. 1918-ci ildə Kommunist partiyası sıralarına 
daxil  olan  yazıçı  Həştərxanda  çalışan  Azərbaycan  bolşeviklərinin 
dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzetində əməkdaşlıq 
edir.  "Hümmət"  səhifələrində  Ordubadinin  şeir  və  məqalələri, 


 
 
93 
"Bolşevizm və aləmi-islam" adlı iri publisistik əsəri dərc olunur. 1920-
ci  ildə  Ordubadi  XI  ordunun  sırasında  Dağıstana  gəlir,  orada 
mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında 
fəal  iştirak  edir,  "Qırmızı  Dağıstan"  qəzetini  nəşr  etdirir,  sonra  isə 
Azərbaycana gəlir. 
1920-ci  ilin  mayında  Bakıya  gələn  ədib  böyük  bir  sevinc  və 
"enerji ilə ədəbi-ictimai işə qoşularaq maarif və mədəniyyətin müxtəlif 
sahələrində çalışır. Xüsusən mətbuat sahəsində onun böyuk fəaliyyət 
göstərdiyini  qeyd  etmək  lazımdır.  "Əxbar",  "Kommunist",  "Maarif 
işçisi",  "Yeni  yol",  "Molla  Nəsrəddin",  "Şərq  qadını"  kimi  qəzet  və 
jurnalların  nəşrində  Ordubadinin  əməyi  çox  idi.  O  zamanlar  yenicə 
təşkil olunmuş "Tənqid-Təbliğ" teatrında da Ordubadi fəal çalışırdı. O, 
teatr  üçün  günün  mühüm  məsələlərinə  dair  kupletlər,  kiçik  təbliği 
pyeslər yazırdı. 
Ümumiyyətlə 20-ci illər Ordubadi fəaliyyətinin ən qaynar, dol-
ğun illəridir. Bu illərdə o, dini, mövhumatı tənqid edən onlarla əsər - 
şeir,  felyeton,  məqalə  və  kitab  yazır.  "Məhərrəmlik  və  rövzəxanlıq" 
(1924),  "Qurban  bayramı  bidəti"  (1925),  "Kərbəla  hadisələrinin 
mənşəi" (1925), "Məhərrəmlik və mədəvi inqilab" (1929) kimi ateistik 
mövzuda yazdığı bir sıra əsərləri mövhumatla mübarizədə mühüm rol 
oynayır. 
20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və 
poemalardan  ibarət  bir  neçə  şeir  kitabı  da  nəşr  edilmişdir,  "Şe'rlər", 
"Leninə",  "Analıq",  "Köhnə  adamlar"  "Mənim  şe'rlərim"  və  başqa 
kitablarının  nəşri  Ordubadinin  şeir  və  bədii  tərcümə  sahəsində  də 
ardıcıl çalışdığını göstərir. 
Bu dövrdə ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıb ya-
radan sənətkar, mövzusu müasir həyatdan alınmış bir neçə dram əsəri 
də  qələmə  alır.  Onun  müvəffəqiyyətlə  tamaşaya  qoyulan  "Sabo-
tajniklər", "Dinçilər", "Oktyabr inqilabı" va başqa pyesləri bu dövrün 
məhsuludur. 
 
 
 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə