41
Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş (1915), Solğun
çiçəklər (1917), Oqtay Eloğlu (1922),Od gəlini (1928), Gülzar (1924),
Dilarə (1924), Dilbər (1927), Sevil (1928), Almaz (1931), Yaşar
(1932), Dönüş (1932).
Filmoqrafiya:
Almaz (film, 1936 ) - ssenari müəllifi, əsər müəllifi,Azadlığa ge-
dən yollar (film, 1990), Bakı bağları. Buzovna (film, 2007), Balıqçılar
(film, 1927),Cəfər Cabbarlı (film, 1944),Cəfər Cabbarlı (film, 1969),
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973), Cəfər Cabbarlının dəfni
(film, 1935), Hacı Qara (film, 1929), Sevil (film, 1929), Solmaz bir
bahar kimi (film, 1979).
Cəfər Cabbarlı yaradıcılığından nümunələr
Ana
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı genə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
42
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!- Yox!!!
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!
Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?
Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.
Azərbaycan bayrağına
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
43
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.
Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı!
Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur!
Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər- birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğrukəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın
«O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin
sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan
komissarları onun tabutu başında növbəyə durdular və bununla onun
kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istə-
dilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun
Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu
nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial
sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən möv-
zularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır».
Məhəmməd Əmin Rəsulzadə
44
«O məşum gecə-1934-cü ilin dekabrın 30-dan 31-ə keçən gecə
idi.Cəfər 35, mən 29 il yaşamışdım. Oğlumuz Aydının 10, qızımız
Gülarənin 4 yaşı var idi o vaxtı.Cəfərin mənim üçün qoyub getdiyi
xəzinə bu iki uşaq idi.Öz xalqı üçün də o, qiymətli dəfinə qoyub
getmişdi-əsərlərini.»
«Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə
əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu
xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradardı.
Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun
zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa
başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz
yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da
Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun
“Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?”
mahnıları belə yaranmışdır.»
Sona Cabbarlı
«C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən
nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət
xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil
Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının
ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və
klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl
ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini
yaratmış bir şəxsiyyətdir»
Səməd Vurğun
Dostları ilə paylaş: |